Dil
Surə 14

14/İBRAHİM

52 ayəAzərbaycanca
Görünüş
14/İBRAHİM-1
الر ۚ كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ
Elif lâm râ kitâbun enzelnâhu ileyke li tuhricen nâse minez zulûmâti ilân nûri bi izni rabbihim ilâ sırâtıl azîzil hamîd(hamîdi).
Əlif, ləm, ra. (Bu), Rəblərinin izni ilə insanları qaranlıqlardan nura - Əziz, Həmid olanın yoluna çıxarmağın üçün sənə endirdiyimiz kitabdır.
14/İBRAHİM-2
اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَوَيْلٌ لِلْكَافِرِينَ مِنْ عَذَابٍ شَدِيدٍ
Allâhillezî lehu mâ fîs semâvâti ve mâ fîl ard(ardı), ve veylun lil kâfirîne min azâbin şedîd(şedîdin).
O Allah ki, səmalarda və yer üzündə nə varsa Onundur. Şiddətli əzaba görə kafirlərin vay halına!
14/İBRAHİM-3
الَّذِينَ يَسْتَحِبُّونَ الْحَيَاةَ الدُّنْيَا عَلَى الْآخِرَةِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُولَٰئِكَ فِي ضَلَالٍ بَعِيدٍ
Ellezîne yestehıbbûnel hayâted dunyâ alâl âhırati ve yasuddûne an sebîlillâhi ve yebgûnehâ ivecâ(ivecen), ulâike fî dalâlin baîd(baîdin).
Onlar dünya həyatını axirət hayatından üstün tutarlar. Və Allahın yoluna girməyə mane olarlar. Və onu əymək istəyərlər. Bax onlar uzaq bir dəlalət içindədirlər.
14/İBRAHİM-4
وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
Ve mâ erselnâ min resûlin illâ bi lisâni kavmihî li yubeyyine lehum, fe yudillullâhu men yeşâu ve yehdî men yeşâu, ve huvel azîzul hakîm(hakîmu).
Heç bir rəsulumuz yoxdur ki, Biz onu öz qövmünün diliylə göndərməyək ki, onlara (öz dillərində) bəyan etsin (açıqlasın). Elə isə Allah dilədiyini (Allaha qayıtmağı diləməyənləri) dəlalətdə buraxar. Dilədiyini (Allaha qayıtmağı diləyənləri) hidayət edər. Və O, Əzizdir, Hikmət Sahibidir.
14/İBRAHİM-5
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
Ve lekad erselnâ mûsâ bi âyâtinâ en ahric kavmeke minez zulumâti ilân nûri, ve zekkirhum bi eyyâmillâh(eyyâmillâhi), inne fî zâlike le âyâtin li kulli sabbârin şekûr(şekûrin).
And olsun ki, Biz Musa (Ə.S)-i: “Qövmünü qaranlıqlardan nura çıxar və onlara Allahın günlərini xatırlat (onlara gün boyunca zikr etdir)”, -deyə ayələrimizlə (dəlillərimizlə, möcüzələrimizlə) göndərdik. Şübhəsiz ki, bunda şükr edib səbr edənlərin hamısı üçün ayələr (dəlillər) var.
14/İBRAHİM-6
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ أَنْجَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ
Ve iz kâle mûsâ li kavmihizkurû ni’metallâhi aleykum iz encâkum min âli fir’avne yesûmûnekum sûel azâbi ve yuzebbihûne ebnâekum ve yestahyûne nisâekum, ve fî zâlikum belâun min rabbikum azîm(azîmun).
Və Musa (Ə.S) qövmünə belə demişdi: “Allahın üzərinizdəki nemətini xatırlayın! Sizi firon ailəsindən (xanədanından) qurtarmışdı. Sizi əzabın ən pisinə məruz qoyurdular və oğullarınızı öldürürdülər (asırdılar) və qadınlarınızı sağ buraxırdılar. Bunlarda Rəbbinizdən böyük bir imtahan var.
14/İBRAHİM-7
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِنْ كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
Ve iz teezzene rabbukum le in şekertum le ezîdennekum ve le in kefertum inne azâbî le şedîd(şedîdun).
