طه
Tâ, hâ.
Ta, Ha.
مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ
Mâ enzelnâ aleykel kur’âne li teşkâ.
Quranı sənə məşəqqət (əziyyət) olsun deyə endirmədik,
إِلَّا تَذْكِرَةً لِمَنْ يَخْشَىٰ
İllâ tezkiraten li men yahşâ.
xuşu sahiblərinə zikir (öyüd) olsun deyə (endirdik).
تَنْزِيلًا مِمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى
Tenzîlen mimmen halakal arda ves semâvâtil ulâ.
Ərzi və uca göyləri yaradan tərəfindən endirilmişdir.
الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ
Er rahmânu alâl arşistevâ.
Rəhman ərşin üzərinə yönəldi.
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ
Lehu mâ fis semâvâti ve mâ fîl ardı ve mâ beynehumâ ve mâ tahtes serâ.
Göylərdə və ərzdə və ikisinin arasında və nəmli torpağın altında olanlar Onundur.
وَإِنْ تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى
Ve in techer bil kavli fe innehu ya’lemus sirre ve ahfâ.
Və sən sözü açıqlasan da, (açıqlamasan da), şübhəsiz ki, O, gizlini və daha gizlini (və ən gizlini) bilir.
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ
Allâhu lâ ilâhe illâ huve, lehul esmâul husnâ.
(O) Allah ki, Ondan başqa İlah yoxdur. Ən gözəl isimlər Onundur.
وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
Ve hel etâke hadîsu mûsâ.
Sənə Musa (Ə.S)-in xəbəri gəldimi?
إِذْ رَأَىٰ نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى
İz raâ nâren fe kâle li ehlihimkusû innî ânestu nâren leallî âtîkum minhâ bi kabesin ev ecidu alân nâri hudâ(huden).
Bir atəş gördüyü zaman ailəsinə belə demişdi: “(Burada) gözləyin! Şübhəsiz ki, mən bir atəş gördüm. Bəlkə ondan sizə bir köz (nur) gətirdim və ya atəşin (nurun) yanında hidayəti tapdım”.
فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ
Fe lemmâ etâhâ nûdiye yâ mûsâ.
Beləcə oraya (atəşin; nurun yanına) gəldiyi zaman: “Ey Musa!” -deyə nida gəldi.
إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
İnnî ene rabbuke fehla’ na’leyke, inneke bil vâdil mukaddesi tuvâ(tuven).
(Allah Təala səsləndi): “Şübhəsiz ki, Mən sənin Rəbbinəm. İndi başmaqlarını çıxar. Şübhəsiz ki, sən müqəddəs Tuva vadisindəsən.
وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ
Ve enahtertuke festemi’ li mâ yûhâ.
Və Mən səni seçdim. Elə isə vəhy olunanı dinlə!
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
İnnenî enallâhu lâ ilâhe illâ ene fa’budnî ve ekımis salâte li zikrî.
Şübhəsiz ki, Mən - Mən Allaham. Məndən başqa ilah yoxdur. Elə isə Mənə qul ol və məni zikr etmək üçün namaz qıl!
إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ
İnnes sâate âtiyetun ekâdu uhfîhâ li tuczâ kullu nefsin bimâ tes’â.
Şübhəsiz ki, o saat (qiyamət saatı) gələcək. Bütün nəfslərə (hər kəsə) əməyinin qarşılığı (cəza və ya mükafatları) verilsin deyə az qala onu Özümdən belə gizləyəcəyəm.
فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَنْ لَا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ
Fe lâ yasuddenneke anhâ men lâ yu’minu bihâ vettebea hevâhu fe terdâ.
Elə isə ona (qiyamət saatına) inanmayanlar və nəfsinin istəklərinə tabe olanlar səni əsla ondan (qiyamət gününə iman etməkdən) çəkindirməsin. O təqdirdə sən (də) həlak olarsan.
وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ
Ve mâ tilke bi yemînike yâ mûsâ.
O sağ əlindəki nədir, ey Musa?”
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ
Kâle hiye asâye, etevekkeu aleyhâ ve ehuşşu bihâ alâ ganemî ve liye fîhâ meâribu uhrâ.
(Musa Ə.S) dedi: “O mənim əsamdır, mən ona söykənirəm. Və onunla qoyunlarıma yarpaq silkələyirəm. Mənim üçün onda bundan başqa məənfətlər də (faydalar da) var”.
