Dil
Surə 13

13/RAD

43 ayəAzərbaycanca
Görünüş
13/RAD-1
المر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ ۗ وَالَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
Elif lâm mîm râ tilke âyâtul kitâb(kitâbi), vellezî unzile ileyke min rabbikel hakku ve lâkinne ekseren nâsi lâ yu’minûn(yu’minûne).
Əlif, ləm, mim, ra. Bunlar Kitabın ayələridir. Və sənə Rəbbindən endirilən (Quran) haqdır. Fəqət insanların çoxu inanmaz (mömin olmaz).
13/RAD-2
اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُمْ بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ
Allâhullezî rafeas semavâti bi gayri amedin terevnehâ summestevâ alâl arşı ve sehharaş şemse vel kamer(kamere), kullun yecrî li ecelin musemmâ(musemmen), yudebbirul emre yufassılul âyâti leallekum bi likâi rabbikum tûkınûn(tûkınûne).
Gördüyünüz səmaları (göy qatlarını) dirəksiz olaraq ucaldan Allahdır. Sonra ərşə yönəldi. Və Günəşi və Ayı Özünə ram etdi. Hamısı təyin olunmuş bir vaxta qədər hərəkət edər. (Allah) işləri tənzimləyib idarə edir. Ayələri tək-tək açıqlayır ki, bəlkə beləcə Rəbbinizə qayıtmağa (ölmədən əvvəl ruhunuzu Allaha qaytarmağa) yəqin hasil edəsiniz (qəti şəkildə inanasınız).
13/RAD-3
وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
Ve huvellezî meddel arda ve ceale fîhâ ravâsiye ve enhârâ(enhâren), ve min kullis semerâti ceale fîhâ zevceynisneyni yugşil leylen nehâr(nehâre), inne fî zâlike le âyâtin li kavmin yetefekkerûn(yetefekkerûne).
Yer üzünü uzadıb, yayan Odur. Orada dağlar və çaylar yaratdı. Orada bütün məhsullardan əks cinsli ciftlər yaratdı. Gündüzü gecə ilə örtər. Şübhəsiz ki, bunda təfəkkür edən bir qövm üçün, əlbəttə, ayələr (dəlillər) var.
13/RAD-4
وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ
Ve fîl ardı kıtaun mutecâvirâtun ve cennâtun min a’nâbin ve zer’un ve nahîlun sınvânun ve gayru sınvânin yuskâ bi mâin vâhid(vâhidin), ve nufaddılu ba’dehâ alâ ba’dın fîl ukul(ukuli), inne fî zâlike le âyâtin li kavmin ya’kılûn(ya’kılûne).
Yer üzündə bir-birinə qonşu qitələr (quru parçaları) və üzüm bağları, əkinlər və budaqlı və budaqsız xurma ağaclarından bağçalar var. (Onlar) eyni su ilə suvarılar və Biz yeyilməsinə (dadına, ləzzətinə və ətrinə) görə onların bəzisini bəzisinə üstün edərik. Ağıl edən bir qövm üçün, şübhəsiz ki, bunda ayələr var.
13/RAD-5
وَإِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
Ve in ta’ceb fe acebun kavluhum e izâ kunnâ turâben e innâ le fî halkın cedîd(cedîdin), ulâikellezîne keferû bi rabbihim, ve ulâikel aglâlu fî a’nâkıhim, ve ulâike ashâbun nâr(nâri), hum fîhâ hâlidûn(hâlidûne).
Əgər təəccüblənirsənsə, (bil ki) əsl təəccübləniləsi şey onların: “Biz torpaq olduqdan sonra, həqiqətən, yenidənmi xəlq ediləcəyik?” -sözləridir. Bax onlar Rəblərini inkar edən kimsələrdir. Və bax onlar boyunlarında dəmir halqalar olanlardır və onlar atəş əhlidir. Onlar orada əbədi qalanlardır.
13/RAD-6
وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ
Ve yesta’cilûneke bis seyyieti kablel haseneti ve kad halet min kablihimul mesulât(mesulâtu), ve inne rabbeke le zû magfiratin lin nâsi alâ zulmihim, ve inne rabbeke le şedîdul ıkâb(ıkâbi).
