حم
Hâ mim.
Ha, Mim
عسق
Ayn sin kâf.
Ayn, Sin, Qaf.
كَذَٰلِكَ يُوحِي إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ
Kezâlike yûhî ileyke ve ilellezîne min kablikellâhul azîzul hakîm(hakîmu).
Əziz və Hakim olan Allah bax beləcə sənə və səndən əvvəlkilərə vəhy edər.
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
Lehu mâ fîs semâvâti ve mâ fîl ard(ardı), ve huvel aliyyul azîm(azîmu).
Göylərdə və yerdə olan hər şey Onundur. Və O, Alidir (Ucadır), Əzimdir (Böyükdür).
تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ ۚ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ ۗ أَلَا إِنَّ اللَّهَ هُوَ الْغَفُورُ الرَّحِيمُ
Tekâdus semâvâtu yetefattarne min fevkıhinne vel melâiketu yusebbihûne bi hamdi rabbihim ve yestagfirûne li men fîl ard(ardı), e lâ innellâhe huvel gafûrur rahîm(rahîmu).
Göylər az qala üstdən parçalana. Və mələklər Rəblərini həmd ilə təsbih edərlər, yer üzündəkilər üçün məğfirət (günahlarının savaba çevrilməsini) diləyərlər. Allah, həqiqətən, Qafurdur (məğfirət edəndir) və Rəhimdir (Rəhim əsması ilə təcəlli edəndir), elə deyilmi?
وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ اللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَا أَنْتَ عَلَيْهِمْ بِوَكِيلٍ
Vellezînettehazû min dûnihî evliyâllâhu hafîzun aleyhim ve mâ ente aleyhim bi vekîl(vekîlin).
Və onlar özlərinə Ondan (Allahdan) başqa dostlar tutdular. Allah onların üstündə Hafizdir (etdiklərini həyat filmlərində mühafizə edər). Və sən onların vəkili deyilsən.
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ قُرْآنًا عَرَبِيًّا لِتُنْذِرَ أُمَّ الْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنْذِرَ يَوْمَ الْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌ فِي الْجَنَّةِ وَفَرِيقٌ فِي السَّعِيرِ
Ve kezâlike evhaynâ ileyke kur’ânen arabiyyen li tunzire ummel kurâ ve men havlehâ ve tunzire yevmel cem’i lâ reybe fîh(fîhi), ferîkun fîl cenneti ve ferîkun fîs saîr(saîri).
Bax beləcə sənə şəhərlərin anasına (Məkkə xalqına) və onun ətrafındakılara haqqında şübhə olmayan toplanma günü (qiyamət günü) barədə xəbərdarlıq etməyin üçün ərəbcə Quranı vəhy etdik. Onların bir qismi cənnətdə və bir qismi alovlu atəşdədir (cəhənnəmdədir).
وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَهُمْ أُمَّةً وَاحِدَةً وَلَٰكِنْ يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمُونَ مَا لَهُمْ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
Ve lev şâallâhu le cealehum ummeten vâhıdeten ve lâkin yudhilu men yeşâu fî rahmetih(rahmetihî), vez zâlimûne mâ lehum min velîyyin ve lâ nasîr(nasîrin).
Əgər Allah istəsəydi, onları mütləq tək bir ümmət edərdi. Və lakin istədiyi kimsəni rəhmətinin içinə qoyar və zalımlar üçün bir vəli (dost) və köməkçi yoxdur.
أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ ۖ فَاللَّهُ هُوَ الْوَلِيُّ وَهُوَ يُحْيِي الْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
Emittehazû min dûnihî evliyâe, fallâhu huvel velîyyu ve huve yuhyîl mevtâ ve huve alâ kulli şey’in kadîr(kadîrun).
Yoxsa özlərinə Ondan başqa dostlarmı tutdular? Bax Allah - O, dostdur. Və O, ölüləri dirildər. Və O, hər şeyə qadirdir.