قَالَ أَلْقِهَا يَا مُوسَىٰ
Kâle elkıhâ yâ mûsâ.
(Allah Təala) dedi: “Ey Musa, onu at!”
فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ
Fe elkâhâ fe izâ hiye hayyetun tes’â.
Beləcə onu atdı. O zaman o, sürətlə hərəkət edən (qaçan) bir ilan olmuşdu.
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ
Kâle huzhâ ve lâ tehaf se nuîduhâ sîretehâl ûlâ.
(Allah Təala) dedi: “Onu al və qorxma! Onu ilk sürətinə (vəziyyətinə) qaytaracağıq.
وَاضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَىٰ
Vadmum yedeke ilâ cenâhıke tahruc beydâe min gayri sûin âyeten uhrâ.
Əlini (qoynunun) yan tərəfinə sal. Başqa bir ayə (möcüzə) olaraq (onu) qüsursuz (ləkəsiz) və bəyaz (nurlu) halda çıxar.
لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى
Li nuriyeke min âyâtinâl kubrâ.
(Bu), böyük ayələrimizdən (möcüzələrimizdən) birini sənə göstərməyimiz üçündür.
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
İzheb ilâ fir’avne innehu tagâ.
Firona get! Çünki o azdı”.
قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي
Kâle rabbişrah lî sadrî.
(Musa (Ə.S)) dedi: “Rəbbim, mənim köksümü yar (aç)
وَيَسِّرْ لِي أَمْرِي
Ve yessir lî emrî.
və işimi asanlaşdır
وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي
Vahlul ukdeten min lisânî.
və dilimdəki düyünü aç ki,
يَفْقَهُوا قَوْلِي
Yefkahû kavlî.
sözlərimi idrak etsinlər
وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي
Vec’al lî vezîren min ehlî.
və ailəmdən mənə bir yardımçı ver:
هَارُونَ أَخِي
Hârûne ahî.
qardaşım Harunu.
اشْدُدْ بِهِ أَزْرِي
Uşdud bihî ezrî.
Onunla gücümü artır (məni gücləndir)
وَأَشْرِكْهُ فِي أَمْرِي
Ve eşrikhu fî emrî.
və onu işimdə mənə ortaq et ki,
كَيْ نُسَبِّحَكَ كَثِيرًا
Key nusebbihake kesîrâ(kesîren).
Səni çox təsbih edək
وَنَذْكُرَكَ كَثِيرًا
Ve nezkureke kesîrâ(kesîren).
və Səni çox zikr edək.
إِنَّكَ كُنْتَ بِنَا بَصِيرًا
İnneke kunte binâ basîrâ(basîren).
Şübhəsiz ki, Sən bizi görənsən”.
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ
Kâle kad ûtîte su’leke yâ mûsâ.
(Allah Təala) dedi: “Ey Musa! Sənə istədiyin verilmişdir.
وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ
Ve lekad menennâ aleyke merraten uhrâ.
Və and olsun ki, sənə (bundan əvvəl) bir dəfə də nemət verdik (nemət vermişdik).
إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ
İz evhaynâ ilâ ummike mâ yûhâ.
Vəhy olunacaq şeyi anana vəhy etmişdik.
أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي
Enıkzifîhi fît tâbûti fakzifîhi fîl yemmi felyulkıhil yemmu bis sâhıli ye’huzhu aduvvun lî ve aduvvun lehu, ve elkaytu aleyke mehabbeten minnî ve li tusnea alâ aynî.
Onu sandığa qoymağını, sonra onu dənizə (Nil çayına) atmağını (vəhy etmişdik). Beləcə dəniz onu sahilə atsın, Mənim və onun düşməni onu alsın (deyə). Və gözümün qabağında (mühafizəmdə) yetişdirilməyin üçün sənə Özümdən məhəbbət (sevgi) verdim.
إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ
İz temşî uhtuke fe tekûlu hel edullukum alâ men yekfuluhu, fe raca’nâke ilâ ummike key takarra aynuhâ ve lâ tahzene, ve katelte nefsen fe necceynâke minel gammi ve fetennâke futûnen, fe lebiste sinîne fî ehli medyene summe ci’te alâ kaderin yâ mûsâ.