Və onlardan əvvəl bir çox cəzalar gəlib keçdiyi halda, səndən yaxşılıqdan əvvəl tez-tələsik pisliyi istəyirlər. Və şübhəsiz ki, sənin Rəbbin onların zülmlərinə qarşı məğfirət sahibidir (günahları savaba çevirəndir). Və şübhəsiz ki, Rəbbinin cəzası, əlbəttə, çox şiddətlidir.
13/RAD-7
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ
Ve yekûlullezîne keferû lev lâ unzile aleyhi âyetun min rabbihî, innemâ ente munzirun ve li kulli kavmin hâd(hâdin).
Və kafirlər deyərlər: “Ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?” Sən sadəcə xəbərdarlıq edənsən və bütün qövmlər üçün (hər zaman dilimində və bütün qövmlərdə) bir hidayətçi var.
13/RAD-8
اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنْثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِمِقْدَارٍ
Allâhu ya’lemu mâ tahmilu kullu unsâ ve mâ tegîdul erhâmu ve mâ tezdâd(tezdâdu), ve kullu şey’in indehu bi mıkdâr(mıkdârin).
Allah bütün qadınların nə daşıdığını və bətnlərinin nəyi əskildib və nəyi artırdığını bilir. Onun qatında hər şeyin müəyyən ölçüsü var.
13/RAD-9
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْكَبِيرُ الْمُتَعَالِ
Âlimul gaybi veş şehâdetil kebîrul muteâl(muteâli).
Görünəni və görünməyəni (qeybi) bilir. Böyükdür, Alidir (Ucadır).
13/RAD-10
سَوَاءٌ مِنْكُمْ مَنْ أَسَرَّ الْقَوْلَ وَمَنْ جَهَرَ بِهِ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِاللَّيْلِ وَسَارِبٌ بِالنَّهَارِ
Sevâun minkum men eserrel kavle ve men cehere bihî ve men huve mustahfin bil leyli ve sâribun bin nehâr(nehâri).
Sizdən sözü gizlədən kimsə ilə onu aşkar söyləyən kimsə və gecə gizlənib, gündüz yoluna davam edən kimsə eynidir. (O, hamısını bilir. Ayə 9)
13/RAD-11
لَهُ مُعَقِّبَاتٌ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ
Lehu muakkibâtun min beyni yedeyhi ve min halfihî yahfezûnehu min emrillâh(emrillâhi), innallâhe lâ yugayyiru mâ bi kavmin hattâ yugayyirû mâ bi enfusihim, ve izâ erâdallâhu bi kavmin sûen fe lâ meredde lehu, ve mâ lehum min dûnihî min vâl(vâlin).
Onu (o qövmdəkiləri) önündən və arxasından (öndən arxaya doğru uzanaraq) təqib edənlər (başlarının üzərində dövrün imamının ruhları) var. Allahın əmrindən olub onları qoruyarlar. Şübhəsiz ki, onlar nəfslərində olan şeyi (hidayətdə qalmaqla bağlı niyyətlərini) pozmadıqca, Allah bir qövmdə olan şeyi pozmaz (dövrün imamının ruhunu başlarının üzərindən almaz). Və Allah bir qövmə cəza vermək istədiyi vaxt artıq Ona heç kim mane ola bilməz. Və onlar üçün Ondan başqa qoruyan bir dost yoxdur.
13/RAD-12
هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنْشِئُ السَّحَابَ الثِّقَالَ
Huvellezî yurîkumul berka havfen ve tamaan ve yunşius sehâbes sikâl(sikâle).
Sizə qorxu və ümid üçün şimşəyi göstərən və (yağış) dolu buludları inşa edən Odur.
13/RAD-13
وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ
Ve yusebbihur ra’du bi hamdihî vel melâiketu min hîfetihî, ve yursilus savâıka fe yusîbu bihâ men yeşâu ve hum yucâdilûne fîllâh(fîllâhi), ve huve şedîdul mihâl(mihâli).
Göy gurultusu və mələklər Onu həmd ilə və Onun (Allahın) qorxusundan təsbih edərlər. Və ildırımları O göndərər. Beləcə onlar Allah barəsində mücadilə edərkən (Allah) istədiyi kimsəni onunla vurar. Və O, yenilməzdir, çox qüvvətlidir.