وَمَا اخْتَلَفْتُمْ فِيهِ مِنْ شَيْءٍ فَحُكْمُهُ إِلَى اللَّهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبِّي عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
Ve mahteleftum fîhi min şey’in fe hukmuhû ilallâh(ilallâhi), zâlikumullâhu rabbî aleyhi tevekkeltu ve ileyhi unîb(unîbu).
Bir şey haqqında ixtilafa düşsəniz, artıq onun hökmü Allaha aiddir. Bax bu Allah mənim Rəbbimdir. Ona təvəkkül etdim. Və Ona yönəlirəm.
فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ جَعَلَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا وَمِنَ الْأَنْعَامِ أَزْوَاجًا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِ شَيْءٌ ۖ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ
Fâtırus semâvâti vel ard(ardı), ceale lekum min enfusikum ezvâcen ve minel en’âmi ezvâcâ(ezvâcen), yezreukum fîh(fîhi), leyse ke mislihî şey’un, ve huves semîul basîr(basîru).
Göyləri və yeri yaradan, sizin üçün nəfslərinizdən ciftlər yaratdı və heyvanlardan da ciftlər yaratdı. Orada sizi çoxaldıb yayar. Heç bir şey Onun kimi deyil. Və O, ən yaxşı eşidən, ən yaxşı görəndir.
لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
Lehu mekâlîdus semâvâti vel ard(ardı), yebsutur rızka li men yeşâu ve yakdir(yakdiru), innehu bi kulli şey’in alîm(alîmun).
Göylərin və yerin açarları Onundur. İstədiyinin ruzisini çoxaldar və azaldar. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı biləndir.
شَرَعَ لَكُمْ مِنَ الدِّينِ مَا وَصَّىٰ بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰ ۖ أَنْ أَقِيمُوا الدِّينَ وَلَا تَتَفَرَّقُوا فِيهِ ۚ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ يُنِيبُ
Şerea lekum mined dîni mâ vassâ bihî nûhan vellezî evhaynâ ileyke ve mâ vassaynâ bihî ibrâhîme ve mûsâ ve îsâ, en ekîmûd dîne ve lâ teteferrakû fîhi, kebure alâl muşrikîne mâ ted’ûhum ileyhi, allâhu yectebî ileyhi men yeşâu ve yehdî ileyhi men yunîb(yunîbu).
(Allah) dində onunla (o tək dinlə) Hz. Nuha vəsiyyət etdiyi (fərz qıldığı) şeyi (şəriəti): “Dini iqamə edin (ayaqda tutun, qoruyub saxlayın) və onda (dində) firqələrə ayrılmayın”, -deyə Hz. İbrahimə, Hz. Musaya və Hz. İsaya vəsiyyət etdiyimiz şeyi sənə də vəhy edərək sizə də şəriət etdi. Sənin onları özünə çağırdığın şey (Allaha qayıtmağı diləmək) müşriklərə ağır gəldi. Allah istədiyini Özünə seçər və Ona yönələni Özünə qaytarar (ruhunu həyatda Özünə qaytarar).
وَمَا تَفَرَّقُوا إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ إِلَىٰ أَجَلٍ مُسَمًّى لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّ الَّذِينَ أُورِثُوا الْكِتَابَ مِنْ بَعْدِهِمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ
Ve mâ teferrekû illâ min ba’di mâ câehumul ilmu bagyen beynehum, ve lev lâ kelimetun sebekat min rabbike ilâ ecelin musemmen le kudıye beynehum, ve innellezîne ûrisûl kitâbe min ba’dihim le fî şekkin minhu murîb(murîbin).
Özlərinə elm gəldikdən sonra aralarında azanlardan başqası firqələrə ayrılmadı. Əgər Rəbbindən müəyyən olunmuş bir vaxta qədər (onlara möhlət vermək barədə) sözü keçməsəydi, mütləq onların arasında (dərhal) hökm verilərdi. Şübhəsiz ki, onlardan sonra Kitaba varis edilənlər, doğrudan da, Ondan şəkk və şübhə içindədirlər.
