Dil
Surə 50

50/QAF

45 ayəAzərbaycanca
Görünüş
50/QAF-1
ق ۚ وَالْقُرْآنِ الْمَجِيدِ
Kâf vel kur’ânil mecîd(mecîdi).
Qaf. Məcid (şərəfli) Qurana and olsun!
50/QAF-2
بَلْ عَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ فَقَالَ الْكَافِرُونَ هَٰذَا شَيْءٌ عَجِيبٌ
Bel acibû en câehum munzirun minhum fe kâlel kâfirûne hâzâ şey’un acîbun.
Xeyr, özlərindən bir nəzirin onlara gəlməyinə təəccübləndilər. Buna görə kafirlər dedilər: “Bu təəccübləniləcək bir şeydir.
50/QAF-3
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ۖ ذَٰلِكَ رَجْعٌ بَعِيدٌ
E izâ mitnâ ve kunnâ turâbâ(turâben), zâlike rec’un baîdun.
Biz öldüyümüz və torpaq olduğumuz zamanmı (yenidən dirildiləcəyik)? Bax bu, uzaq (gerçəkləşməsi mümkün olmayan) bir dönüşdür”.
50/QAF-4
قَدْ عَلِمْنَا مَا تَنْقُصُ الْأَرْضُ مِنْهُمْ ۖ وَعِنْدَنَا كِتَابٌ حَفِيظٌ
Kad alimnâ mâ tenkusul ardu minhum, ve indenâ kitâbun hafîzun.
Ərzin (torpağın) onlardan (ölənlərin vücudlarından) nələri əskiltdiyini Biz bilirdik. Və qatımızda (iliyyuna və siccinə yerləşdirilən, bütün zamanlardakı bütün hadisələri) mühafizə edən bir kitab var.
50/QAF-5
بَلْ كَذَّبُوا بِالْحَقِّ لَمَّا جَاءَهُمْ فَهُمْ فِي أَمْرٍ مَرِيجٍ
Bel kezzebû bil hakkı lemmâ câehum fe hum fî emrin merîcin.
Xeyr (elə deyil), onlar özlərinə haqq gələndə onu yalanladılar. Beləcə şaşqınlıq içindədirlər.
50/QAF-6
أَفَلَمْ يَنْظُرُوا إِلَى السَّمَاءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَاهَا وَزَيَّنَّاهَا وَمَا لَهَا مِنْ فُرُوجٍ
E fe lem yanzurû iles semâi fevkahum keyfe beneynâhâ ve zeyyennâhâ ve mâ lehâ min furûcin.
Elə isə üstlərindəki səmanı necə bina etdiymizi və onu necə bəzədiyimizi görmürlərmi? Və onun heç bir çatı yoxdur.
50/QAF-7
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ بَهِيجٍ
Vel arda medednâhâ ve elkaynâ fîhâ revâsiye ve enbetnâ fîhâ min kulli zevcin behîcin.
Və ərz ki, onu döşədik, yaydıq və oraya möhkəm dağlar atdıq (yerləşdirdik). Və orada hər növ bitkidən gözəl cütlər yetişdirdik ki,
50/QAF-8
تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُنِيبٍ
Tebsıraten ve zikrâ li kulli abdin munîbin.
münib olan (Allaha yönələn; Allaha qayıtmağı diləyən) bütün qullarına bəsirət olsun (onların qəlb gözləri açılsın) və (çox) zikr etsinlər (daimi zikrə çatsınlar).
50/QAF-9
وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا فَأَنْبَتْنَا بِهِ جَنَّاتٍ وَحَبَّ الْحَصِيدِ
Ve nezzelnâ mines semâi mâen mubâreken fe enbetnâ bihî cennâtin ve habbel hasîdi.
