Dil
Surə 15

15/HİCR

99 ayəAzərbaycanca
Görünüş
15/HİCR-1
الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ
Elif lâm râ tilke âyâtul kitâbi ve kur’ânin mubîn(mubînin).
Əlif, ləm, ra. Bax bunlar Kitabın və Qurani-Mübinin (açıq-aşkar bəyan edilmiş Quranın) ayələridir.
15/HİCR-2
رُبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ
Rubemâ yeveddullezîne keferû lev kânû muslimîn(muslimîne).
Bəlkə də kafirlər müsəlman (təslim) olmağı arzulayacaqlar.
15/HİCR-3
ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ
Zerhum ye’kulû ve yetemetteû ve yulhihimul emelu fe sevfe ya’lemûn(ya’lemûne).
Onları burax. (Qoy hələ istədikləri kimi) yesinlər və faydalansınlar və əməlləri onların başını qatsın. Fəqət tezliklə biləcəklər.
15/HİCR-4
وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَعْلُومٌ
Ve mâ ehleknâ min karyetin illâ ve lehâ kitâbun ma’lûm(ma’lûmun).
Və Biz məlum (bilinən) bir kitabı olmadan heç bir ölkəni həlak etmədik.
15/HİCR-5
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ
Mâ tesbiku min ummetin ecelehâ ve mâ yeste’hırûn(yeste’hırune).
Heç bir ümmət əcəlini nə irəli çəkə (tezləşdirə), nə də təxirə sala bilməz (gecikdirə bilməz).
15/HİCR-6
وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
Ve kâlû yâ eyyuhâllezî nuzzile aleyhiz zikru, inneke le mecnûn(mecnûnun).
Və dedilər: “Ey özünə zikr (kitab) endirilən! Həqiqətən, sən məcnunsan (dəlisən)”.
15/HİCR-7
لَوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ
Lev mâ te’tînâ bil melâiketi in kunte minas sâdıkîn(sâdıkîne).
Əgər sən sadiqlərdənsənsə, bəs niyə bizə mələkləri gətirmirsən?
15/HİCR-8
مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُنْظَرِينَ
Mâ nunezzilul melâikete illâ bil hakkı ve mâ kânû izen munzarîn(munzarîne).
Biz mələkləri yalnız haqq ilə (onları cəzalandırmaq üçün) endirərik. O təqdirdə onlara möhlət də (vaxt da) verilməz.
15/HİCR-9
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
İnnâ nahnu nezzelnâz zikre ve innâ lehu le hâfizûn(hâfizûne).
Şübhəsiz ki, zikri (Qurani Kərimi) Biz endirdik. Onun qoruyucuları da, əlbəttə, Bizik.
15/HİCR-10
وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ
Ve lekad erselnâ min kablike fî şiyaıl evvelîn(evvelîne).
Və and olsun səndən öncə əvvəlki toplumlara da (rəsullar) göndərdik.
15/HİCR-11
وَمَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
Ve mâ ye’tîhim min resûlin illâ kânû bihî yestehziûn(yestehziûne).
Onlara (elə) bir rəsul gəlmədi ki, ona istehza etməsinlər.
15/HİCR-12
كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ
Kezâlike neslukuhu fî kulûbil mucrimîn(mucrimîne).
Bax beləcə onu (rəsula istehza etmək cəsarətini) mücrimlərin qəlblərinə soxarıq.
15/HİCR-13
لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ
Lâ yu’minûne bihî ve kad halet sunnetul evvelîn(evvelîne).
Əvvəlkilərin sünnəti gəlib-keçdiyi halda (əvvəlkilərin başına gələnlər onlara bəlli olduğu halda), onlar ona (rəsula) iman etməzlər
15/HİCR-14
وَلَوْ فَتَحْنَا عَلَيْهِمْ بَابًا مِنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ
Ve lev fetahnâ aleyhim bâben mines semâi fe zallû fîhi ya’rucûn(ya’rucûne).
və onlara göydən bir qapı açsaq, beləcə oradan yüksəlsələr (çıxsalar) belə.