فَلِذَٰلِكَ فَادْعُ ۖ وَاسْتَقِمْ كَمَا أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ ۖ وَقُلْ آمَنْتُ بِمَا أَنْزَلَ اللَّهُ مِنْ كِتَابٍ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ اللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ اللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ الْمَصِيرُ
Fe li zâlike fed’u vestekım kemâ umirt(umirte), ve lâ tettebi’ ehvâehum, ve kul âmentu bi mâ enzelallâhu min kitâb(kitâbin), ve umirtu li a’dile beynekum, allâhu rabbunâ ve rabbukum, lenâ a’mâlunâ ve lekum a’mâlukum, lâ huccete beynenâ ve beynekum, allâhu yecmeubeynenâ, ve ileyhil masîr(masîru).
Bax bunun üçün artıq sən onları dəvət et. Və sənə əmr edildiyi kimi istiqamət üzrə ol (Allaha yönəl, Allaha dönmə eşqiylə dolu ol). Və onların nəfslərinin istəklərinə tabe olma. Və onlara de ki: “Allahın kitabdan endirdiyi şeyə iman etdim. Və mənə sizin aranızda adil (ədalətli) olmaq əmr olundu. Allah sizin də Rəbbinizdir, bizim də Rəbbimizdir. Bizim əməlimiz bizə, sizin əməliniz sizə aiddir. Sizinlə bizim aramızda heç bir çəkişmə (mübahisə) yoxdur. Allah bizi bir yerə toplayacaq. Və dönüş Onadır (Allahadır)”.
وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِنْ بَعْدِ مَا اسْتُجِيبَ لَهُ حُجَّتُهُمْ دَاحِضَةٌ عِنْدَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ
Vellezîne yuhâccûne fîllâhi min ba’di mestucîbe lehu huccetuhum dâhıdatun inde rabbihim ve aleyhim gadabun ve lehum azâbun şedîd(şedîdun).
Onun (Allahın) dəvətini qəbul etdikdən sonra Allah haqqında mübahisə edənlərə gəlincə, onların höccətləri (dəlilləri) Rəblərinin qatında batildir. Onların üstündə (Allahın) qəzəbi və şiddətli əzab var.
اللَّهُ الَّذِي أَنْزَلَ الْكِتَابَ بِالْحَقِّ وَالْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ السَّاعَةَ قَرِيبٌ
Allahullezî enzelel kitâbe bil hakkı vel mîzân(mîzâne) ve mâ yudrîke lealles sâate karîb(karîbun).
Allah Kitabı və mizanı haqq ilə endirdi. Və sən idrak edə bilməzsən bəlkə də o saat yaxındır.
يَسْتَعْجِلُ بِهَا الَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَالَّذِينَ آمَنُوا مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا الْحَقُّ ۗ أَلَا إِنَّ الَّذِينَ يُمَارُونَ فِي السَّاعَةِ لَفِي ضَلَالٍ بَعِيدٍ
Yesta’cilu bihellezîne lâ yû’minûne bihâ, vellezîne âmenû muşfikûne minhâ ve ya’lemûne ennehel hakk(hakku), e lâ innellezîne yumârûne fîs sâati le fî dalâlin baîd(baîdin).
Ona (qiyamət saatına) inanmayanlar onu tez-tələsik istəyirlər. Amənu olanlar (isə) ondan qorxanlardır. Və onun haqq olduğunu bilirlər. Şübhəsiz ki, o saat (qiyamət) haqqında şübhə edib mücadilə edənlər, həqiqətən, uzaq bir dəlalət içindədirlər, elə deyilmi?
اللَّهُ لَطِيفٌ بِعِبَادِهِ يَرْزُقُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْقَوِيُّ الْعَزِيزُ
Allâhu latîfun bi ibâdihî yerzuku men yeşâu, ve huvel kavîyyul azîz(azîzu).
Allah qullarına qarşı Lətifdir (lütfkardır). İstədiyinə ruzi verər. Və O, Qaviydir (qüvvətlidir), Əzizdir (uca və şərəflidir).