Bacın (səni izləyərək arxanca) gedird. (Səni saraya götürdükləri zaman onlara belə) deyirdi: “Sizə ona zamin olacaq (ona süd verib baxa biləcək) birisini göstərimmi?” Beləcə səni anana qaytardıq. Onun gözü aydın olsun və kədərlənməsin deyə. Və bir nəfəri öldürmüşdün. Onda da səni qəmdən (kədərdən) qurtarmışdıq. Və səni sınaqlarla imtahan etdik. Beləcə Mədyən xalqının içərisində illərcə qaldın. Sonra əvvəlcədən müəyyən edilmiş (qədərində yazılmış) vaxtda bura gəldin, ey Musa!
وَاصْطَنَعْتُكَ لِنَفْسِي
Vastana’tuke li nefsî.
Və Mən səni (nəbi olaraq) Özüm üçün seçib yetişdirdim.
اذْهَبْ أَنْتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي
İzheb ente ve ehûke bi âyâtî ve lâ teniyâ fî zikrî.
Sən və qardaşın ayələrimlə (möcüzələrimlə) gedin və Mənim zikrimi (Məni zikr etməyi) boşlamayın (daimi zikrdə olun).
اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
İzhebâ ilâ fir’avne innehu tagâ.
İkiniz (də) firona gedin. Şübhəsiz ki, o azdı.
فَقُولَا لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ
Fe kûlâ lehu kavlen leyyinen leallehu yetezekkeru ev yahşâ.
O zaman ona yumşaq söz söyləyin. Bəlkə beləcə anlar yaxud (Allaha) xuşu (ehtiram) duyar”.
قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَنْ يَفْرُطَ عَلَيْنَا أَوْ أَنْ يَطْغَىٰ
Kâlâ rabbenâ innenâ nehâfu en yefruta aleynâ ev en yatgâ.
(O ikisi) dedilər: “Rəbbimiz, həqiqətən, biz onun bizə (qarşı) həddi aşmasından və ya azğın davranmasından qorxuruq”.
قَالَ لَا تَخَافَا ۖ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَىٰ
Kâle lâ tehâfâ innenî meakumâ esmau ve erâ.
(Allah Təala) dedi: “İkiniz də qorxmayın! Şübhəsiz ki, Mən sizinləyəm, eşidirəm və görürəm”.
فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِنْ رَبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ
Fe’tiyâhu fe kûlâ innâ resûlâ rabbike fe ersil meanâ benî isrâîle ve lâ tuazzibhum, kad ci’nâke bi âyetin min rabbike, ves selâmu alâ menittebeal hudâ.
O halda ikiniz (də) ona gedin və ona belə söyləyin: “Şübhəsiz ki, biz sənin Rəbbinin iki rəsuluyuq. Artıq İsrail oğullarını bizimlə göndər və onlara əzab vermə! Sənə Rəbbindən ayə (möcüzə) gətirdik. Və hidayətə tabe olanlara salam olsun!
إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَنْ كَذَّبَ وَتَوَلَّىٰ
İnnâ kad ûhıye ileynâ ennel azâbe alâ men kezzebe ve tevellâ.
Şübhəsiz ki, yalanlayanlara və üz çevirənlərə əzab veriləcəyi bizə vəhy olundu”.
قَالَ فَمَنْ رَبُّكُمَا يَا مُوسَىٰ
Kâle fe men rabbikumâ yâ mûsâ.
(Firon belə) dedi: “Elə isə ikinizin (də) Rəbbi kimdir, Ey Musa?”
قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ
Kâle rabbunâllezî a’tâ kulle şey’in halkahu summe hedâ.
(Hz. Musa) dedi: “Bizim Rəbbimiz hər şeyə yaradılışını lütf edən (ehsan edən) sonra da (Özünə) geri qaytarandır.
قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَىٰ
Kâle fe mâ bâlul kurûnil ûlâ.
(Firon) dedi: “Elə isə əvvəlki nəsillər nə haldadır?”
قَالَ عِلْمُهَا عِنْدَ رَبِّي فِي كِتَابٍ ۖ لَا يَضِلُّ رَبِّي وَلَا يَنْسَى
Kâle ilmuhâ inde rabbî fî kitâbin, lâ yadıllu rabbî ve lâ yensâ.
(Hz. Musa) dedi: “Onun elmi Rəbbimin qatında bir kitabdadır (Ümmül Kitabdadır). Mənim Rəbbim səhv etməz və unutmaz”.
الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِنْ نَبَاتٍ شَتَّىٰ
Ellezî ceale lekumul arda mehden ve seleke lekum fîhâ subulen ve enzele mines semâi mâen, fe ahracnâ bihî ezvâcen min nebâtin şettâ.