15/HİCR-15
لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَسْحُورُونَ
Le kâlû innemâ sukkiret ebsârunâ bel nahnu kavmun meshûrûn(meshûrûne).
Mütləq: “Sadəcə gözlərimiz bağlandı (həqiqəti görmürük). Xeyr, biz sehrlənmiş bir qövmük”, -deyəcəklər.
15/HİCR-16
وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ
Ve lekad cealnâ fîs semâi burûcen ve zeyyennâhâ lin nâzırîn(nâzırîne).
And olsun ki, Biz göydə bürclər yaratdıq. Və onu baxanlar üçün bəzədik.
15/HİCR-17
وَحَفِظْنَاهَا مِنْ كُلِّ شَيْطَانٍ رَجِيمٍ
Ve hafıznâhâ min kulli şeytânin racîm(racîmin).
Və Biz onu daşlanmış (qovulmuş) şeytan(lar)ın hamısından mühafizə etdik.
15/HİCR-18
إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُبِينٌ
İllâ menisterakas sem’a fe etbeahu şihâbun mubîn(mubînun).
Ancaq kim qulaq oğurluğu edərsə (gizlicə qulaq asıb qeybi bilgiləri oğurlamaq istəyərsə), o zaman onu açıq-aşkar (görünən) bir od parçası təqib edər.
15/HİCR-19
وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ شَيْءٍ مَوْزُونٍ
Vel arda medednâhâ ve elkaynâ fîhâ ravâsiye ve enbetnâ fîhâ min kulli şey’in mevzûn(mevzûnin).
Və yer üzü ki, onu uzatdıq (yaydıq) və oraya böyük dağlar qoyduq (yerləşdirdik). Və orada hər şeydən (bütün bitkilərdən) bir-birinə mütənasib olaraq bitkilər yetişdirdik.
15/HİCR-20
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَنْ لَسْتُمْ لَهُ بِرَازِقِينَ
Ve cealnâ lekum fîhâ meâyişe ve men lestum lehu bi râzıkîn(râzıkîne).
Həm sizin, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.
15/HİCR-21
وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ
Ve in min şey’in illâ indenâ hazâinuhu ve mâ nunezziluhû illâ bi kaderin ma’lûm(ma’lûmin).
Elə bir şey yoxdur ki, onun xəzinəsi Bizim yanımızda olmasın və onu bəlli bir qədərlə (təqdir edilmiş miqdarda) endirməyək.
15/HİCR-22
وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنْتُمْ لَهُ بِخَازِنِينَ
Ve erselnâr riyâha levâkıha fe enzelnâ mines semâi mâen fe eskaynâkumûhu, ve mâ entum lehu bi hâzinîn(hâzinîne).
Və Biz (yağış) yüklü küləklər göndərdik. Beləcə səmadan su endirdik, onunla sizi suladıq (beləcə sizə su verdik). Və onun (suyun) xəzinələrini (dənizləri, çayları, torpağın altındakı və üstündəki su qaynaqlarını, gölləri) yaradan siz deyilsiniz.
15/HİCR-23
وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ
Ve innâ le nahnu nuhyî ve numîtu ve nahnul vârisûn(vârisûne).
Və şübhəsiz ki, sadəcə Biz həyat verərik. Və Biz öldürərik. Və varis olanlar da Bizik.
15/HİCR-24
وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ
Ve lekad alimnâl mustakdimîne minkum ve lekad alimnâl muste’hırîn(muste’hırîne).
And olsun ki, sizdən əvvəlkiləri bilirik. Və and olsun ki, sonrakıları da bilirik.
15/HİCR-25
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ
Ve inne rabbeke huve yahşuruhum, innehu hakîmun alîm(alîmun).
Və şübhəsiz ki, sənin Rəbbin - O, onları həşr edər (hüzuruna toplayar). Şübhəsiz ki, O, Hakimidir, Alimdir.
15/HİCR-26
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
Ve lekad halaknâl insâne min salsâlin min hamein mesnûn(mesnûnin).