مَنْ كَانَ يُرِيدُ حَرْثَ الْآخِرَةِ نَزِدْ لَهُ فِي حَرْثِهِ ۖ وَمَنْ كَانَ يُرِيدُ حَرْثَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ نَصِيبٍ
Men kâne yurîdu harsel âhireti nezid lehu fî harsih(harsihî), ve men kâne yurîdu harsed dunyâ nû’tihî minhâ ve mâ lehu fîl âhireti min nasîb(nasîbin).
Kim axirət məhsulunu (qazancını) istəyərsə, Biz onun qazancını artırarıq. Kim dünya qazancını istəyərsə, ona (da) ondan (dünya qazancından) artırarıq (verərik). Və onun axirətdə heç bir nəsibi (payı) yoxdur.
أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُمْ مِنَ الدِّينِ مَا لَمْ يَأْذَنْ بِهِ اللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ ۗ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
Em lehum şurekâu şeraû lehum mined dîni mâ lem ye’zen bihillâh(bihillâhu), ve lev lâ kelimetul faslı le kudiye beynehum, ve innez zâlimîne lehum azâbun elîm(elîmun).
Yoxsa Allahın dində izin vermədiyi şeyləri onlara şəriət edən ortaqlarımı var? Və ayırma (Allahın cənnətlikləri cəhənnəmliklərdən ayıracağı barədə) sözü keçməsəydi, mütləq onların arasında (dərhal) hökm verilərdi. Və şübhəsiz ki, zalımlar - onlar üçün acı əzab var.
تَرَى الظَّالِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا وَهُوَ وَاقِعٌ بِهِمْ ۗ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي رَوْضَاتِ الْجَنَّاتِ ۖ لَهُمْ مَا يَشَاءُونَ عِنْدَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ
Terez zâlimîne muşfikîne mimmâ kesebû ve huve vâkıun bihim, vellezîne âmenû ve amilûs sâlihâti fî ravdâtil cennât(cennâti), lehum mâ yeşâûne inde rabbihim zâlike huvel fadlul kebîr(kebîru).
Zalımların qazandıqlarından dolayı qorxduqlarını görərsən. Və qorxduqları şey onlar üçün baş tutacaq (onların başlarına gələcək). Və amənu olanlar (Allaha qayıtmağı diləyənlər) və saleh əməl işləyənlər (nəfs təzkiyəsi edənlər) cənnət baxçalarındadırlar. Onlar üçün Rəblərinin qatında istədikləri hər şey var. Bax bu, böyük fəzldir.
ذَٰلِكَ الَّذِي يُبَشِّرُ اللَّهُ عِبَادَهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۗ قُلْ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَىٰ ۗ وَمَنْ يَقْتَرِفْ حَسَنَةً نَزِدْ لَهُ فِيهَا حُسْنًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ شَكُورٌ
Zâlikellezî yubeşşirullâhu ibâdehullezîne âmenû ve amilûs sâlihât(sâlihâti), kul lâ es’elukum aleyhi ecren illel meveddete fîl kurbâ ve men yakterif haseneten nezid lehu fîhâ husnâ(husnen), innellâhe gafûrun şekûr(şekûrun).
Bax Allahın amənu olan (Allaha qayıtmağı diləyən) və saleh əməl işləyən (nəfs təzkiyəsi edən) qullarını müjdələdiyi (şey) budur. De ki: “Mən onun (təbliğin) qarşılığında sizdən heç bir əcr (mükafat) istəmirəm, (Allaha) yaxınlıqda sevgidən başqa”. Və kim savab işləyərsə, onun üçün gözəllikləri artırarıq. Şübhəsiz ki, Allah Qafurdur (məğfirət edəndir), şükür ediləndir.
أَمْ يَقُولُونَ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۖ فَإِنْ يَشَإِ اللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ اللَّهُ الْبَاطِلَ وَيُحِقُّ الْحَقَّ بِكَلِمَاتِهِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ
Em yekûlûnefterâ alâllâhi kezibâ(keziben), fe in yeşeillâhu yahtim alâ kalbik(kalbike), ve yemhullâhul bâtıla ve yuhıkkul hakka bi kelimâtih(kelimâtihî), innehu alîmun bi zâtis sudûr(sudûri).