Və o zaman Rəbbiniz sizə bildirmişdi ki: “Əgər şükr edərsinizsə, (nemətlərinizi) artırarıq, əgər küfr edənlərdən olarsınızsa, şübhəsiz ki, əzabım şiddətlidir.
14/İBRAHİM-8
وَقَالَ مُوسَىٰ إِنْ تَكْفُرُوا أَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَإِنَّ اللَّهَ لَغَنِيٌّ حَمِيدٌ
Ve kâle mûsâ in tekfurû entum ve men fîl ardı cemîan fe innallâhe le ganiyyun hamîd(hamîdun).
Musa (Ə.S) belə dedi: “Əgər siz və yer üzündə olanların hamısı inkar etsəniz (belə), şübhəsiz ki, Allah Qanidir (şükrünüzə möhtac deyil), Həmiddir.
14/İBRAHİM-9
أَلَمْ يَأْتِكُمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِكُمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ ۛ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا اللَّهُ ۚ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرَدُّوا أَيْدِيَهُمْ فِي أَفْوَاهِهِمْ وَقَالُوا إِنَّا كَفَرْنَا بِمَا أُرْسِلْتُمْ بِهِ وَإِنَّا لَفِي شَكٍّ مِمَّا تَدْعُونَنَا إِلَيْهِ مُرِيبٍ
E lem ye’tikum nebeullezîne min kablikum kavmi nûhın ve âdin ve semûd(semûde), vellezîne min ba’dihim, lâ ya’lemuhum illâllâh(illâllâhu), câethum rusuluhum bil beyyinâti fe reddû eydiyehum fî efvâhihim ve kâlû innâ kefernâ bi mâ ursiltum bihî ve innâ le fî şekkin mimmâ ted’ûnenâ ileyhi murîb(murîbin).
Sizdən əvvəlki Nuh, Ad və Səmud qövmünün və onlardan sonra gələnlərin xəbəri sizə gəlmədimi? Onları Allahdan başqası bilməz. Onların rəsulları onlara bəyyinələrlə (dəlillərlə) gəldilər. Fəqət onlar əllərini ağızlarına götürdülər (əsəbləşdilər). Və belə dedilər: “Gerçəkdən biz özüylə göndərildiyiniz şeyi inkar etdik. Və şübhəsiz ki, biz bizi dəvət etdiyiniz şey barədə tərəddüd edirik, şübhə içindəyik”.
14/İBRAHİM-10
قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ قَالُوا إِنْ أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا تُرِيدُونَ أَنْ تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُنَا فَأْتُونَا بِسُلْطَانٍ مُبِينٍ
Kâlet rusuluhum e fîllâhi şekkun fâtırıs semâvâti vel ard(ardı), yed’ûkum li yagfira lekum min zunûbikum ve yuahhırakum ilâ ecelin musemmâ(musemmen), kâlû in entum illâ beşerun mislunâ, turîdûne en tesuddûnâ ammâ kâne ya’budu âbâunâ fe’tûnâ bi sultânin mubîn(mubînin).
Onların rəsulları belə dedi: “Səmaları və ərzi yaradan Allah haqqındamı şübhə edirsiniz? Günahlarınızı məğfirət etmək üçün sizi dəvət edir və sizə müəyyən bir vaxta qədər möhlət verir”. Onlar da belə dedilər: “Siz yalnızca bizim kimi bir bəşərsiniz. Atalarımızın ibadət etdikləri şeylərdən bizi uzaqlaşdırmaq istəyirsiniz. Elə isə bizə açıq-aşkar bir möcüzə gətirin!”
14/İBRAHİM-11
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِنْ نَحْنُ إِلَّا بَشَرٌ مِثْلُكُمْ وَلَٰكِنَّ اللَّهَ يَمُنُّ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَمَا كَانَ لَنَا أَنْ نَأْتِيَكُمْ بِسُلْطَانٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
Kâlet lehum rusuluhum in nahnu illâ beşerun mislukum ve lâkinnallâhe yemunnu alâ men yeşâu min ibâdihî, ve mâ kâne lenâ en ne’tiyekum bi sultânin illâ bi iznillâh(iznillâhi), ve alâllâhi felyetevekkelil mu’minûn(mu’minûne).