And olsun ki, Biz insanı standart insan şəkli verilmiş və üzvi dəyişikliyə uğramış salsalindən (süzülmüş palçıqdan) yaratdıq.
15/HİCR-27
وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ
Vel cânne halaknâhu min kablu min nâris semûm(semûmi).
Və Canı (cinlərin babasını) daha öncə səmumun atəşindən (qızmar atəşdən, enerjidən) yaratdıq.
15/HİCR-28
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
Ve iz kâle rabbuke lil melâiketi innî hâlikun beşeren min salsâlin min hamein mesnûn(mesnûnin).
Rəbbin mələklərə belə demişdi: “Mən mütləq standart insan şəkli verilmiş və üzvi dəyişikliyə uğramış salsalindən (süzülmüş palçıqdan) bir bəşər (insan) xəlq edəcəyəm.
15/HİCR-29
فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ
Fe izâ sevveytuhu ve nefahtu fîhi min rûhî fe kaû lehu sâcidîn(sâcidîne).
Artıq onu dizayn edib içinə ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!”
15/HİCR-30
فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
Fe secedel melâiketu kulluhum ecmaûn(ecmaûne).
Beləcə mələklərin hamısı birdən, toplu şəkildə səcdə etdi.
15/HİCR-31
إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ
İllâ iblîs(iblîse), ebâ en yekûne meas sâcidîn(sâcidîne).
İblisdən başqa. (O) səcdə edənlərlə bərabər olmaqdan (onlarla birlikdə səcdə etməkdən) imtina etdi.
15/HİCR-32
قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ
Kâle yâ iblîsu mâ leke ellâ tekûne meas sâcidîn(sâcidîne).
Allah Təala belə buyurdu: “Ey iblis! Nə üçün səcdə edənlərlə bərabər olmadın (onlarla birlikdə səcdə etmədin)?”
15/HİCR-33
قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ
Kâle lem ekun li escude li beşerin halaktehu min salsâlin min hamein mesnûn(mesnûnin).
(İblis) dedi: “Mən standart insan şəkli verilmiş və üzvi dəyişikliyə uğramış salsalindən (süzülmüş palçıqdan) xəlq etdiyin bir bəşərə səcdə etmərəm (edən deyiləm)”.
15/HİCR-34
قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
Kâle fahruc minhâ fe inneke recîm(recîmun).
(Allah Təala belə) buyurdu: “Elə isə dərhal oradan çıx! Şübhəsiz ki, sən artıq qovuldun”.
15/HİCR-35
وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ
Ve inne aleykel lâ’nete ilâ yevmid dîn(dîni).
Və şübhəsiz ki, din gününə (cəza və ya mükafatın verildiyi günə) qədər lənət sənin üzərinədir (lənətlənmisən).
15/HİCR-36
قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Kâle rabbi fe enzırnî ilâ yevmi yub’asûn(yub’asûne).
(İblis) dedi: “Rəbbim, elə isə (insanların) dirildiləcəkləri günə qədər mənə zaman (möhlət) ver”.
15/HİCR-37
قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ
Kâle fe inneke minel munzarîn(munzarîne).
(Allah Təala) belə buyurdu: “Elə isə sən, həqiqətən, möhlət (vaxt) verilənlərdənsən
15/HİCR-38
إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ
İlâ yevmil vaktil ma’lûm(ma’lûmi).
məlum vaxtın gününədək”.
15/HİCR-39
قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
Kâle rabbi bi mâ agveytenî le uzeyyinenne lehum fîl ardı ve le ugviyennehum ecmeîn(ecmeîne).
(İblis belə) dedi: “Rəbbim, məni azdırdığın üçün mən də mütləq yer üzündə (azğınlığı) onlara bəzəyəcəm (gözəl göstərəcəyəm) və onların hamısını azdıracağam,
15/HİCR-40
إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ
İllâ ıbâdeke minhumul muhlasîn(muhlasîne).
yalnız müxlis (ixlas məqamının sahibi olan) qulların istisnadır”.