Və göydən mübarək (bərəkətli) su (yağış) endirdik. Beləcə onunla bağçalar və biçilən hübubat (dənli bitkilər) yetişdirdik
50/QAF-10
وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ
Ven nahle bâsikâtin lehâ tal’un nadîdun.
və üst-üstə toplanmış (salxım-salxım) tumurcuqları olan xurma ağacları (yetişdirdik) ki,
50/QAF-11
رِزْقًا لِلْعِبَادِ ۖ وَأَحْيَيْنَا بِهِ بَلْدَةً مَيْتًا ۚ كَذَٰلِكَ الْخُرُوجُ
Rızkan lil ibâdi ve ahyeynâ bihî beldeten meytâ(meyten), kezâlikel hurûcu.
qullar üçün ruzi olsun. Və onunla ölü yerə həyat verdik. (Ölümdən sonra torpaqdan) çıxış (diriliş) bax bunun kimidir.
50/QAF-12
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَابُ الرَّسِّ وَثَمُودُ
Kezzebet kablehum kavmu nûhın ve ashâbur ressi ve semûdu.
Onlardan əvvəl Hz. Nuhun qövmü, Rəss xalqı və Səmud xalqı da (rəsullarını) yalanladılar
50/QAF-13
وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَانُ لُوطٍ
Ve âdun ve fir’avnu ve ihvânu lûtın.
və Ad (qövmü), Firon və Lut (Ə.S)-in qardaşları da.
50/QAF-14
وَأَصْحَابُ الْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ ۚ كُلٌّ كَذَّبَ الرُّسُلَ فَحَقَّ وَعِيدِ
Ve ashâbul eyketi ve kavmu tubbain, kullun kezzeber rusule fe hakka vaîdi.
Və Əykə xalqı və Tubba qövmü - hamısı rəsullarını yalanladı. Beləcə vədim (cəzam) haqq oldu (Allahın vədi yerinə yetdi).
50/QAF-15
أَفَعَيِينَا بِالْخَلْقِ الْأَوَّلِ ۚ بَلْ هُمْ فِي لَبْسٍ مِنْ خَلْقٍ جَدِيدٍ
E fe ayînâ bil halkıl evvel(evveli), bel hum fî lebsin min halkın cedîd(cedîdin).
Yoxsa Biz ilk yaratmada acizmiydik? Xeyr (elə deyil), onlar (ölümdən sonra) yenidən yaradılış haqqında şübhə içindədirlər.
50/QAF-16
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ ۖ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
Ve lekad halaknel insâne ve na’lemu mâ tuvesvisu bihî nefsuh(nefsuhu), ve nahnu akrebu ileyhi min hablil verîdi.
Və and olsun ki, insanı Biz yaratdıq. Və nəfsinin ona nə vəsvəsələr verəcəyini bilirik. Və Biz ona şah damarından daha yaxınıq.
50/QAF-17
إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ
İz yetelakkâl mutelakkîyâni anil yemîni ve aniş şimâli kaîdun.
O zaman sağda və solda oturan iki qeydə alan (mələk) (əməlləri) təsbit edərlər.
50/QAF-18
مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ
Mâ yelfızu min kavlin illâ ledeyhi rakîbun atîdun.
Elə bir söz söylənməz ki, onun yanında hazır duran gözətçilər (tərəfindən təsbit edilmiş) olmasın.
50/QAF-19
وَجَاءَتْ سَكْرَةُ الْمَوْتِ بِالْحَقِّ ۖ ذَٰلِكَ مَا كُنْتَ مِنْهُ تَحِيدُ
Ve câet sekretul mevti bil hakk(hakkı), zâlike mâ kunte minhu tehîdu.
Və ölüm sərxoşluğu haqq ilə gəldi. Bax bu, sənin qaçdığın şeydir.
50/QAF-20
وَنُفِخَ فِي الصُّورِ ۚ ذَٰلِكَ يَوْمُ الْوَعِيدِ
Ve nufiha fîs sûr(sûri), zâlike yevmul vaîdi.
Və sura üfürüldü. Bax bu, təhdid (xəbərdarlıq) günüdür.
50/QAF-21
وَجَاءَتْ كُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَشَهِيدٌ
Ve câet kullu nefsin meahâ sâikun ve şehîdun.
Və bütün nəfslər yanında bir saiq (həyat filmini çəkən) və bir şahidlə gələr.
50/QAF-22
لَقَدْ كُنْتَ فِي غَفْلَةٍ مِنْ هَٰذَا فَكَشَفْنَا عَنْكَ غِطَاءَكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ
Lekad kunte fî gafletin min hâzâ fe keşefnâ anke gıtâeke fe besarukel yevme hadîdun.
