Dil
Surə 65

65/TALAQ

12 ayəAzərbaycanca
Görünüş
65/TALAQ-1
يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا
Yâ eyyuhen nebiyyu izâ tallaktumun nisâe fe tallikûhunne li iddetihinne ve ahsûl iddeh(iddete), vettekûllâhe rabbekum, lâ tuhricûhunne min buyûtihinne ve lâ yahrucne illâ en ye’tîne bi fâhişetin mubeyyineh(mubeyyinetin), ve tilke hudûdullâh(hudûdullâhi), ve men yeteadde hudûdallâhi fe kad zaleme nefseh(nefsetu), lâ tedrî leallallâhe yuhdısu ba’de zâlike emrâ(emren).
Ey Nəbi! Qadınları boşadığınız zaman onların iddətlərini (gözləmə müddətlərini) sayaraq iddətlərində boşayın. Və Rəbbiniz olan Allaha qarşı təqva sahibi olun. Onları evlərindən siz çıxartmayın. Sizə açıq-aşkar bir fahişəliklə gəlmədikcə onlar da (evlərindən) çıxmasınlar. Və bunlar Allahın hüdudlarıdır. Və kim Allahın hüdudlarını aşarsa, o təqdirdə öz nəfsinə zülm etmiş olar. Sən bilə bilməzsən, bəlkə də Allah bundan sonra bir iş (yeni bir hal, əmr) meydana gətirdi (başqa bir qapı açdı).
65/TALAQ-2
فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا
Fe izâ belagne ecelehunne fe emsikûhunne bi ma’rûfin evfârikûhunne bi ma’rûfin ve eşhidû zevey adlin minkum ve ekîmûş şehâdete lillâh(lillâhi), zâlikum yûazu bihî men kâne yû’minu billâhi vel yevmil âhir(âhiri), ve men yettekıllâhe yec’al lehu mahrecâ(mahrecen).
Beləcə onların gözləmə müddəti bitdiyi zaman artıq onları ya mərufla (ənənəyə uyğun olaraq, yaxşılıqla) saxlayın, ya da onlardan mərufla ayrılın (onları yaxşılıqla sərbəst buraxın). Və sizdən ədalət sahibi iki nəfər şahidlik etsin (şahid olsun). Şahidliyi Allah üçün edin. Bax Allaha və axır günə (Allaha dönmə gününə) inanan kimsəyə bununla öyüd verilir. Və kim Allaha qarşı təqva (mənəvi zireh) sahibi olarsa, (Allah) ona bir çıxış (ruhu üçün yüksəlmə) yeri nəsib edər
65/TALAQ-3
وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا
Ve yerzukhu min haysu lâ yahtesib(yahtesibu), ve men yetevekkel alâllâhi fe huve hasbuh(hasbuhu), innallâhe bâligu emrih(emrihî), kad cealallâhu li kulli şey’in kadrâ(kadren).
və ağlına gəlməyən bir yerdən ona ruzi verər. Kim Allaha təvəkkül edərsə, artıq ona O (Allah) kafidir. Şübhəsiz ki, Allah, əmrini (işini) yerinə yetirəndir. Allah hər şey üçün bir qədər (bir miqdar) təyin etmişdir.
65/TALAQ-4
وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا
Vellâî yeisne minel mahîdı min nisâikum inirtebtum fe iddetuhunne selâsetu eşhurin vellâî lem yahıdn(yahıdne), ve ulâtul ahmâli eceluhunne en yada’ne hamlehunn(hamlehunne), ve men yettekıllâhe yec’al lehu min emrihî yusrâ(yusren).
Və əgər heyzdən kəsilmiş qadınlarınızdan şübhə edərsinizsə, o təqdirdə onların iddəti (müddəti) 3 aydır və hələ heyz olmamış qadınların da müddəti (iddəti 3 aydır). Yüklü olan (hamilə) qadınların müddətləri isə yüklərindən azad olana (doğum edənə) qədərdir. Və kim Allaha qarşı təqva sahibi olarsa, O (Allah), onun işini asanlaşdırar.
65/TALAQ-5
ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا
Zâlike emrullâhi enzelehû ileykum, ve men yettekıllâhe yukeffir anhu seyyiâtihî ve yu’zım lehû ecrâ(ecren).
Bax bu, Allahın sizə endirdiyi əmrdir. Və kim Allaha qarşı təqva (mənəvi zireh) sahibi olarsa, (Allah) onun günahlarını örtər və onun əcrini son həddədək artırar.