15/HİCR-41
قَالَ هَٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ
Kâle hâzâ sırâtun aleyye mustekîm(mustekîmun).
Allah Təala belə buyurdu: “Bax bu, Mənə yönəldilmiş (Mənə qaytaran) yoldur”.
15/HİCR-42
إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ
İnne ıbâdî leyse leke aleyhim sultânun illâ menittebeake minel gâvîn(gâvîne).
Azğın olanlardan sənə tabe olanlar istisna olmaqla, şübhəsiz ki, mənim qullarımın üzərində sənin (heç) bir sultanlığın (gücün) yoxdur.
15/HİCR-43
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
Ve inne cehenneme le mev’ıduhum ecmaîn(ecmeîne).
Və onların hamısına vəd edilən yer, əlbəttə, mütləq cəhənnəmdir.
15/HİCR-44
لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ
Lehâ seb’atu ebvâb(ebvâbin), li kulli bâbin minhum cuz’un maksûm(maksûmun).
Onun (cəhənnəmin) 7 qapısı var. Onlardan hər qapı üçün ayrılmış bir qrup var.
15/HİCR-45
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ
İnnel muttekîne fî cennâtin ve uyûn(uyûnin).
Şübhəsiz ki, təqva (mənəvi zireh) sahibləri cənnətlərin içində və bulaqların başındadırlar.
15/HİCR-46
ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ
Udhulûhâ bi selâmin âminîn(âminîne).
Əmin (qorxusuz) olaraq salam ilə oraya (cənnətə) girin!
15/HİCR-47
وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ
Ve neza’nâ mâ fî sudûrihim min gıllin ıhvânen alâ sururin mutekâbilîn(mutekâbilîne).
Və onların sinələrində nə qədər kin varsa, çəkib çıxardıq. Onlar (bir-birilə) qardaş olub qarşılıqlı taxtlar üzərindədirlər.
15/HİCR-48
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ
Lâ yemessuhum fîhâ nasabun ve mâ hum minhâ bi muhracîn(muhracîne).
Onlara orada heç bir yorğunluq üz verməz. Və onlar oradan çıxarılmayacaqlar.
15/HİCR-49
نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ
Nebbi’ ibâdî ennî enel gafûrur rahîm(rahîmu).
Qullarıma xəbər ver. Şübhəsiz ki, Mən Qafur (məğfirət edən) və Rəhiməm (rəhmət edən, rəhmət nuru göndərənəm).
15/HİCR-50
وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ
Ve enne azâbî huvel azâbul elîm(elîmu).
Və şübhəsiz ki, Mənim əzabım - o, çox acı bir əzabdır.
15/HİCR-51
وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ
Ve nebbi’hum an dayfi ibrâhîm(ibrâhîme).
Və onlara İbrahim (Ə.S)-in qonaqları barədə xəbər ver.
15/HİCR-52
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ
İz dehalû aleyhi fe kâlû selâmâ(selâmen), kâle innâ minkum vecilûn(vecilûne).
Onun yanına girdikləri zaman: “Salam!” -dedilər. (İbrahim (Ə.S)) belə dedi: “Biz, həqiqətən, sizdən qorxuruq”.
15/HİCR-53
قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ
Kâlû lâ tevcel innâ nubeşşiruke bi gulâmin alîm(alîmin).
(İbrahim (Ə.S)-in qonaqları) belə dedilər: “Qorxmayın! Şübhəsiz ki, biz səni alim bir uşaq (oğul) ilə müjdələyirik”.
15/HİCR-54
قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
Kâle e beşşertumûnî alâ en messeniyel kiberu fe bime tubeşşirûn(tubeşşirûne).
(İbrahim (Ə.S)) dedi: “Mənə qocalıq üz vermişkənmi məni müjdələyirsiniz? O halda məni nə ilə müjdələyirsiniz?”
15/HİCR-55
قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِنَ الْقَانِطِينَ
Kâlû beşşernâke bil hakkı fe lâ tekun minel kânıtîn(kânıtîne).