Onlara rəsulları belə dedi: “Biz də sizin kimi sadəcə bir bəşərik (insanıq). Fəqət Allah qullarından dilədiyinə nemət verər. Biz Allahın izni olmadan bir sultan (möcüzə, dəlil) gətirə bilmərik. Artıq möminlər Allaha təvəkkül etsinlər”.
14/İBRAHİM-12
وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللَّهِ وَقَدْ هَدَانَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَا آذَيْتُمُونَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُتَوَكِّلُونَ
Ve mâ lenâ ellâ netevekkele alâllâhi ve kad hedânâ subulenâ, ve le nasbirenne alâ mâ âzeytumûnâ, ve alâllâhi felyetevekkelil mutevekkilûn (mutevekkilûne).
Və biz nə üçün Allaha təvəkkül etməyək? Bizi yollarımıza hidayət etmişdir (qovuşdurmuşdur). Sizin bizə etdiyiniz əziyyətlərə, əlbəttə, səbr edəcəyik. Artıq təvəkkül edənlər Allaha təvəkkül etsinlər.
14/İBRAHİM-13
وَقَالَ الَّذِينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِنْ أَرْضِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۖ فَأَوْحَىٰ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ
Ve kâlellezîne keferû li rusulihim le nuhricennekum min ardınâ ev le teûdunne fî milletinâ, fe evhâ ileyhim rabbuhum le nuhlikennez zâlimîn(zâlimîne).
Kafirlər rəsullarına dedilər ki: “Sizi mütləq ərzimizdən (ölkəmizdən) çıxaracağıq və ya mütləq bizim dinimizə dönəcəksiniz”. Bundan sonra Rəbləri onlara: “Zalımları mütləq həlak edəcəyik”, -deyə vəhy etdi.
14/İBRAHİM-14
وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِنْ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ
Ve le nuskinennekumul arda min ba’dihim, zâlike li men hâfe makâmî ve hâfe vaîdi.
Sizi onlardan sonra mütləq yer üzündə yerləşdirəcəyik. Bax bu, məqamımdan və təhdidimdən (vədimdən) qorxan kimsə üçündür.
14/İBRAHİM-15
وَاسْتَفْتَحُوا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ
Vesteftehû ve hâbe kullu cebbârin anîd(anîdin).
(Rəsullar) fəth istədilər və bütün zorba inadkarlar uduzdular.
14/İBRAHİM-16
مِنْ وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِنْ مَاءٍ صَدِيدٍ
Min verâihî cehennemu ve yuskâ min mâin sadîd(sadîdin).
Onun ardınca cəhənnəm var və (onlara) irinli su içirdiləcək.
14/İBRAHİM-17
يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ۖ وَمِنْ وَرَائِهِ عَذَابٌ غَلِيظٌ
Yetecerrauhu ve lâ yekâdu yusîguhu ve ye’tîhil mevtu min kulli mekânin ve mâ huve bi meyyit(meyyitin), ve min verâihî azâbun galîz(galîzun).
Onu udmağa çalışacaq və (fəqət) onu boğazından asanlıqla keçirə bilməyəcək. Hər yerdən ona ölüm (öldürücü səbəblər) gələcək və (fəqət) o, ölə bilməyəcək (ölmək istədiyi halda bu mümkün olmayacaq). Və bunun ardınca ağır bir azab var.
14/İBRAHİM-18
مَثَلُ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ ۖ لَا يَقْدِرُونَ مِمَّا كَسَبُوا عَلَىٰ شَيْءٍ ۚ ذَٰلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ
Meselullezîne keferû bi rabbihim a’mâluhum ke ramâdinişteddet bihir rîhu fî yevmin âsıf(âsıfin), lâ yakdirûne mimmâ kesebû alâ şey’(şey’in), zâlike huved dalâlul baîd(baîdu).