13/RAD-14
لَهُ دَعْوَةُ الْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ ۚ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
Lehu da’vetul hakk(hakkı), vellezîne yed’ûne min dûnihî lâ yestecîbûne lehum bi şey’in illâ ke bâsitı keffeyhi ilâl mâi li yebluga fâhu ve mâ huve bi bâligıhî, ve mâ duâul kâfirîne illâ fî dalâl(dalâlin).
Haqqın dəvəti Onadır (Özünədir, Allahadır). Ondan başqasına dəvət etdikləri onlara heç nəylə cavab verə bilməzlər. Onlar ağzına su çatsın deyə (uzaqdan) ovcunu suya açan kimsəyəcə bənzəyirlər. O (su), ona (onun ağzına) çatmayacaq. Və kafirlərin dəvəti dəlalətdən (su necə onların ağızlarına çatmırsa, dəlalətdə olanlar da hidayət ola bilməz) başqa bir şey deyil.
13/RAD-15
وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ ۩
Ve lillâhi yescudu men fîs semâvâti vel ardı tav’an ve kerhen ve zilâluhum bil guduvvi vel âsâl(âsâli). (SƏCDƏ AYƏSİ)
Yerdəkilər və göydəkilər və onların kölgələri səhər-axşam, istəsələr də, istəməsələr də Allaha səcdə edərlər. (Fiziki vücudların kölgəsi nəfs və ruhdur. Fiziki vücudlar səcdə edəndə nəfslər də səcdə edərlər. Ruh xislətləri ilə istəyərək səcdə edər. Nəfs xəstəliklərindən dolayı istəməyərək səcdə edər. İnsan Allaha qayıtmağı diləyibsə, nəfs təzkiyəsinə nail olduqda üstünlük Allahın nurlarına keçər. Onda nəfs də istəyərək səcdə edər).
13/RAD-16
قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ ۚ قُلْ أَفَاتَّخَذْتُمْ مِنْ دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ ۗ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ
Kul men rabbus semâvâti vel ard(ardı), kulillâh(kulillâhu), kul e fettehaztum min dûnihî evliyâe lâ yemlikûne li enfusihim nef’an ve lâ darrâ(darren), kul hel yestevil a’mâ vel basîru em hel testevîz zulumâtu ven nûr(nûru), em cealû lillâhi şurakâe halakû ke halkıhî fe teşâbehel halku aleyhim, kulillâhu hâliku kulli şey’in ve huvel vâhidul kahhâr(kahhâru).
De: “Səmaların və yer üzünün Rəbbi kimdir?” De: “Allahdır”. Artıq ondan başqa, özlərinə belə fayda və zərəri olmayan dostlarmı tutdunuz? De: “Görən ilə görməyən birdirmi? Və ya qaranlıqlar ilə nur birdirmi?” Yoxsa onlar Onun yaratdığı kimi yaradan (yaratmağa qadir olan) ortaqlar düzəltdilər, beləcə bu yaratma onların nəzərində bir-birinə bənzədi? De ki: “Allah hər şeyin yaradıcısıdır”. Və O, yeganə Qahhar (qəhr edən), hər şeyə gücü çatan, ən qüvvətli olandır.
13/RAD-17
أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ
Enzele mines semâi mâen fe sâlet evdiyetun bi kaderihâ fahtemeles seylu zebeden râbiyâ(râbiyen), ve mimmâ yûkıdûne aleyhi fîn nâribtigâe hılyetin ev metâın zebedun misluhu, kezâlike yadribullâhul hakka vel bâtıl(bâtıle), fe emmâz zebedu fe yezhebu cufâen, ve emmâ mâ yenfaun nâse fe yemkusu fîl ard(ardı), kezâlike yadrıbullâhul emsâl(emsâle).
Səmadan su endirdi. Beləcə vadilər təqdir edildiyi qədər (öz tutumu qədər) sel olub axdı. Və sel üstünə çıxan köpüyü götürüb apardı. Bəzək və ya məta (əşya) düzəltmək məqsədilə od üzərində yandırılan (əridilən) şeylərin də üzərlərində onun kimi bir köpük meydana gələr. Allah bax beləcə haqqa və batilə misal gətirir. Sonra köpük həll olub gedər. Fəqət insanlara faydası olan şeylər beləcə yer üzündə qalar. Allah bax belə misallar verir.