(Onlar) dedilər: “Biz səni haqq ilə müjdələdik. Artıq ümid kəsənlərdən olma!”
15/HİCR-56
قَالَ وَمَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ
Kâle ve men yaknetu min rahmeti rabbihî illâd dâllûn(dâllûne).
(O) dedi: “Dəlalətdə olanlardan başqa kim Rəbbinin rəhmətindən ümid kəsər?”
15/HİCR-57
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ
Kâle fe mâ hatbukum eyyuhâl murselûn(murselûne).
Belə dedi: “Ey elçilər! Bundan sonra danışacağınız məsələ nədir?”
15/HİCR-58
قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ
Kâlû innâ ursilnâ ilâ kavmin mucrimîn(mucrimîne).
(Mələklər) dedilər: “Şübhəsiz ki, biz mücrim (günahkar) bir qövmə göndərildik,
15/HİCR-59
إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
İllâ âle lût(lûtın), innâ le muneccûhum ecmaîn(ecmaîne).
ancaq Lutun ailəsi istisnadır. Şübhəsiz ki, Biz onların hamısını mütləq qurtaracağıq.
15/HİCR-60
إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ
İllâmraetehu kaddernâ innehâ le minel gâbirîn(gâbirîne).
Onun xanımından savayı. Çünki onun mütləq geridə qalanlardan (həlak) olmasını təqdir etdik”.
15/HİCR-61
فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ
Fe lemmâ câe âle lûtınil murselûn(murselûne).
Beləcə göndərilən rəsullar (elçilər) Lutun ailəsinə gəldiyi zaman
15/HİCR-62
قَالَ إِنَّكُمْ قَوْمٌ مُنْكَرُونَ
Kâle innekum kavmun munkerûn(munkerûne).
(Lut (Ə.S) belə) dedi: “Şübhəsiz ki, siz yad bir qövmsünüz”.
15/HİCR-63
قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ
Kâlû bel ci’nâke bi mâ kânû fîhi yemterûn(yemterûne).
(Elçilər) dedilər: “Xeyr, biz sənə onların (sənin qövmünün) haqqında şübhə etdikləri şeylə gəldik.
15/HİCR-64
وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ
Ve eteynâke bil hakkı ve innâ le sâdikûn(sâdikûne).
Və biz sənə haqqı gətirdik. Və şübhəsiz ki, biz sadiqlərik (doğru söyləyənlərik).
15/HİCR-65
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ
Fe esri bi ehlike bi kıt’ın minel leyli vettebı’ edbârahum ve lâ yeltefit minkum ehadun vamdû haysu tu’merûn(tu’merûne).
Dərhal ailənlə gecənin bir qismində piyada yola çıxın! Sən onların arxasınca get. Sizdən heç biriniz dönüb arxaya baxmasın. Və sizə əmr olunacaq yerə gedin”.
15/HİCR-66
وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَٰؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ
Ve kadaynâ ileyhi zâlikel emre enne dâbira hâulâi maktûun musbihîn(musbihîne).
Və onların sabaha nəsilləri tükənmiş (kökləri kəsilmiş) halda çıxacaqları (həlak olub tamamilə yox olacaqları barədə) əmri ona bildirdik.
15/HİCR-67
وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ
Ve câe ehlul medîneti yestebşirûn(yestebşirûne).
Və şəhər xalqı bir-birini müjdələyərək gəldi.
15/HİCR-68
قَالَ إِنَّ هَٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ
Kâle inne hâulâi dayfî fe lâ tefdahûni.
(Lut (Ə.S)) belə dedi: “Şübhəsiz ki, bunlar mənim qonaqlarımdır. Artıq məni utandırmayın.
15/HİCR-69
وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ
Vettekullâhe ve lâ tuhzûni.
Allaha qarşı təqva (mənəvi zireh) sahibi olun, (Ondan) çəkinin. Məni rüsvay etməyin”.
15/HİCR-70
قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ
Kâlû e ve lem nenheke anil âlemîn(âlemîne).