Rəblərini inkar edənlərin əməllərinin vəziyyəti şiddətli küləyin sovurduğu külə bənzəyir. Onların qazandıqları şeylər (dərəcələr) üzərində heç bir qüdrətləri ola bilməz. Bax o, uzaq dəlalətdir.
14/İBRAHİM-19
أَلَمْ تَرَ أَنَّ اللَّهَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۚ إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ
E lem tera ennallâhe halakas semâvâti vel arda bil hakk(hakkı), in yeşe’ yuzhibkum ve ye’ti bi halkın cedîd(cedîdin).
Allahın səmaları və yer üzünü haqq ilə yaratdığını görmürsünüzmü? Əgər O, istəsə sizi yox edər və yeni bir yaradılış ilə (yeni bir cəmiyyət) gətirər.
14/İBRAHİM-20
وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ
Ve mâ zâlike alâllâhi bi azîz(azîzin).
Və bu, Allah üçün böyük (çətin bir iş) deyil.
14/İBRAHİM-21
وَبَرَزُوا لِلَّهِ جَمِيعًا فَقَالَ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا مِنْ عَذَابِ اللَّهِ مِنْ شَيْءٍ ۚ قَالُوا لَوْ هَدَانَا اللَّهُ لَهَدَيْنَاكُمْ ۖ سَوَاءٌ عَلَيْنَا أَجَزِعْنَا أَمْ صَبَرْنَا مَا لَنَا مِنْ مَحِيصٍ
Ve berazû lillahi cemîan fe kâled duafâu lillezînestekberû innâ kunnâ lekum tebean fe hel entum mugnûne annâ min azâbillâhi min şey’(şey’in), kâlû lev hedânallâhu le hedeynâkum, sevâun aleynâ e cezi’nâ em sabernâ mâ lenâ min mahîs(mahîsın).
Hamısı Allahın hüzuruna çıxdılar. Və zəif (gücsüz) olanlar kibrlənənlərə belə dedilər: “Şübhəsiz ki, biz sizə tabe olduq. İndi siz Allahın əzabından (hər hansı) bir şeyi bizdən dəf edə bilərsinizmi?” Onlar dedilər: “Əgər Allah bizi hidayət etsəydi (Özünə qaytarsaydı), əlbəttə, biz də sizi hidayət edərdik (Allaha qaytarardıq). Səbr etsək də, səbr etməsək də bizim üçün eynidir. Bizim qaça biləcəyimiz bir yer yoxdur”.
14/İBRAHİM-22
وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِيَ عَلَيْكُمْ مِنْ سُلْطَانٍ إِلَّا أَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي ۖ فَلَا تَلُومُونِي وَلُومُوا أَنْفُسَكُمْ ۖ مَا أَنَا بِمُصْرِخِكُمْ وَمَا أَنْتُمْ بِمُصْرِخِيَّ ۖ إِنِّي كَفَرْتُ بِمَا أَشْرَكْتُمُونِ مِنْ قَبْلُ ۗ إِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
Ve kâleş şeytânu lemmâ kudıyel emru innallâhe vaadekum va’del hakkı ve vaadtukum fe ahleftukum, ve mâ kâne liye aleykum min sultânin illâ en deavtukum festecebtum lî, fe lâ telûmûnî ve lûmû enfusekum, mâ ene bi musrihikum ve mâ entum bi musrihiyy(musrihiyye), innî kefertu bi mâ eşraktumûni min kabl(kablu), innez zâlimîne lehum azâbun elîm(elîmun).
Şeytan əmr yerinə yetirildiyi vaxt belə dedi: “Şübhəsiz ki, Allah sizə haqq olan vədini vəd etdi. Və mən də sizə vəd etdim. Fəqət mən vədimdən döndüm. Və mən sizin üzərinizdə (heç) bir gücə (sultanlığa) malik deyiləm. Sadəcə sizi dəvət etdim. Beləcə siz mənə uydunuz. Artıq məni qınamayın! Özünüzü qınayın! Və mən sizin yardımçınız deyiləm. Siz də mənim yardımçım deyilsiniz. Gerçəkdən, mən sizin məni (Allaha) ortaq qoşmağınızı bundan öncə də inkar etdim. Şübhəsiz ki, zalımlara acı əzab var”.