13/RAD-18
لِلَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمُ الْحُسْنَىٰ ۚ وَالَّذِينَ لَمْ يَسْتَجِيبُوا لَهُ لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ ۚ أُولَٰئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمِهَادُ
Lillezînestecâbû li rabbihimul husnâ, vellezîne lem yestecibû lehu lev enne lehum mâ fîl ardı cemîan ve mislehu meahu leftedev bihî, ulâike lehum sûul hısâbi ve me’vâhum cehennem(cehennemu), ve bi’sel mihâd(mihâdu).
Rəblərinin (dəvətini) qəbul edənlər üçün ən gözəli var. Və Onun (dəvətini) qəbul etməyənlər yer üzündə olanların hamısı və bir o qədəri də onların olsa, onu mütləq fidyə olaraq verərdilər. Bax onlar -onlar üçün haqq-hesabın ən pisi var. Və onların sığınacağı yer olan cəhənnəm nə pis döşəkdir!
13/RAD-19
أَفَمَنْ يَعْلَمُ أَنَّمَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ
E fe men ya’lemu ennemâ unzile ileyke min rabbikel hakku ke men huve a’mâ, innemâ yetezekkeru ûlul elbâb(elbâbi).
Elə isə sənə Rəbbindən endirilənin haqq olduğunu bilən kimsə kor olan (görməyən) kimsə ilə eynidirmi? Fəqət ulul-əlbab (Allahın sirlərinin və daimi zikrin sahibləri) təzəkkür edər.
13/RAD-20
الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللَّهِ وَلَا يَنْقُضُونَ الْمِيثَاقَ
Ellezîne yûfûne bi ahdillâhi ve lâ yenkudûnel misâk(misâka).
Onlar Allahın əhdini yerinə yetirərlər (ruhlarını, vəchlərini, nəfslərini və iradələrini Allaha təslim edərlər). Və misaqlarını (digər təslimlərlə birlikdə iradələrini də Allaha təslim edəcəklərinə dair verdikləri misaqlarını) pozmazlar.
13/RAD-21
وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ
Vellezîne yasılûne mâ emerallâhu bihî en yûsale ve yahşevne rabbehum ve yehâfûne sûel hisâb(hisâbi).
Və onlar Allahın (ölmədən əvvəl) Allaha qaytarılmasını əmr etdiyi şeyi (ruhlarını) Ona (Allaha) qaytararlar. Və Rəblərinə qarşı xuşu (ehtiram) duyarlar və pis haqq-hesabdan (cəhənnəmə girməkdən) qorxarlar.
13/RAD-22
وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ
Vellezîne saberûbtigâe vechi rabbihim ve ekâmûs salâte ve enfekû mimmâ razaknâhum sirren ve alâniyeten ve yedraûne bil hasenetis seyyiete ulâike lehum ukbed dâr(dâri).
Onlar səbrlə Rəblərinin vəchini (Allahın Zatını, Allahın Zatına qayıtmağı və Allahın Zatını görməyi) diləyənlər və namazı qılanlar onlara ruzi olaraq verdiyimiz şeylərdən gizli və aşkar infaq edənlərdir (verənlərdir). Və pisliyi yaxşılıqla dəf edən kimsələrdir. Onlar üçün bu dünyanın (gözəl bir) aqibəti var -
13/RAD-23
جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۖ وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِمْ مِنْ كُلِّ بَابٍ
Cennâtu adnin yedhulûnehâ ve men salaha min âbâihim ve ezvâcihim ve zurriyyâtihim vel melâiketu yedhulûne aleyhim min kulli bâb(bâbin).
Ədn cənnətləri (var). Onların atalarından və zövcələrindən və zürriyyətlərindən salaha çatanlar ona (Ədn cənnətlərinə) girərlər. Və mələklər hər qapıdan onların yanlarına girərlər.
13/RAD-24
سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ
Selâmun aleykum bi mâ sabertum fe ni’me ukbed dâr(dâri).