Yoxsa Allaha qarşı yalan uyduraraq iftiramı edirlər? Halbuki əgər Allah istəsə, sənin qəlbini möhürləyər və batili yox edər. Öz sözləri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, sinələrdəkini ən yaxşı biləndir.
وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ
Ve huvellezî yakbelut tevbete an ibâdihî ve ya’fû anis seyyiâti ve ya’lemu mâ tef’alûn(tef’alûne).
Və O, qullarının tövbələrini qəbul edən və günahlarını əfv edəndir. Və etdiyiniz şeyləri bilir.
وَيَسْتَجِيبُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَيَزِيدُهُمْ مِنْ فَضْلِهِ ۚ وَالْكَافِرُونَ لَهُمْ عَذَابٌ شَدِيدٌ
Ve yestecîbullezîne âmenû ve amilûs sâlihâti ve yezîduhum min fadlih(fadlihî), vel kâfirûne lehum azâbun şedîd(şedîdun).
(Allah) amənu olanların (Allaha qayıtmağı diləyənlərin) və saleh əməl işləyənlərin (nəfs təzkiyəsi edənlərin dualarını) qəbul edər. Və onlara Öz fəzlindən (lütfündən və nurundan) artırar. Və kafirlərə gəlincə, onlar üçün şiddətli əzab var.
وَلَوْ بَسَطَ اللَّهُ الرِّزْقَ لِعِبَادِهِ لَبَغَوْا فِي الْأَرْضِ وَلَٰكِنْ يُنَزِّلُ بِقَدَرٍ مَا يَشَاءُ ۚ إِنَّهُ بِعِبَادِهِ خَبِيرٌ بَصِيرٌ
Ve lev besetallâhur rızka li ibâdihî le begav fîl ardı ve lâkin yunezzilu bi kaderin mâ yeşâu, innehu bi ibâdihî habîrun basîr(basîrun).
Və əgər Allah qulları üçün ruzini artırsaydı, mütləq yer üzündə azardılar. Fəqət O, istədiyi qədərini endirər. Şübhəsiz ki, O, qullarından xəbərdardır, (onları) görəndir.
وَهُوَ الَّذِي يُنَزِّلُ الْغَيْثَ مِنْ بَعْدِ مَا قَنَطُوا وَيَنْشُرُ رَحْمَتَهُ ۚ وَهُوَ الْوَلِيُّ الْحَمِيدُ
Ve huvellezî yunezzilul gayse min ba’di mâ kanetû ve yenşuru rahmeteh(rahmetehu), ve huvel velîyyul hamîd(hamîdu).
(Onlar) ümid kəsdikdən sonra yağışı endirən və rəhmətini yayan Odur. Və O, Vəlidir (dostdur), Həmiddir (həmd ediləndir).
وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِنْ دَابَّةٍ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَاءُ قَدِيرٌ
Ve min âyâtihî halkus semâvâti vel ardı ve mâ besse fîhimâ min dâbbeh(dâbbetin), ve huve alâ cem’ihim izâ yeşâu kadîr(kadîrun).
Göyləri və yeri yaratması və orada heyvanları çoxaldıb yayması Onun ayələrindəndir. Və O, istədiyi vaxt onları bir yerə toplamağa qadirdir.
وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ
Ve mâ esâbekum min musîbetin fe bi mâ kesebet eydîkum ve ya’fû an kesîr(kesîrin).
Sizə bir müsibət üz verdiyi zaman bax o, əllərinizin qazandığı (etdikləriniz) səbəbilədir. (Müsibətlərin) çoxunu bağışlayar (həyata keçirməz).
وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ فِي الْأَرْضِ ۖ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ
Ve mâ entum bi mu’cizîne fîl ard(ardı), ve mâ lekum min dûnillâhi min veliyyin ve lâ nasîr(nasîrin).