65/TALAQ-6
أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ
Eskinû hunne min haysu sekentum min vucdikum ve lâ tudârrûhunne li tudayyikû aleyhinn(aleyhinne), ve in kunne ulâti hamlin fe enfikû aleyhinne hattâ yeda’ne hamle hunn(hunne), fe in erda’ne lekum fe âtûhunne ucûre hunn(hunne), ve’temirû beynekum bi ma’rûf(ma’rûfin), ve in teâsertum fe se turdıu lehû uhrâ.
Onları gücünüz çatdığı qədər yaşadığınız yerin bir hissəsində sakin edin. Və onları sıxıntıya salmaq üçün onlara zərər verməyin və əgər onlar yüklüdürlərsə (hamilədirlərsə), o təqdirdə yüklərindən azad olana (doğum edənə) kimi onlara infaq edin (nəfəqələrini verin). Və əgər bundan sonra sizin üçün (uşaq) əmizdirərlərsə, onda onların haqlarını verin. Və öz aranızda xoşluqla görüşün. Və əgər bir çətinliyiniz olsa, o təqdirdə onu başqa birinə əmizdirtin.
65/TALAQ-7
لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا
Li yunfık zû seatin min seatih(seatihî), ve men kudire aleyhi rızkuhu fel yunfik mimmâ âtâhullâh(âtâhullâhu), lâ yukellifullâhu nefsen illâ mâ âtâhâ, seyec’alullâhu ba’de usrin yusrâ(yusren).
Geniş imkan sahibi olan geniş imkanlarından infaq etsin (nəfəqə versin). Və kimin ruzisi azdırsa, o təqdirdə Allahın ona verdiyindən infaq etsin. Allah heç kimi ona verdiyindən artığı ilə məsul tutmaz. Allah çətinlikdən sonra asanlıq verəcək.
65/TALAQ-8
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا
Ve keeyyin min karyetin atet an emri rabbihâ ve rusulihî fe hâsebnâhâ hisâben şedîden ve azzebnâhâ azâben nukrâ(nukren).
Və neçə-neçə ölkələr Rəblərinin və Onun rəsullarının əmrinə itaət etmədilər (həddi aşdılar). Bu səbəblə onları şiddətli haqq-hesaba çəkdik. Və onlara çox qorxunc bir əzabla əzab verdik.
65/TALAQ-9
فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا
Fe zâkat ve bâle emrihâ ve kâne âkıbetu emrihâ husrâ(husren).
Beləcə (o ölkə xalqları) işlərinin (əməllərinin) cəzasını daddı. Və onların işlərinin sonu ziyana uğramaq oldu.
65/TALAQ-10
أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا
E addallâhu lehum azâben şedîden fettekûllâhe yâ ulîl elbâb(elbâbi), ellezîne âmenû, kad enzelallâhu ileykum zikrâ(zikren).
Allah onlar üçün çox şiddətli əzab hazırladı. Ey amənu olan ulul-əlbab! Elə isə Allaha qarşı (daha üst təqva ilə) təqva sahibi olun. Allah sizə zikri (Quranı) endirmişdir.
65/TALAQ-11
رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا
Resûlen yetlû aleykum âyâtillâhi mubeyyinâtin li yuhricellezîne âmenû ve amilûs sâlihâti minez zulumâti ilen nûr(nûri), ve men yû'min billâhi ve ya'mel sâlihan yudhilhu cennâtin tecrî min tahtihel enhâru hâlidîne fîhâ ebedâ(ebeden), kad ahsenallâhu lehu rızkâ(rızkan).
Rəsul amənu olanları (ölmədən əvvəl Allaha qayıtmağı diləyənləri) və saleh əməl işləyənləri (nəfs təzkiyəsi edənləri) qaranlıqdan nura çıxarmaq üçün sizə Allahın ayələrini açıqlayaraq oxuyar. Və kim Allaha iman edər və saleh (nəfsi islah edən) əməl işləyərsə, onu içində əbədiyyən qalacaqları, altından çaylar axan cənnətlərə daxil edər (qoyar). Allah (Onun Zatı) onun (rəsul) üçün ən gözəl ruzi olmuşdur.
65/TALAQ-12
اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا
Allâhullezî halaka seb'a semâvâtin ve minel ardı mislehunn(mislehunne), yetenezzelul emru beynehunne li ta'lemû ennallâhe alâ kulli şey'in kadîrun ve ennallâhe kad ehâta bi kulli şey'in ilmâ(ilmen).
O Allah ki, yeddi qat göyləri və yerdən də onların misli qədərini (yeddi qat yerləri) yaratdı. Allahın hər şeyə qadir olduğunu və Alahın hər şeyi elmi ilə əhatə etdiyini bilməyiniz üçün əmr onların arasında (göylər və yerlər arasında) daima enər.
65 / 114
Oxuduğum ayə
0%
65/TALAQ · Lafzı ve Ruhu