Səbr etdiyinizə görə sizə salam olsun! Dari-dünyanın (dünya yurdunun) aqibəti nə gözəldir!
13/RAD-25
وَالَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ
Vellezîne yankudûne ahdallâhi min ba’di mîsâkıhi ve yaktaûne mâ emerallâhu bihi en yûsale ve yufsidûne fîl ardı ulâike lehumul la’netu ve lehum sûud dâr(dâri).
Onlar misaqlarından sonra (ta əzəldən ruhlarını, vəchlərini, nəfslərini və iradələrini təslim edəcəklərinə dair Allaha misaq verdikdən sonra) Allahın əhdini pozarlar (ruhlarını, vəchlərini, nəfslərini və iradələrini Allaha təslim etməzlər). Və Allahın Ona (Allaha) qaytarılmasını əmr etdiyi şeyi kəsərlər (ruhlarını Allaha qaytarmazlar). Və yer üzündə fitnə-fəsad törədərlər (başqa insanların da Siratülmüstəqimə yönəlmələrinə mane olduqları üçün fitnə törədərlər). Bax lənət onlaradır. Və yurdun pisi (cəhənnəm) onlar üçündür.
13/RAD-26
اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا بِالْحَيَاةِ الدُّنْيَا وَمَا الْحَيَاةُ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مَتَاعٌ
Allâhu yebsutur rızka li men yeşâu ve yakdir(yakdiru), ve ferihû bil hayâtid dunyâ, ve mâl hayâtud dunyâ fîl âhırati illâ metâun.
Allah istədiyi kimsənin ruzisini artırar və azaldar. Onlar dünya həyatı ilə sevinirlər (fərəhlənirlər). Dünya həyatı axirət həyatının yanında (müvəqqəti) bir mətadan (faydalanmadan) başqa bir şey deyil.
13/RAD-27
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ
Ve yekûlullezîne keferû lev lâ unzile aleyhi âyetun min rabbihi, kul innallâhe yudillu men yeşâu ve yehdî ileyhi men enâb(enâbe).
Və kafirlər deyərlər: “Ona Rəbbindən bir ayə (möcüzə) endirilməli deyildimi?” De ki: “Şübhəsiz ki, Allah istədiyi kimsəni dəlalətdə qoyar və Ona yönələni Özünə qaytarar (hidayət edər)”.
13/RAD-28
الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ
Ellezîne âmenû ve tatmainnu kulûbuhum bi zikrillâh(zikrillâhi) e lâ bi zikrillâhi tatmainnul kulûb(kulûbu).
Onlar amənudurlar və qəlbləri Allahı zikr etməklə mütməin olmuşdur (doymuşdur). Qəlblər ancaq Allahı zikr etməklə mütməin olar (doyar), elə deyilmi?
13/RAD-29
الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَآبٍ
Ellezîne âmenû ve amilûs sâlihâti tûbâ lehum ve husnu meâb(meâbin).
Nə xoş amənu olanların (ölmədən əvvəl Allaha qayıtmağı diləyənlərin) və saleh əməl (nəfsi islahedici əməl) işləyənlərin halına! Və məabın (sığınacağın) (ən) gözəli onlarındır.
13/RAD-30
كَذَٰلِكَ أَرْسَلْنَاكَ فِي أُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَا أُمَمٌ لِتَتْلُوَ عَلَيْهِمُ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّي لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ
Kezâlike erselnâke fî ummetin kad halet min kablihâ umemun li tetluve aleyhimullezî evhaynâ ileyke ve hum yekfurûne bir rahmân(rahmâni), kul huve rabbî lâ ilâhe illâ huve, aleyhi tevekkeltu ve ileyhi metâb(metâbi).
Beləcə bundan əvvəl gəlib keçən ümmətlərdə olduğu kimi səni də sənə vəhy etdiyimizi onlara oxumağın üçün bir ümmətin içinə göndərdik. Onlar Rəhmanı inkar edirlər. De ki: “O, mənim Rəbbimdir. Mən Ona təvəkkül etdim və Ondan başqa ilah yoxdur. Və tövbəm, dönüşüm (tövbəsi qəbul edilmiş olaraq dönüşüm) Onadır”.