Və siz (Allahı) yer üzündə aciz buraxa bilməzsiniz. Və sizin üçün Allahdan başqa bir dost və köməkçi yoxdur.
وَمِنْ آيَاتِهِ الْجَوَارِ فِي الْبَحْرِ كَالْأَعْلَامِ
Ve min âyâtihil cevâri fîl bahri kel a’lâm(a’lâmi).
Və dənizdə yüksək dağlar kimi üzən gəmilər Onun (Allahın) ayələrindəndir.
إِنْ يَشَأْ يُسْكِنِ الرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
İn yeşe’ yuskinir rîha fe yazlelne revâkide alâ zahrih(zahrihi), inne fî zâlike le âyâtin li kulli sabbârin şekûr(şekûrin).
Əgər O (Allah), istəsə, küləyi dayandırar. Onda (gəmilər) onun üzərində hərəkətsiz qalarlar. Şübhəsiz ki, bunda çox səbr edən və çox şükür edən hər kəs üçün mütləq ayələr (ibrətlər) var.
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا وَيَعْفُ عَنْ كَثِيرٍ
Ev yûbıkhunne bimâ kesebû ve ya’fu an kesîr(kesîrin).
Və ya qazandıqlarına (işlədikləri əməllərə) görə onları həlaka sürükləyər və onların çoxunu (da) bağışlayar.
وَيَعْلَمَ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِنَا مَا لَهُمْ مِنْ مَحِيصٍ
Ve ya’lemellezîne yucâdilûne fî âyâtinâ, mâ lehum min mahîs(mahîsin).
Və ayələrimiz haqqında mücadilə edənlər özləri üçün sığınacaq bir yer olmadığını bilsinlər.
فَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ لِلَّذِينَ آمَنُوا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
Fe mâ ûtîtum min şey’in fe metâ’ul hayâtid dunyâ, ve mâ ındallahi hayrun ve ebkâ lillezîne âmenû ve alâ rabbihim yetevekkelûn(yetevekkelûne).
Bax beləcə sizə verilən hər şey dünya həyatının mətasıdır (malıdır). Və amənu olanlar üçün Allahın qatında olanlar daha xeyirlidir və baqidir (əbədidir). Və onlar Rəblərinə təvəkkül edərlər.
وَالَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ وَإِذَا مَا غَضِبُوا هُمْ يَغْفِرُونَ
Vellezîne yectenibûne kebâirel ismi vel fevâhışe ve izâ mâ gadıbûhum yagfirûn(yagfirûne).
Və onlar günahların böyüyündən və çirkin əməllərdən qaçınar və qəzəbləndikləri vaxt bağışlayarlar.
وَالَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
Vellezînestacâbû li rabbihim ve ekâmus salâte ve emruhum şûrâ beynehum ve mimmâ rezaknâhum yunfikûn(yunfikûne).
Və onlar Rəblərinin dəvətini qəbul edərlər və namazı qılarlar. Və onlar işlərini öz aralarında toplanıb istişarə (məşvərət) edərlər. Və onlara ruzi olaraq verdiyimiz şeylərdən infaq edərlər (verərlər)
وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ
Vellezîne izâ esâbehumul bagyuhum yentesırûn(yentesırûne).
və onlara qarşı bir hücum olduğu zaman bir-birilərinə kömək edərlər.
وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُ عَلَى اللَّهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ
Ve cezâu seyyietin, seyyietun misluhâ, fe men afâ ve asleha fe ecruhu alâllâh(alâllâhi), innehu lâ yuhıbbuz zâlimîn(zâlimîne).
Bir pisliyin cəzası onun misli qədər pislikdir. Fəqət kim bağışlayar və islah edərsə, artıq onun əcri (mükafatı) Allaha aiddir. Şübhəsiz ki, O (Allah), zalımları sevməz.
وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَٰئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبِيلٍ
Ve le men intesare ba’de zulmihî fe ulâike mâ aleyhim min sebîl(sebîlin).