Yer üzünü sizə döşək (beşik) edən, orada sizin üçün yollar açan və göydən su endirən Odur. Sonra da onunla müxtəlif bitkilərdən cüt-cüt çıxartdıq.
كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ
Kulû ver’av en’âmekum, inne fî zâlike le âyâtin li ulîn nuhâ.
Yeyin və heyvanlarınızı otarın! Şübhəsiz ki, bunda ağıl sahibləri üçün, əlbəttə, ayələr (dəlillər) var.
مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ
Minhâ halaknâkum ve fîhâ nuîdukum ve minhâ nuhricukum târeten uhrâ.
Sizi ondan (torpaqdan) yaratdıq. Və sizi ora (geri) qaytaracağıq. Və sizi oradan bir dəfə daha çıxaracağıq.
وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ
Ve lekad eraynâhu âyâtinâ kullehâ fe kezzebe ve ebâ.
Və and olsun ki, ayələrimizin (möcüzələrimizin) hamısını ona göstərdik. Buna rəğmən yalanladı və (yalanında) dirəndi.
قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَىٰ
Kâle e ci’tenâ li tuhricenâ min ardınâ bi sihrike yâ mûsâ.
(Firon) dedi: “Sən bizi sehrin ilə yurdumuzdan çıxarmaq üçünmü gəldin, ey Musa?
فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنْتَ مَكَانًا سُوًى
Fe le ne’tiyenneke bi sihrin mislihî fec’al beynenâ ve beyneke mev’ıden lâ nuhlifuhu nahnu ve lâ ente mekânen suvâ(suven).
Elə isə biz sənə mütləq onun kimi bir sehr gətirəcəyik. İndi səninlə bizim aramızda bir vaxt (görüş vaxtı) (və) səninlə bizim ixtilaf etməyəcəyimiz uyğun bir yer təyin et (seç)”.
قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَنْ يُحْشَرَ النَّاسُ ضُحًى
Kâle mev’ıdukum yevmuz zîneti ve en yuhşeren nâsu duhâ(duhan).
(Musa (Ə.S)) dedi: “Sizinlə (bizim) görüş vaxtımız zinət (bayram) günü və insanların toplandığı quşluq vaxtı olsun”.
فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَىٰ
Fe tevellâ fir’avnu fe cemea keydehu summe etâ.
Beləcə firon dönüb getdi. Artıq hiylələrini topladıqdan sonra gəldi.
قَالَ لَهُمْ مُوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ افْتَرَىٰ
Kâle lehum mûsâ veylekum lâ tefterû alâllâhi keziben fe yushıtekum bi azâb(azâbin), ve kad hâbe menifterâ.
Musa (Ə.S) onlara belə dedi: “Vay valınıza! Allaha qarşı yalan uyduraraq böhtan atmayın, yoxsa sizi yox edər. Və (Ona) iftira edən(lər) ziyana uğramışdır”.
فَتَنَازَعُوا أَمْرَهُمْ بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَىٰ
Fe tenâzeû emrehum beynehum ve eserrûn necvâ.
Beləcə işlərini (hiylələrini) öz aralarında görüşdülər (müzakirə etdilər) və gizlicə pıçıldaşdılar.
قَالُوا إِنْ هَٰذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَنْ يُخْرِجَاكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَىٰ
Kâlû in hâzâni le sâhirâni yurîdâni en yuhricâkum min ardıkum bi sihrihimâ ve yezhebâ bi tarîkatikumul muslâ.
(Onlar) dedilər: “Bu ikisi, həqiqətən, iki sehrbazdır. Sehrləri ilə sizi yurdunuzdan çıxartmaq və üstün olan təriqətinizi (yolunuzu, dininizi) yox etmək istəyirlər”.
فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا ۚ وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَىٰ
Fe ecmiû keydekum summe’tû saffâ(saffen), ve kad eflehal yevme menista’lâ.
(Firon belə dedi): “Artıq hiylələrinizi (sehrlərinizi) toplayın. Sonra sıra ilə gəlin. Və o gün üstün gələn fəlaha çatmışdır (nicat tapmışdır, zəfər çalmışdır)”.
قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ
Kâlû yâ mûsâ immâ en tulkıye ve immâ en nekûne evvele men elkâ.
(Sehrbazlar) dedilər: “Ey Musa, əvvəlcə (əsanı) sənmi atırsan, yoxsa bizmi ataq?”