13/RAD-31
وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَلْ لِلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَنْ لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُمْ بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِنْ دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ
Ve lev enne kur’ânen suyyirat bihil cibâlu ev kuttıat bihil ardu ev kullime bihil mevtâ, bel lillâhil emru cemîâ(cemîan), e fe lem yey’esillezîne âmenû en lev yeşâullâhu le hedân nâse cemîâ(cemîan),ve lâ yezâlullezîne keferû tusîbuhum bi mâ sanaû kâriatun ev tehullu karîben min dârihim hattâ ye’tiye va’dullâh(va’dullâhi), innallâhe lâ yuhliful mîâd(mîâde).
Əgər o, həqiqətən də, dağların hərəkətə gətirildiyi və ya yerin yarıldığı və ya ölülərin danışdırıldığı bir Quran olsaydı, (yenə də) bütün işlər (əmrlər) Allahındır (Allaha aiddir). Amənu olanlar (onların iman edəcəklərindən) hələ də ümidlərini kəsmədilərmi? Allah istəsəydi, insanların hamısını, əlbəttə, hidayət edərdi (Özünə qaytarardı). İnkar edənlərə etdiklərindən dolayı böyük bir müsibətin (cəzanın, fəlakətin) üz verməsi və ya (onların) yurdlarının (evlərinin) yaxınlığına bəlaların enməsi Allahın vədi gələnə qədər davam edər. Şübhəsiz ki, Allah vədindən dönməz.
13/RAD-32
وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
Ve lekadistuhzie bi rusulin min kablike fe emleytu lillezîne keferû summe ehaztuhum, fe keyfe kâne ıkâbi.
And olsun ki, səndən əvvəlki rəsullara da istehza edildi. Fəqət Mən inkar edən kimsələrə möhlət verdim. Sonra onları yaxaladım (həlak etdim). O zaman Mənim əzabım necə oldu?
13/RAD-33
أَفَمَنْ هُوَ قَائِمٌ عَلَىٰ كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَمْ بِظَاهِرٍ مِنَ الْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ ۗ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
E fe men huve kâimun alâ kulli nefsin bi mâ kesebet, ve cealû lillâhi şurakâe, kul semmûhum, em tunebbiûnehu bi mâ lâ ya’lemu fîl ardı em bi zâhirin minel kavl(kavli), bel zuyyine lillezîne keferû mekruhum ve suddû anis sebîl(sebîli), ve men yudlilillâhu fe mâ lehu min hâd(hâdin).
O təqdirdə bütün nəfslərin qazandığı şeylərdən xəbərdar olan kimdir? Və onlar Allaha ortaq qoşdular. De ki: “Onları adları ilə çağırsınlar (beləcə onlara cavab verilməyəcəyini görsünlər). Yoxsa siz Ona (Allaha) yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz və ya boş sözmü deyirsiniz?” Xeyr, kafirlərə hiylələri gözəl göstərildi və (onlar) yoldan (Allahın yolundan) sapdırıldılar. Və Allah kimi dəlalətdə qoyarsa, artıq onun üçün bir hidayətçi (mehdi) yoxdur.
13/RAD-34
لَهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ
Lehum azâbun fîl hayâtid dunyâ ve le azâbul âhırati eşakk(eşakku), ve mâ lehum minallâhi min vâk(vâkın).
Onlar üçün dünya həyatında bir əzab var və axirət əzabı daha da məşəqqətlidir. Və onların (özlərini) Allahdan (Allahın əzabından) qoruyan bir qoruyucusu yoxdur.
13/RAD-35
مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوْا ۖ وَعُقْبَى الْكَافِرِينَ النَّارُ
Meselul cennetilletî vuidel muttekûn(muttekûne), tecrî min tahtihâl enhâr(enhâru), ukuluhâ dâimun ve zilluhâ, tilke ukbellezînettekav ve ukbel kâfirînen nâr(nâru).
Müttəqilərə vəd olunan cənnət altından çaylar axan və meyvəsi və kölgəsi daimi olan (bağça) kimidir. Bax bu, təqva (mənəvi zireh) sahiblərinin sonudur. Kafirlərin sonu isə atəşdir.