14/İBRAHİM-23
وَأُدْخِلَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ
Ve udhilellezîne âmenû ve amilûs sâlihâti cennâtin tecrî min tahtihâl enhâru hâlidîne fîhâ bi izni rabbihim, tahiyyetuhum fîhâ selâm(selâmun).
Amənu olanlar (ölmədən öncə Allaha qayıtmağı diləyənlər) və saleh əməl (nəfsi islahedici əməl) işləyənlər altlarından çaylar axan cənnətlərə daxil edilərlər (qoyularlar). Orada Rəblərinin izni ilə əbədi qalarlar. Orada onların təhiyyələri (arzuları, iltifatları, duaları): “Salam!” -dır.
14/İBRAHİM-24
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ
E lem tere keyfe daraballâhu meselen kelimeten tayyibeten ke şeceratin tayyibetin asluhâ sâbitun ve fer’uhâ fis semâ(semâi).
Allah necə misal çəkdi, görmədinmi? Gözəl bir söz gözəl bir ağac kimidir. Onun kökü sabitdir (kökü torpaqdadır). Və onun budaqları səmadadır.
14/İBRAHİM-25
تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Tu’tî ukulehâ kulle hînin bi izni rabbihâ, ve yadrıbullâhul emsâle lin nâsi leallehum yetezekkerûn(yetezekkerûne).
O hər zaman Rəbbinin izni ilə meyvəsini verər. Və Allah insanlara misal çəkir ki, bəlkə beləcə təzəkkür edələr.
14/İBRAHİM-26
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِنْ فَوْقِ الْأَرْضِ مَا لَهَا مِنْ قَرَارٍ
Ve meselu kelimetin habîsetin ke şeceratin habîsetinictusset min fevkıl ardı mâ lehâ min karâr(karârin).
Xəbis (pis, çirkin) sözün vəziyyəti yerin üstündən kökü qoparılmış zəif (möhkəm olmayan) xəbis (pis) ağac kimidir.
14/İBRAHİM-27
يُثَبِّتُ اللَّهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۖ وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ
Yusebbitullâhullezîne âmenû bil kavlis sâbiti fîl hayâtid dunyâ ve fîl âhırati, ve yudıllullâhuz zâlimîne ve yef’alullâhu mâ yeşâu.
Allah amənu olanları (ölmədən öncə Allaha qayıtmağı diləyənləri) möhkəm bir sözlə dünya və axirət həyatında sabitqədəm edər. Və zalımları dəlalətdə qoyar. Allah dilədiyi şeyi edər.
14/İBRAHİM-28
أَلَمْ تَرَ إِلَى الَّذِينَ بَدَّلُوا نِعْمَتَ اللَّهِ كُفْرًا وَأَحَلُّوا قَوْمَهُمْ دَارَ الْبَوَارِ
E lem tera ilâllezîne beddelû ni’metallâhi kufren ve ehallû kavmehum dâral bevâr(bevâri).
Allahın nemətini küfürlə dəyişdirənləri və öz qövmlərini həlak yurduna götürənləri görmədinmi?
14/İBRAHİM-29
جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ الْقَرَارُ
Cehennem(cehenneme), yaslevnehâ, ve bi’sel karâr(karâru).
Cəhənnəmə atılarlar. Qərar tutulan yer necə də pisdir!
14/İBRAHİM-30
وَجَعَلُوا لِلَّهِ أَنْدَادًا لِيُضِلُّوا عَنْ سَبِيلِهِ ۗ قُلْ تَمَتَّعُوا فَإِنَّ مَصِيرَكُمْ إِلَى النَّارِ
Ve cealû lillâhi endâden li yudıllû an sebîlihî, kul temetteû fe inne masîrakum ilân nâr(nâri).
Onun (Allahın) yolundan azdırmaq üçün Allaha şəriklər qoşdular. De: “Rifah içində yaşayın!” Artıq sizin dönüşünüz atəşədir.