(Onlar) dedilər: “Biz sənə başqalarının işinə qarışmağı qadağan etmədikmi?”
15/HİCR-71
قَالَ هَٰؤُلَاءِ بَنَاتِي إِنْ كُنْتُمْ فَاعِلِينَ
Kâle hâulâi benâtî in kuntum fâilîn(fâilîne).
(Lut (Ə.S)) belə dedi: “Əgər (düşündüyünüz şeyi) edəcəksinizsə, bax bunlar mənim qızlarımdır”.
15/HİCR-72
لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ
Le amruke innehum le fî sekretihim ya’mehûn(ya’mehûne).
Ömrünə and olsun ki, şübhəsiz ki, onlar (içkinin təsiri ilə) sərxoşluqları içində şaşqın vəziyyətdə olarlar.
15/HİCR-73
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ
Fe ehazethumus sayhatu muşrikîn(muşrikîne).
Beləcə müşrikləri (günəş doğduğu vaxt orada olanları) qorxunc bir səs dalğası yaxaladı.
15/HİCR-74
فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ
Fe cealnâ âliyehâ sâfilehâ ve emternâ aleyhim hıcâraten min siccîl(siccîlin).
Beləcə onun (o diyarın) altını üstünə çevirdik. Onların üzərinə siccildən (bərkimiş qumlu palçıqdan öldürücü) daşlar yağdırdıq.
15/HİCR-75
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ
İnne fî zâlike le âyâtin lil mutevessimîn (mutevessimîne).
Bax bunda ibrətlə baxanlar üçün, əlbəttə, dəlillər var.
15/HİCR-76
وَإِنَّهَا لَبِسَبِيلٍ مُقِيمٍ
Ve innehâ le bi sebîlin mukîm(mukîmîn).
Və şübhəsiz ki, o (Mədyən şəhərin xarabalıqları), həqiqətən, yolun üstündə hələ də durmaqdadır.
15/HİCR-77
إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ
İnne fî zâlike le âyeten lil mu’minîn(mu’minîne).
Şübhəsiz ki, bunda möminlər (nəfslərinin qəlbinə iman yazılmış olanlar) üçün, əlbəttə, dəlillər (ibrətlər) var.
15/HİCR-78
وَإِنْ كَانَ أَصْحَابُ الْأَيْكَةِ لَظَالِمِينَ
Ve in kâne ashâbul eyketi le zâlimîn (zâlimîne).
Əykə xalqı da, həqiqətən, zalım idi.
15/HİCR-79
فَانْتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُبِينٍ
Fentekamnâ minhum, ve innehumâ le bi imâmin mubîn(mubînin).
Bu səbəblə onlardan da intiqam aldıq və şübhəsiz ki, ikisi də (iki şəhər də), həqiqətən, açıq-aşkar bir rəhbərdir (gələcək nəsillərə ibrətdir).
15/HİCR-80
وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ
Ve lekad kezzebe ashâbul hicril murselîn(murselîne).
And olsun ki, Hicr xalqı göndərilən rəsulları yalanladı.
15/HİCR-81
وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ
Ve âteynâhum âyâtinâ fe kânû anhâ mu’rıdîn(mu’rıdîne).
Onlara ayələrimizi (möcüzələrimizi, dəlillərimizi) verdik. Fəqət onlar ondan üz çevirdilər.
15/HİCR-82
وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ
Ve kânû yanhıtûne minel cibâli buyûten âminîn(âminîne).
Və onlar dağlardan etibarlı (möhkəm) evlər (yonaraq) oyurlar.
15/HİCR-83
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
Fe ehazethumus sayhatu musbıhîn(musbıhîne).
Beləcə səhərə çıxanları qorxunc bir səs yaxaladı.
15/HİCR-84
فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
Fe mâ agnâ anhum mâ kânû yeksibûn(yeksibûne).
Beləcə qazandıqları şeylər onlara fayda vermədi.