13/RAD-36
وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ
Vellezîne âteynâhumul kitâbe yefrahûne bimâ unzile ileyke ve minel ahzâbi men yunkiru ba’dahu, kul innemâ umirtu en a’budallâhe ve lâ uşrike bihî, ileyhi ed’û ve ileyhi meâbi.
Özlərinə kitab verilənlər sənə endirilənə sevinərlər. Qruplardan onun bir qismini inkar edənlərə belə de: “Mənə sadəcə Allaha qul olmaq və Ona şirk qoşmamaq əmr olundu. Mən Ona dəvət edirəm və dönüşüm Onadır (məabım, sığınacağım, dönüş yerim Odur)”.
13/RAD-37
وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ
Ve kezâlike enzelnâhu hukmen arabiyyâ(arabiyyen), ve le initteba’te ehvâehum ba’de mâ câeke minel ilmi mâ leke minallâhi min veliyyin ve lâ vâk(vâkın).
Onu ərəbcə bir hökm olaraq endirdik. Sənə elmdən bu qədər şey gəldikdən sonra əgər onların nəfslərinin istəklərinə tabe olsan, əlbəttə, sənin üçün Allahdan başqa bir dost və bir qoruyucu yoxdur.
13/RAD-38
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ
Ve lekad erselnâ rusulen min kablike ve cealnâ lehum ezvâcen ve zurriyyeten, ve mâ kâne li resûlin en ye’tiye bi âyetin illâ bi iznillâh(iznillâhi), li kulli ecelin kitâb(kitâbun).
And olsun ki, səndən əvvəl də rəsullar göndərdik. Onlara da zövcələr və zürriyyət (uşaqlar) verdik. Allahın izni olmadan heç bir rəsul heç bir ayə gətirə bilməz. Hər dövrün bir kitabı var.
13/RAD-39
يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِنْدَهُ أُمُّ الْكِتَابِ
Yemhûllâhu mâ yeşâu ve yusbit(yusbitu), ve indehu ummul kitâb(kitâbi).
Allah istədiyi şeyi silər, məhv edər və (istədiyi şeyi) sabit saxlayar və ümmülkitab (əsas kitab) Onun qatındadır.
13/RAD-40
وَإِنْ مَا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ
Ve in mâ nuriyenneke ba’dallezî neiduhum ev neteveffeyenneke fe innemâ aleykel belâgu ve aleynâl hisâb(hisâbu).
Və əgər onlara vəd etdiyimizin bir qismini sənə göstərsək və ya səni öldürsək, artıq sənin üzərinə düşən sadəcə təbliğdir. Haqq-hesab (çəkmək) Bizə aiddir.
13/RAD-41
أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ
E ve lem yerev ennâ ne’til arda nenkusuhâ min etrâfihâ, vallâhu yahkumu lâ muakkıbe li hukmihî, ve huve serîul hısâb(hısâbi).
Məgər onlar görmürlərmi ki, Biz yer üzünə gəlib onu ətrafından (çevrəsindən) necə əskildirik? Və Allah hökm verər. Onun hökmünü heç kim poza bilməz. Və O, tez haqq-hesab çəkəndir.
13/RAD-42
وَقَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ
Ve kad mekerallezîne min kablihim fe lillâhil mekru cemîâ(cemîan),ya’lemu mâ teksibu kullu nefs(nefsin), ve se ya’lemul kuffâru li men ukbed dâr(dâri).
Onlardan əvvəlkilər (də) tələ qurmuşdular. Halbuki bütün tələlər Allahındır (Allaha aiddir). Bütün nəfslərin nə qazandığını O bilir. Və kafirlər (bu) yurdun sonu kimindir, tezliklə biləcəklər.
13/RAD-43
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ
Ve yekûlullezîne keferû leste murselâ(murselen), kul kefâ billâhi şehîden beynî ve beynekum ve men indehu ilmul kitâb(kitâbi).
Və kafirlər deyərlər: “Sən rəsul olaraq göndərilməmisən”. De ki: “Allahın və kitabın elmi yanında olanların mənimlə sizin aranızda şahid olması kafidir”.
13 / 114
Oxuduğum ayə
0%