Və həqiqətən zülmə uğradıqdan sonra haqqını geri alanlara - bax onlara bir yol (cəza) yoxdur.
إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ وَيَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۚ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
İnnemes sebîlu alellezîne yazlimûnen nâse ve yebgûne fîl ardı bi gayril hakk(hakkı), ulâike lehum azâbun elîm(elîmun).
Fəqət insanlara zülm edənlərə və yer üzündə haqsız yerə zorbalıq edənlərə yol (cəza) var. Bax onlar - onlar üçün acı bir əzab var.
وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ
Ve le men sabere ve gafere inne zâlike le min azmil umûr(umûri).
Və əlbəttə, kim səbr edər və bağışlayarsa, şübhəsiz ki, bu, həqiqətən, böyük işlərdəndir.
وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ وَلِيٍّ مِنْ بَعْدِهِ ۗ وَتَرَى الظَّالِمِينَ لَمَّا رَأَوُا الْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّ مِنْ سَبِيلٍ
Ve men yudlilillâhu fe mâ lehu min velîyin min ba’dih(ba’dihi), ve terez zâlimîne lemmâ reevul azâbe yekûlûne hel ilâ mereddin min sebîl(sebîlin).
Və Allah kimi dəlalətdə qoyarsa, o təqdirdə onun üçün bundan sonra bir vəli (dost) yoxdur. Zalımların əzabı gördükləri vaxt: “(Dünyaya) geri dönmək üçün bir yol varmı?” -dediyini görərsən.
وَتَرَاهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَاشِعِينَ مِنَ الذُّلِّ يَنْظُرُونَ مِنْ طَرْفٍ خَفِيٍّ ۗ وَقَالَ الَّذِينَ آمَنُوا إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ الظَّالِمِينَ فِي عَذَابٍ مُقِيمٍ
Ve terâhum yu’radûne aleyhâ hâşiîne minez zulli yanzurûne min tarfin hafîy(hafîyyin), ve kâlellezîne âmenû innel hâsirînellezîne hasirû enfusehum ve ehlîhim yevmel kıyâmeti, e lâ innez zâlimîne fî azâbin mukîm(mukîmin).
Və onları zillətdən boyun əymiş halda ona (əzaba) ərz (təqdim) olunarkən gizli-gizli (göz altdan) baxdıqlarını görərsən. Amənu olanlar dedilər ki: “Şübhəsiz ki, ziyanda olanlar qiyamət günü özlərini və ailələrini ziyana salanlardır”. Şübhəsiz ki, zalımlar daimi bir əzabın içindədirlər, elə deyilmi?
وَمَا كَانَ لَهُمْ مِنْ أَوْلِيَاءَ يَنْصُرُونَهُمْ مِنْ دُونِ اللَّهِ ۗ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ سَبِيلٍ
Ve mâ kâne lehum min evliyâe yensurûnehum min dûnillâh(dûnillâhi). Ve men yudlilillâhu fe mâ lehu min sebîl(sebîlin).
Və onların Allahdan başqa özlərinə kömək edəcək dostları yoxdur. Və Allah kimi dəlalətdə qoyarsa, artıq onun üçün heç bir yol (qurtuluş) yoxdur.
اسْتَجِيبُوا لِرَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۚ مَا لَكُمْ مِنْ مَلْجَإٍ يَوْمَئِذٍ وَمَا لَكُمْ مِنْ نَكِيرٍ
İstecîbû li rabbikum min kabli en ye’tiye yevmun lâ meredde lehu minallâh(minallâhi), mâ lekum min melcein yevme izin ve mâ lekum min nekîr(nekîrin).
Allah tərəfindən geri qaytarılmayacaq (o) gün gəlməmişdən öncə Rəbbinizin dəvətini qəbul edin (Allaha qayıtmağı diləyin). İzin günü sizin üçün heç bir sığınacaq yoxdur. Və siz etdiklərinizi inkar edə bilməzsiniz.