(Allah Təala buyurur): “And olsun ki, sən bundan qəflətdəydin. Bax səndən pərdəni qaldırdıq. Artıq bu gün sənin görmən dəqiqdir”.
50/QAF-23
وَقَالَ قَرِينُهُ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ
Ve kâle karînuhu hâzâ mâ ledeyye atîd(atîdun).
Və onun yanında olan (mələk) deyər: “Bax bu (həyat filmi), mənim yanımda hazır olan şeydir.
50/QAF-24
أَلْقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ
Elkıyâ fî cehenneme kulle keffârin anîdin.
Bütün inadkar kafirləri cəhənnəmə atın;
50/QAF-25
مَنَّاعٍ لِلْخَيْرِ مُعْتَدٍ مُرِيبٍ
Mennâın lil hayri mu’tedin murîbin.
xeyrə mane olan, həddi aşan, şübhə edən.
50/QAF-26
الَّذِي جَعَلَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَأَلْقِيَاهُ فِي الْعَذَابِ الشَّدِيدِ
Ellezî ceale meallâhi ilâhen âhara fe elkıyâhu fîl azâbiş şedîdi.
O ki, Allahla birlikdə başqa ilah qəbul etdi. Elə isə (ey iki mələk), onu şiddətli əzabın içinə atın!”
50/QAF-27
قَالَ قَرِينُهُ رَبَّنَا مَا أَطْغَيْتُهُ وَلَٰكِنْ كَانَ فِي ضَلَالٍ بَعِيدٍ
Kâle karînuhu rabbenâ mâ etgaytuhu ve lâkin kâne fî dalâlin baîdin.
Onun yoldaşı deyər: “Rəbbimiz, onu mən azdırmadım, fəqət o, uzaq bir dəlalət içindəydi”.
50/QAF-28
قَالَ لَا تَخْتَصِمُوا لَدَيَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُمْ بِالْوَعِيدِ
Kâle lâ tahtesımû ledeyye ve kad kaddemtu ileykum bil vaîdi.
(Allah Təala) deyər: “Hüzurumda çəkişməyin. Sizə daha əvvəl vədimi (cəzamı) bildirmişdim.
50/QAF-29
مَا يُبَدَّلُ الْقَوْلُ لَدَيَّ وَمَا أَنَا بِظَلَّامٍ لِلْعَبِيدِ
Mâ yubeddelul kavlu ledeyye ve mâ ene bi zallâmin lil abîd(abîdi).
Qatımda (heç bir) söz dəyişdirilməz. Və Mən qullarıma zülm edən deyiləm”.
50/QAF-30
يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ امْتَلَأْتِ وَتَقُولُ هَلْ مِنْ مَزِيدٍ
Yevme nekûlu li cehenneme helimtele’ti ve tekûlu hel min mezîdin.
O gün cəhənnəmə: “Doldunmu?” -deyərik. Və o: “Yenə varmı?” -deyər.
50/QAF-31
وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ
Ve uzlifetil cennetu lil muttekîne gayra baîdin.
Və cənnət təqva (mənəvi zireh) sahibləri üçün uzaq olmayaraq yaxınlaşdırıldı.
50/QAF-32
هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ
Hâzâ mâ tûadûne li kulli evvâbin hafîz(hafîzin).
Sizə vəd olunan şey bax budur (cənnətdir) - bütün əvvab (ruhu Allaha qayıdaraq sığınan) və hafiz olanlar (başlarının üstünə dövrün imamının ruhu gələnlər) üçün və
50/QAF-33
مَنْ خَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ وَجَاءَ بِقَلْبٍ مُنِيبٍ
Men haşiyer rahmâne bil gaybi ve câe bi kalbin munîbin.
qeybdə Rəhmana qarşı huşu (ehtiram) duyanlar və münib (Allaha qayıtmağı diləyən; yönələn) bir qəlblə (Allahın hüzuruna) gələnlər (üçün).