14/İBRAHİM-31
قُلْ لِعِبَادِيَ الَّذِينَ آمَنُوا يُقِيمُوا الصَّلَاةَ وَيُنْفِقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خِلَالٌ
Kul li ibâdiyellezîne âmenû yukîmus salâte ve yunfikû mimmâ razaknâhum sirren ve alâniyeten min kabli en ye’tiye yevmun lâ bey’un fîhi ve lâ hilâl(hilâlun).
Amənu olan (ölmədən öncə Allaha qayıtmağı diləyən) qullarıma söylə: “Dostluq və alış-verişin olmadığı o gün gəlməzdən öncə namazı qılsınlar, onlara ruzi olaraq verdiyimiz şeylərdən gizli və aşkar (açıq) infaq etsinlər (versinlər)!”
14/İBRAHİM-32
اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ ۖ وَسَخَّرَ لَكُمُ الْفُلْكَ لِتَجْرِيَ فِي الْبَحْرِ بِأَمْرِهِ ۖ وَسَخَّرَ لَكُمُ الْأَنْهَارَ
Allâhullezî halakas semâvâti vel arda ve enzele mines semâi mâen fe ahrace bihî mines semerâti rızkan lekum, ve sehhara lekumul fulke li tecriye fîl bahri bi emrihî, ve sehhara lekumul enhâr(enhâra).
Səmaları və ərzi yaradan və səmadan suyu endirən, beləcə onunla sizin üçün məhsullardan ruzi çıxaran və dənizlərdə əmri ilə axıb getməsi üçün gəmiləri sizə ram edən və çayları da sizin əmrinizə vərən Allahdır.
14/İBRAHİM-33
وَسَخَّرَ لَكُمُ الشَّمْسَ وَالْقَمَرَ دَائِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ
Ve sehhara lekumuş şemse vel kamere dâibeyn(dâibeyni), ve sehhara lekumul leyle ven nehâr(nehâra).
Və Günəşi və Ayı sizə ram etdi. İkisi də (ilahi sünnətullah ilə) daim hərəkət edir. Və gecəni və gündüzü də sizə ram etdi.
14/İBRAHİM-34
وَآتَاكُمْ مِنْ كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِنْ تَعُدُّوا نِعْمَتَ اللَّهِ لَا تُحْصُوهَا ۗ إِنَّ الْإِنْسَانَ لَظَلُومٌ كَفَّارٌ
Ve âtâkum min kulli mâ seeltumûhu, ve in teuddû ni’metallâhi lâ tuhsûhâ,innel insâne le zalûmun keffâr(keffârun).
Və Ondan istədiyiniz hər şeydən sizə verdi. Və əgər Allahın nemətini saysanız, onu saya bilməzsiniz. Şübhəsiz, insan, gerçəkdən, çox zalım və çox nankordur (inkar edəndir).
14/İBRAHİM-35
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامَ
Ve iz kâle ibrâhîmu rabbic’al hâzâl belede âminen vecnubnî ve beniyye en na’budel asnâm(asnâme).
İbrahim (Ə.S) belə demişdi: “Rəbbim, bu bölgəni təhlükəsiz (yer) et. Məni və oğullarımı bütlərə tapınmaqdan qoru!
14/İBRAHİM-36
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِنَ النَّاسِ ۖ فَمَنْ تَبِعَنِي فَإِنَّهُ مِنِّي ۖ وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَحِيمٌ
Rabbi innehunne adlelne kesîran minen nâs(nâsi), fe men tebianî fe innehu minnî, ve men asânî fe inneke gafûrun rahîm(rahîmun).
Rəbbim, gerçəkdən onlar (bütlər) insanların çoxunu dəlalətə saldılar. Artıq kim mənə tabe olarsa, bu səbəblə o mütləq məndəndir. Və kim mənə asi olarsa, onda şübhəsiz ki, Sən Qafursan, Rəhimsən.
14/İBRAHİM-37
رَبَّنَا إِنِّي أَسْكَنْتُ مِنْ ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِنْدَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُمْ مِنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
Rabbenâ innî eskentu min zurriyyetî bi vâdin gayri zî zer’ın inde beytilkel muharrami rabbenâ li yukîmus salâte fec’al ef’ideten minen nâsi tehvî ileyhim verzukhum mines semerâti leallehum yeşkurûn(yeşkurûne).