15/HİCR-85
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ
Ve mâ halaknâs semâvâti vel arda ve mâ beynehumâ illâ bil hakk(hakkı), ve innes sâate le âtiyetun fasfehıs safhal cemîl(cemîle).
Biz səmaları və yer üzünü və o ikisinin arasındakı şeyləri başqa bir şey üçün yaratmadıq. Ancaq haqq ilə yaratdıq. Və şübhəsiz ki, o saat (qiyamət) mütləq gələcək. Artıq onlardan gözəl bir şəkildə üz çevir.
15/HİCR-86
إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ
İnne rabbeke huvel hallâkul alîm(alîmu).
Şübhəsiz ki, sənin Rəbbin - O, yaradan və biləndir.
15/HİCR-87
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
Ve lekad âteynâke seb’an minel mesânî vel kur’ânel azîm(azîme).
Və and olsun ki, sənə ikincidən yeddiliyi və Quranul-Əzimi (əzəmətli Quranı) verdik.
15/HİCR-88
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
Lâ temuddenne ayneyke ilâ mâ metta’nâ bihî ezvâcen minhum ve lâ tahzen aleyhim vahfıd cenâhake lil mu’minîn(mu’minîne).
Onlardan bir qisminə məta (mal) olaraq cüt-cüt (bol-bol) verdiyimiz şeylərə gözlərini dikmə. Onlar üçün kədərlənmə. Möminlərə (qəlblərinə iman yazılanlara) qanadlarını aç (onlara qarşı təvazökar ol, onları himayə et).
15/HİCR-89
وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ
Ve kul innî enen nezîrul mubîn(mubînu).
De: “Və şübhəsiz ki, mən açıq-aşkar (xəbərdarlıq edən, açıqlayan, bəyan edən) bir nəzirəm”.
15/HİCR-90
كَمَا أَنْزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ
Ke mâ enzelnâ alâl muktesimîn(muktesimîne).
Necə ki, (Tövratı, İncili və Zəburu) hissələrə bölənlərə endirmişdik
15/HİCR-91
الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ
Ellezîne cealûl kur’âne ıdîn(ıdîne).
onlar da Qurani Kərimi hissələrə böldülər.
15/HİCR-92
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ
Fe ve rabbike le nes’elennehum ecmaîn(ecmaîne).
Artıq Rəbbinə and olsun ki, onların hamısını mütləq sorğu-sual edəcəyik
15/HİCR-93
عَمَّا كَانُوا يَعْمَلُونَ
Ammâ kânû ya’melûn(ya’melûne).
etdikləri şeylər barəsində.
15/HİCR-94
فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
Fasda’ bi mâ tu’meru ve a’rıd anil muşrikîn(muşrikîne).
Artıq sənə əmr olunan şeyi açıqca bildir. Və müşriklərdən üz çevir.
15/HİCR-95
إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ
İnnâ kefeynâkel mustehziîn(mustehziîne).
Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kafiyik (kifayət edərik).
15/HİCR-96
الَّذِينَ يَجْعَلُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ
Ellezîne yec’alûne meallâhi ilâhen âhar(âhara), fe sevfe ya’lemûn(ya’lemûne).
Allahla birlikdə başqa ilah qəbul edənlər artıq yaxında biləcəklər (öyrənəcəklər).
15/HİCR-97
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
Ve lekad na’lemu enneke yadîku sadruke bi mâ yekûlûn(yekûlûne).
And olsun ki, Biz onların söylədiklərindən dolayı qəlbinin sıxıldığını bilirik.
15/HİCR-98
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ
Fe sebbih bi hamdi rabbike ve kun mines sâcidîn(sâcidîne).
Elə isə Rəbbini həmd ilə təsbih et və səcdə edənlərdən ol.
15/HİCR-99
وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ
Va’bud rabbeke hattâ ye’tiyekel yakîn(yakînu).
Və sənə yəqin gələnə (son yəqinə; Haqqul-yəqinə çatana, Allaha kölə olana) qədər Rəbbinə qul ol!
15 / 114
Oxuduğum ayə
0%