قَالَ بَلْ أَلْقُوا ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ
Kâle bel elkû, fe izâ hıbâluhum ve ısıyyuhum yuhayyelu ileyhi min sihrihim ennehâ tes’â.
(Musa (Ə.S)) dedi: “Xeyr, (siz) atın!” Beləcə (atdıqları) zaman onların ipləri və əsaları ona etdikləri sehrlərdən dolayı sürətlə hərəkət edirmişlər kimi göründü.
فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسَىٰ
Fe evcese fî nefsihî hîfeten mûsâ.
Bundan dolayı Musa (Ə.S)-in canına qorxu düşdü.
قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنْتَ الْأَعْلَىٰ
Kulnâ lâ tehaf inneke entel a’lâ.
(Biz) dedik: “Qorxma! Şübhəsiz ki, sən üstünsən.
وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا ۖ إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ ۖ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَىٰ
Ve elkı mâ fî yemînike telkaf mâ sanaû, innemâ sanaû keydu sâhır(sâhırin), ve lâ yuflihus sâhıru haysu etâ.
Və sağ əlindəkini (əsanı) at, (əsa) onların düzəltdiyi şeyləri udacaq. Onların etdikləri sadəcə sehrbaz hiyləsidir və sehrbazlar haradan gəlirlərsə gəlsinlər, fəlaha çata bilməzlər (nicat tapmazlar)”.
فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ
Fe ulkıyes seharatu succeden kâlû âmennâ bi rabbi hârûne ve mûsâ.
Bundan sonra sehrbazlar səcdə edərək yerə qapandılar. (Və) dedilər: “Biz Harun və Musanın Rəbbinə iman etdik”.
قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ
Kâle âmentum lehu kable en âzene lekum, innehu le kebîrukumullezî allemekumus sihr(sihra), fe le ukattıanne eydiyekum ve erculekum min hilâfin ve le usallibennekum fî cuzûın nahli ve le ta’lemunne eyyunâ eşeddu azâben ve ebkâ.
(Firon) dedi: “Mən sizə izin verməzdən əvvəl ona imanmı etdiniz? Şübhəsiz ki, o, həqiqətən, sizə sehr öyrədən böyüyünüzdür (ustanızdır). Belə olan halda mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsəcəyəm. Və sizi mütləq xurma ağacından asacağam. Və beləcə hansımızın əzabı daha şiddətli və daha sürəkli imiş mütləq biləcəksiniz”.
قَالُوا لَنْ نُؤْثِرَكَ عَلَىٰ مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا ۖ فَاقْضِ مَا أَنْتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِي هَٰذِهِ الْحَيَاةَ الدُّنْيَا
Kâlû len nu’sireke alâ mâ câenâ minel beyyinâti vellezî fataranâ fakdi mâ ente kâdin, innemâ takdî hâzihil hayâted dunyâ.
(Sehrbazlar) dedilər: “Bizə gələn möcüzələr qarşısında əsla səni seçmərik (üstün tutmarıq). Çünki bizi O yaratdı. Elə isə edəcəyini et. Fəqət sən (edəcəyini) ancaq bu dünya həyatında edərsən (edə bilərsən)”.
إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ
İnnâ âmennâ bi rabbinâ li yagfira lenâ hatâyânâ ve mâ ekrehtenâ aleyhi mines sihr(sihri), vallâhu hayrun ve ebkâ.
Şübhəsiz ki, biz xətalarımızdan və ona (Hz. Musaya) qarşı sehrdən bizə zorla (istəməyərək) etdirdiyin şeylərdən (dolayı) bizi məğfirət etsin (əfv etsin və günahlarımızı savaba çevirsin) deyə Rəbbimizə iman etdik. Və Allah daha xeyirli və daha baqidir (əbədidir).
إِنَّهُ مَنْ يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
İnnehu men ye’ti rabbehu mucrimen fe inne lehu cehennem(cehenneme), lâ yemûtu fîhâ ve lâ yahyâ.
Şübhəsiz ki, kim Rəbbinə günahkar olaraq gələrsə, o təqdirdə onu mütləq cəhənnəm gözləyir. Orada nə ölər, nə də yaşayar.
وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَىٰ
Ve men ye’tihî mu’minen kad amiles sâlihâti fe ulâike lehumud deracâtul ulâ.