Ey Rəbbimiz! Mən zürriyətimdən bir qismini əkin bitməyən bir vadidə Sənin Beytülhəramının yanında yerləşdirdim. Ey Rəbbimiz! Namazı qılsınlar! Bir qisim insanların qəlbini onlara meyl etdir! Və onlara məhsullardan ruzi ver ki, beləcə şükr etsinlər!
14/İBRAHİM-38
رَبَّنَا إِنَّكَ تَعْلَمُ مَا نُخْفِي وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْ شَيْءٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ
Rabbenâ inneke ta’lemu mâ nuhfî ve mâ nu’linu, ve mâ yahfâ alâllâhi min şey’in fîl ardı ve lâ fîs semâi.
Rəbbimiz, şübhəsiz ki, Sən bizim gizlədiyimiz şeyi də, gizlətmədiyimiz (açıq olan) şeyi də bilirsən. Yer üzündə və səmalarda heç bir şey Allaha gizli deyil.
14/İBRAHİM-39
الْحَمْدُ لِلَّهِ الَّذِي وَهَبَ لِي عَلَى الْكِبَرِ إِسْمَاعِيلَ وَإِسْحَاقَ ۚ إِنَّ رَبِّي لَسَمِيعُ الدُّعَاءِ
El hamdulillâhillezî vehebe lî alâ kiberi ismâîle ve ishâk(ishâka), inne rabbî le semîud duâi.
Həmd ixtiyar çağında mənə İsmail və İshaqı bağışlayan Allaha məxsusdur! Şübhəsiz ki, mənim Rəbbim duanı mütləq eşidəndir!
14/İBRAHİM-40
رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتِي ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَاءِ
Rabbic’alnî mukîmes salâti ve min zurriyyetî rabbenâ ve tekabbel duâi.
Rəbbim! Məni və zürriyətimi namazı qılanlardan et! Rəbbimiz, duamı qəbul et!
14/İBRAHİM-41
رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ
Rabbenâgfirlî ve li vâlideyye ve lil mu’minîne yevme yekûmul hisâb(hisâbu).
Rəbbimiz! Haqq-hesab çəkildiyi gün məni, anamı, atamı və möminləri mağfirət et (günahlarımızı əfv et)!”
14/İBRAHİM-42
وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ
Ve lâ tahsebennallâhe gâfilen ammâ ya’meluz zâlimûn(zâlimûne), innemâ yuahhıruhum li yevmin teşhasu fîhil ebsâr(ebsâru).
Və Allahı zalımların etdiyi şeylərdən qafil bilmə! Sadəcə onlara gözlərin dəhşətdən açılacağı günə qədər möhlət verər (vaxt verər)!
14/İBRAHİM-43
مُهْطِعِينَ مُقْنِعِي رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْئِدَتُهُمْ هَوَاءٌ
Muhtıîne mukniî ruûsihim lâ yerteddu ileyhim tarfuhum, ve ef’idetuhum hevâun.
Başlarını dik tutaraq (göy üzünə doğru baxaraq) qaçanlar - onların baxışları özlərinə çevrilməz. Və onların qəlbləri nəfsin xəstəliklərilə doludur.
14/İBRAHİM-44
وَأَنْذِرِ النَّاسَ يَوْمَ يَأْتِيهِمُ الْعَذَابُ فَيَقُولُ الَّذِينَ ظَلَمُوا رَبَّنَا أَخِّرْنَا إِلَىٰ أَجَلٍ قَرِيبٍ نُجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ الرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوا أَقْسَمْتُمْ مِنْ قَبْلُ مَا لَكُمْ مِنْ زَوَالٍ
Ve enzirin nâse yevme ye’tîhimul azâbu fe yekûlullezîne zalemû rabbenâ ahhırnâ ilâ ecelin karîbin nucib da’veteke ve nettebiir rusule, e ve lem tekûnû aksemtum min kablu mâ lekum min zevâl(zevâlin).
İnsanlara onlara əzabın gələcəyi gün barəsində xəbərdarlıq et! O zaman zalımlar belə deyəcək: “Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, Sənin dəvətini qəbul edək və rəsullara tabe olaq!” Daha öncə sizin üçün (heç) bir zaval olmadığına and içən siz deyilmisiniz?