50/QAF-34
ادْخُلُوهَا بِسَلَامٍ ۖ ذَٰلِكَ يَوْمُ الْخُلُودِ
Udhulûhâ bi selâm(selâmin), zâlike yevmul hulûd(hulûdi).
Oraya salamla (salamatlıqla) girin. Bax bu, əbədiyyət (sonsuzluq) günüdür.
50/QAF-35
لَهُمْ مَا يَشَاءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ
Lehum mâ yeşâûne fîhâ ve ledeynâ mezîdun.
Onlar üçün orada istədikləri hər şey var. Və qatımızda bundan artığı var.
50/QAF-36
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ
Ve kem ehleknâ kablehum min karnin hum eşeddu minhum batşen fe nakkabû fîl bilâd(bilâdi), hel min mahîsin.
Və onlardan əvvəl vurub dağıtmaq və zorakılıq baxımından özlərindən daha qüvvətli neçə-neçə nəsilləri həlak etdik. Halbuki şəhərlərdə (həlak olmaqdan qurtulmaq üçün) gəzib dolaşdılar, yer axtardılar. (Onlar dedilər): “Qaçıb qurtulacaq bir yer varmı?”
50/QAF-37
إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ
İnne fî zâlike le zikrâ li men kâne lehu kalbun ev elkâs sem’a ve huve şehîdun.
Şübhəsiz ki, bunda qəlbləri olan və ilqa edilənləri (deyilənləri) eşidə bilən və (qəlb gözləri ilə Allaha) şahid olanlar üçün mütləq ibrət var.
50/QAF-38
وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ
Ve lekad halaknes semâvâti vel arda ve mâ beynehumâ fî sitteti eyyâmin ve mâ messenâ min lugûb(lugûbin).
Və and olsun ki, göyləri və yeri və ikisinin arasındakıları altı gündə yaratdıq. Və Bizə (heç) bir yorğunluq üz vermədi.
50/QAF-39
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ
Fasbir alâ mâ yekûlûne ve sebbih bi hamdi rabbike kable tulûış şemsi ve kablel gurûb(gurûbi).
Elə isə (artıq) onların söylədikləri şeylərə səbr et. Və Rəbbini günəşin doğuşundan və batışından əvvəl həmd ilə təsbih et (zikr et).
50/QAF-40
وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ
Ve minel leyli fe sebbihhu ve edbâres sucûdi.
Və artıq gecənin bir qismində və səcdələrin arxasınca Onu təsbih et.
50/QAF-41
وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِنْ مَكَانٍ قَرِيبٍ
Vestemi’ yevme yunâdil munâdi min mekânin karîb(karîbin).
Və münadinin (carçının) yaxın bir yerdən səsləndiyi gün ona qulaq as.
50/QAF-42
يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ
Yevme yesmeûnes sayhate bil hakk(hakkı), zâlike yevmul hurûci.
O gün haqq olan böyük səs dalğasını eşidərlər. Bax bu, (ölümdən sonra torpaqdan) çıxış günüdür.
50/QAF-43
إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ
İnnâ nahnu nuhyî ve numîtu ve ileynel masîru.
Şübhəsiz ki, Biz dirildərik və öldürərik. Və dönüş Bizədir.
50/QAF-44
يَوْمَ تَشَقَّقُ الْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ
Yevme teşakkakul ardu anhum sirââ(sirâan), zâlike haşrun aleynâ yesîrun.
O gün ərz (torpaq) yarılıb sürətlə onlardan ayrılar (onlar torpaqdan çıxaraq Məhşər meydanına doğru yüksələrlər). Bax bu həşr (insanları torpaqdan çıxararaq Məhşər meydanına toplamaq) Bizim üçün asandır.
50/QAF-45
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ
Nahnu a’lemu bi mâ yekûlûne ve mâ ente aleyhim bi cebbârin fe zekkir bil kur’âni men yehâfu vaîdi.
Onların nə söylədiklərini ən yaxşı Biz bilirik. Və sən onların üstündə zorlayıcı deyilsən. Elə isə Mənim vədimdən (vəd etdiyim cəzadan, əzabdan) qorxanlara Quranla xəbərdarlıq et.
50 / 114
Oxuduğum ayə
0%
50/QAF · Lafzı ve Ruhu