فَإِنْ أَعْرَضُوا فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ ۗ وَإِنَّا إِذَا أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً فَرِحَ بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ الْإِنْسَانَ كَفُورٌ
Fe in a’redû fe mâ erselnâke aleyhim hafîzâ(hafîzan), in aleyke illel belâgu, ve innâ izâ ezaknal insâne minnâ rahmeten feriha bihâ, ve in tusibhum seyyietun bi mâ kaddemet eydîhim fe innel insâne kefûr(kefûrun).
Bundan sonra əgər üz çevirərlərsə, Biz səni onlara gözətçi olaraq göndərmədik. Sənin üzərinə düşən sadəcə təbliğdir. Və şübhəsiz ki, Biz insana Özümüzdən bir rəhmət daddırdığımız zaman ona sevinər. Və əgər onlara əlləriylə təqdim etdiklərinə (işlədikləri əməllərə) görə bir pislik toxunarsa, bax o zaman insan mütləq nankor olar.
لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَاءُ ۚ يَهَبُ لِمَنْ يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَنْ يَشَاءُ الذُّكُورَ
Lillâhi mulkus semâvâti vel ard(ardı), yahluku mâ yeşâu, yehebu li men yeşâu inâsen ve yehebu li men yeşâuz zukûr(zukûra).
Göylərin və yerin mülkü Allahındır. İstədiyi şeyi yaradar. İstədiyinə qız (övlad) və istədiyinə oğlan (övlad) bağışlayar.
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًا وَإِنَاثًا ۖ وَيَجْعَلُ مَنْ يَشَاءُ عَقِيمًا ۚ إِنَّهُ عَلِيمٌ قَدِيرٌ
Ev yuzevvicuhum zukrânen ve inâsâ(inâsen), ve yec’alu men yeşâu akîmâ(akîmen), innehu alîmun kadîr(kadîrun).
Və ya həm qız, həm oğlan olaraq ikisini də verər. Və istədiyini qısır edər. Şübhəsiz ki, O, Alimdir (ən yaxşı biləndir), Qadirdir (hər şeyə gücü çatandır).
وَمَا كَانَ لِبَشَرٍ أَنْ يُكَلِّمَهُ اللَّهُ إِلَّا وَحْيًا أَوْ مِنْ وَرَاءِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِيَ بِإِذْنِهِ مَا يَشَاءُ ۚ إِنَّهُ عَلِيٌّ حَكِيمٌ
Ve mâ kâne li beşerin en yukellimehullâhu illâ vahyen ev min verâi hıcâbin ev yursile resûlen fe yûhıye bi iznihî mâ yeşâu, innehu aliyyun hakîm(hakîmun).
Allahın heç bir insanla danışığı olmamışdır, yalnız vəhy ilə və ya pərdə arxasından və ya istədiyinə vəhy etsin deyə rəsul (mələk) göndərək (danışmışdır). Allah bilir və hikmət sahibidir.
وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا ۚ مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَٰكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
Ve kezâlike evhaynâ ileyke rûhan min emrinâ, mâ kunte tedrî mâl kitâbu ve lâl îmânu ve lâkin cealnâhu nûran nehdî bihî men neşâu min ibâdinâ, ve inneke le tehdî ilâ sırâtın mustekîm(mustekîmin).
Və bax beləcə sənə əmrimizdən bir ruh (Qurani Kərim) vəhy etdik. Və sən kitab və iman nədir bilmirdin. Və lakin Onu (Qurani Kərimi) bir nur etdik. Qullarımızdan istədiyimizi Onunla hidayət edərik. Və şübhəsiz ki, sən mütləq Siratülmüstəqimə hidayət edirsən (daxil edirsən) -
صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ أَلَا إِلَى اللَّهِ تَصِيرُ الْأُمُورُ
Sırâtıllâhillezî lehu mâ fîs semâvâti ve mâ fîl ard(ardı), e lâ ilâllâhi tesîrul umûr(umûru).
o Allahın yolu(na) ki, göylərdə və yerdə nə varsa (hamısı) Onundur. (Bütün) əmrlər (işlər) Allaha seyr edər (dönər), elə deyilmi?