14/İBRAHİM-45
وَسَكَنْتُمْ فِي مَسَاكِنِ الَّذِينَ ظَلَمُوا أَنْفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ الْأَمْثَالَ
Ve sekentum fî mesâkinillezîne zalemû enfusehum ve tebeyyene lekum keyfe fealnâ bihim ve darabnâ lekumul emsâl(emsâle).
Və siz nəfslərinə zülm edənlərin yurdlarında məskən saldınız və onlara nələr etdiyimiz sizə açıqlandı. Və sizə örnəklər verdik.
14/İBRAHİM-46
وَقَدْ مَكَرُوا مَكْرَهُمْ وَعِنْدَ اللَّهِ مَكْرُهُمْ وَإِنْ كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ الْجِبَالُ
Ve kad mekerû mekrehum ve indallâhi mekruhum, ve in kâne mekruhum li tezûle minhul cibâl(cibâlu).
Onlar tələlərini (hiylələrini) qurmuşdular. Və onların tələləri (hiylələri) Allahın qatındadır (Allah onların tələlərini bilir), onların tələləri (hiylələri) dağları yox etsə belə.
14/İBRAHİM-47
فَلَا تَحْسَبَنَّ اللَّهَ مُخْلِفَ وَعْدِهِ رُسُلَهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ ذُو انْتِقَامٍ
Fe lâ tahsebennallâhe muhlife va’dihî rusulehu, innallâhe azîzun zuntikâm(zuntikâmin).
Elə isə Allahın rəsullarına verdiyi vədinə əsla xilaf çıxacağını sanma. Şübhəsiz ki, Allah əzizdir, intiqam sahibidir.
14/İBRAHİM-48
يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ ۖ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
Yevme tubeddelul ardu gayral ardı ves semâvâtu ve berazû lillâhil vâhıdil kahhâr(kahhâri).
O gün ərz (yer üzü) və səmalar başqa bir şəklə salınar. Və onlar Vahid (bir) və Qahhar olan Allahın hüzuruna çıxarlar.
14/İBRAHİM-49
وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ
Ve terel mucrimîne yevme izin mukarranîne fîl asfâd(asfâdi).
Və izin günü mücrimləri qandallanmış, bir-birinə zəncirlərlə bağlanmış halda görərsən.
14/İBRAHİM-50
سَرَابِيلُهُمْ مِنْ قَطِرَانٍ وَتَغْشَىٰ وُجُوهَهُمُ النَّارُ
Serâbîluhum min katırânin ve tagşâ vucûhehumun nâr(nâru).
Onların köynəkləri qətrandandır və onların üzlərini atəş örtər.
14/İBRAHİM-51
لِيَجْزِيَ اللَّهُ كُلَّ نَفْسٍ مَا كَسَبَتْ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
Li yecziyallâhu kulle nefsin mâ kesebet, innallâhe serîul hısâb(hısâbi).
(Bu əzab) Allahın bütün nəfslərə qazandığı şeylərin (müsbət və ya mənfi dərəcələrin) qarşılığını (cəza və ya mükafat) verməsi üçündür. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
14/İBRAHİM-52
هَٰذَا بَلَاغٌ لِلنَّاسِ وَلِيُنْذَرُوا بِهِ وَلِيَعْلَمُوا أَنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُولُو الْأَلْبَابِ
Hâzâ belâgun lin nâsi ve li yunzerû bihî ve li ya’lemû ennemâ huve ilâhun vâhidun ve li yezzekkere ulûl elbâb(elbâbi).
Bu (Qurani Kərim), onunla onlara xəbərdarlıq edilməsi və Onun (Allahın) tək bir İlah olduğunu bilmələri və ulul-əlbabın (sirlərin sahiblərinin Onunla) təzəkkür etməsi (ünsiyyət qura bilməsi) üçün insanlara bir açıqlamadır (bildirişdir).
14 / 114
Oxuduğum ayə
0%
14/İBRAHİM · Lafzı ve Ruhu