Kim saleh əməllər işləmişsə (nəfs təzkiyəsi etmişsə) və Ona (Allaha) bir mömin olaraq gələrsə, o təqdirdə bax onlar - onlar üçün yüksək dərəcələr var.
جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَنْ تَزَكَّىٰ
Cennâtu adnin tecrî min tahtihâl enhâru hâlidîne fîhâ ve zâlike cezâu men tezekkâ.
İçində əbədi qalacaqları, altından çaylar axan Ədn cənnətləri var. Və bax bu, təzkiyə olanların (nəfs təzkiyəsi və nəfs tasfiyəsi edənlərin) mükafatıdır.
وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ
Ve lekad evhaynâ ilâ mûsâ en esri bi ibâdî fadrib lehum tarîkan fîl bahri yebesâ(yebesen), lâ tehâfu deraken ve lâ tahşâ.
Və and olsun ki, Biz Musa (Ə.S)-ə vəhy etdik ki: “Qullarımla gecə (yola) çıx! Sonra da (əsanla dənizə) vuraraq onlar üçün quru bir yol aç! (Fironun sizə) yetişməsindən qorxma və (suda boğulmaqdan da əndişə etmə!”
فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ
Fe etbeahum fir’avnu bi cunûdihî fe gaşiyehum minel yemmi mâ gaşiyehum.
Beləcə Firon öz ordusuyla onları təqib etdi. Dəniz də elə bir qapanma ilə qapandı ki, onları tamamilə örtərək qapladı (onları suda boğdu).
وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَىٰ
Ve edalle fir’avnu kavmehu ve mâ hedâ.
Və firon qövmünü dəlalətdə buraxdı və (qövmünün) hidayətinə mane oldu.
يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنْجَيْنَاكُمْ مِنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ
Yâ benî isrâîle kad enceynâkum min aduvvikum ve vâadnâkum cânibet tûril eymene ve nezzelnâ aleykumul menne ves selvâ.
Ey İsrail oğulları! Sizi düşməninizdən qurtarmışdıq. Və Turun sağ tərəfində sizinlə (görüşmək üçün) vədələşdik və sizə qüdrət halvası və bildirçin endirdik.
كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي ۖ وَمَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَىٰ
Kulû min tayyibâti mâ razaknâkum ve lâ tatgav fîhi fe yahılle aleykum gadabî ve men yahlil aleyhi gadabî fe kad hevâ.
Sizə ruzi olaraq verdiyimiz təmiz şeylərdən yeyin. Və onda (yediyiniz şeylərdə) azğınlıq (nankorluq) etməyin. Əks halda sizə qəzəbim enər. Və kimin üzərinə qəzəbim enərsə, o artıq məhv olmuşdur (nəfsinin istəklərinə tabe olub dəlalətə düşmüşdür).
وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ
Ve innî le gaffârun li men tâbe ve âmene ve amile sâlihan summehtedâ.
Və şübhəsiz ki, Mən (mürşidin önündə 12 ehsanla) tövbə edənlər və (ikinci dəfə) amənu (qəlbinə iman yazıldığı üçün imanı artan mömin) olanlar və saleh əməl işləyənlər (nəfsi islahedici əməl işləyənlər; zikr edənlər) üçün mütləq Qaffaram (onların günalarını savaba çevirənəm). Sonra onlar (Mənim tərəfimdən) hidayət olunar (ölmədən əvvəl ruhları Allaha qaytarılar).
وَمَا أَعْجَلَكَ عَنْ قَوْمِكَ يَا مُوسَىٰ
Ve mâ a’celeke an kavmike yâ mûsâ.
Ey Musa! Səni qövmündən (ayırıb Tur dağına) tələsdirən nədir?
قَالَ هُمْ أُولَاءِ عَلَىٰ أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ
Kâle hum ulâi alâ eserî ve aciltu ileyke rabbi li terdâ.
(Musa (Ə.S)) dedi: “Onlar da mənim arxamca gəlirlər. Və Rəbbim, mən Sənin rizan (Sənə gəlmək) üçün tələsdim”.
قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ
Kâle fe innâ kad fetennâ kavmeke min ba’dike ve edallehumus sâmiriyy(sâmiriyyu).
(Allah Təala) dedi: “Şübhəsiz ki, Biz beləcə sənin qövmünü səndən sonra imtahan etmişdik. Və Samiri onları dəlalətə saldı”.
فَرَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا ۚ قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدْتُمْ أَنْ يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِنْ رَبِّكُمْ فَأَخْلَفْتُمْ مَوْعِدِي
Fe racea mûsâ ilâ kavmihî gadbâne esifen, kâle yâ kavmi e lem yaıdkum rabbukum va’den hasenen, e fe tâle aleykumul ahdu em eradtum en yahılle aleykum gadabun min rabbikum fe ahleftum mev’ıdî.
Beləcə Musa (Ə.S) kədərlənərək qəzəbli halda qövmünə qayıtdı. Dedi: “Ey qövmüm! Rəbbiniz sizə gözəl bir vəd vermədimi? Buna rəğmən əhd müddəti sizə uzunmu gəldi? Yoxsa Rəbbinizdən üzərinizə qəzəb enməsinimi istədiniz? Buna görəmi mənə verdiyiniz vəddən döndünüz?”
قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِنْ زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَٰلِكَ أَلْقَى السَّامِرِيُّ
Kâlû mâ ahlefnâ mev’ıdeke bi melkinâ ve lâkinnâ hummilnâ evzâran min zînetil kavmi fe kazefnâhâ fe kezâlike elkâs sâmiriyy(sâmiriyyu).
(Qövmündəkilər) dedilər: “Sənə verdiyimiz vəddən öz istəyimizlə dönmədik. Və lakin bizə o qövmün (firon qövmünün) zinətlərindən (qızıl bəzək əşyalarından) ibarət ağır yüklər yüklənmişdi. Bu səbəbdən onları (əritmək üçün atəşə) atdıq. Sonra Samiri də atdı”.
فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَٰذَا إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ
Fe ahrace lehum ıclen ceseden lehu huvârun fe kâlû hâzâ ilâhukum ve ilâhu mûsâ fe nesiye.
Beləcə onlar üçün böyürən bir buzov heykəli (düzəldib) çıxardı. Və (Samiri və tərəfdarları) onlara dedilər: “Bu, sizin ilahınızdır. Və Musanın da ilahıdır, fəqət o unutdu”.
أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا
E fe lâ yerevne ellâ yerciu ileyhim kavlen ve lâ yemliku lehum darran ve lâ nef’â(nef’an).
Onlara sözlə cavab vermədiyini və onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürlərmi?
وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي
Ve lekad kâle lehum hârûnu min kablu yâ kavmi innemâ futintum bihî ve inne rabbekumur rahmânu fettebiûnî ve etîû emrî.
Və and olsun ki, Harun (Ə.S) daha əvvəl onlara belə dedi: “Ey qövmüm siz onunla sadəcə imtahan edildiniz! Və şübhəsiz ki, sizin Rəbbiniz Rəhmandır. Artıq mənə tabe olun və əmrimə itaət edin”.
قَالُوا لَنْ نَبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ
Kâlû len nebraha aleyhi âkifîne hattâ yercia ileynâ mûsâ.
(Onlar) dedilər: “Musa yanımıza dönənə qədər özümüzü ona vəqf etməkdən (ona ibadət etməkdən) əsla vaz keçməyəcəyik”.
قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا
Kâle yâ hârûnu mâ meneake iz raeytehum dallû.
(Musa (Ə.S)) dedi: “Ey Harun! Onların dəlalətə düşdüyünü gördüyün zaman (onlara xəbərdarlıq etməyə) sənə nə mane oldu?
أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِي
Ellâ tettebiani, e fe asayte emrî.
Nə üçün mənə (əmrimə) tabe olmadın? Yoxsa əmrimə üsyanmı etdin?”
قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي ۖ إِنِّي خَشِيتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي
Kâle yebneumme lâ te’huz bi lıhyetî ve lâ bi ra’sî, innî haşîtu en tekûle ferrakte beyne benî isrâîle ve lem terkub kavlî.
(Harun (Ə.S)) dedi: “Ey anamın oğlu! Saqqalımı və başımı (saçımı) tutma (çəkmə). Həqiqətən, mən sənin: “İsrail oğulları arasına ayrılıq (iki tirəlik, düşmənçilik) saldın və sözümü tutmadın (əmrimi yerinə yetirmədin)”, -deməyindən qorxdum”.
قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ
Kâle fe mâ hatbuke yâ sâmiriyy(sâmiriyyu).
(Musa (Ə.S)) dedi: “Elə isə, ey Samiri! Sən onlara nə söylədin?”
قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي
Kâle basurtu bi mâ lem yabsurû bihî fe kabadtu kabdaten min eserir resûli fe nebeztuhâ ve kezâlike sevvelet lî nefsî.
(Samiri) dedi: “Mən onların görmədiyi şeyi gördüm. Rəsulun (Cəbrail (Ə.S))-in izindən (ayağının basdığı torpaqdan) bir ovuc aldım. Sonra da onu (ərimiş metalların içinə) atdım. Və beləcə (bu), nəfsimə (mənə) gözəl göründü”.
قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَنْ تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَنْ تُخْلَفَهُ ۖ وَانْظُرْ إِلَىٰ إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنْسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا
Kâle fezheb fe inne leke fîl hayâti en tekûle lâ misâse ve inne leke mev’ıden len tuhlefehu, vanzur ilâ ilâhikellezî zalte aleyhi âkifâ(âkifen), le nuharrikannehu summe le nensifennehu fîl yemmi nesfâ(nesfen).
(Musa (Ə.S)) dedi: “Artıq get! Artıq bütün həyatın boyunca: “(Mənə) toxunmayın!” -deməli olacaqsan. Şübhəsiz ki, sənin üçün əsla qurtula bilməyəcəyin bir vəd (cəza) var. Və israrla özünü vəqf etdiyin (inandığın) ilahına bax! Onu mütləq yandıracağıq. Sonra da, əlbəttə, onu toz halına gətirərək (küllərini) sovurub dənizə atacağıq”.
إِنَّمَا إِلَٰهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا
İnnemâ ilâhukumullâhullezî lâ ilâhe illâ huve, vesia kulle şey’in ilmen.
Sizin ilahınız sadəcə Alladır ki, Ondan başqa ilah yoxdur. Elmi ilə hər şeyi əhatə etmişdir.
كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ آتَيْنَاكَ مِنْ لَدُنَّا ذِكْرًا
Kezâlike nakussu aleyke min enbâi mâ kad sebaka, ve kad âteynâke min ledunnâ zikrâ(zikren).
Bax beləcə olub-keçmiş xəbərləri sənə danışırıq. Və sənə qatımızdan Zikri (Quranı) verdik.
مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا
Men a’rada anhu fe innehu yahmilu yevmel kıyâmeti vizrâ(vizren).
Kim ondan (Qurani Kərimdən) üz çevirərsə, o zaman, şübhəsiz ki, o qiyamət günü (ağır) bir yük (itirdiyi dərəcələri) yüklənər.
خَالِدِينَ فِيهِ ۖ وَسَاءَ لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا
Hâlidîne fîhi, ve sâe lehum yevmel kıyâmeti hımlâ(hımlen).
Onlar onda (o yükün gətirəcəyi əzabın içində) əbədi olaraq qalacaqlar. Və qiyamət günü yükləndikləri onlar üçün nə pis (yükdür).
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا
Yevme yunfehu fîs sûri ve nahşurul mucrimîne yevme izin zurkâ(zurkan).
O gün sura üfürülər. Və mücrimləri o izin günü göyərmiş olaraq həşr edəcəyik (toplayacağıq).
يَتَخَافَتُونَ بَيْنَهُمْ إِنْ لَبِثْتُمْ إِلَّا عَشْرًا
Yetehâfetûne beynehum in lebistum illâ aşrâ(aşren).
Onlar öz aralarında: “(Dünyada) sadəcə 10 (gün) qaldınız”, -deyə gizlicə danışacaqlar.
نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِنْ لَبِثْتُمْ إِلَّا يَوْمًا
Nahnu a’lemu bimâ yekûlûne iz yekûlu emseluhum tarîkaten in lebistum illâ yevmâ(yevmen).
Onların söylədikləri şeyləri Biz daha yaxşı bilirik. Yol baxımından onlara örnək (üstün) olan (kimsə; mürşid): “Sadəcə bir gün qaldınız”, -deyəcək.
وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا
Ve yes’elûneke anil cibâli fe kul yensifuhâ rabbî nesfâ(nesfen).
Və səndən dağlar barədə soruşurlar. O zaman onlara de ki: “Rəbbim onları sovurub atacaq,
فَيَذَرُهَا قَاعًا صَفْصَفًا
Fe yezeruhâ kâan safsafâ(safsafen).
beləcə onu dümdüz bir yer edəcək.
لَا تَرَىٰ فِيهَا عِوَجًا وَلَا أَمْتًا
Lâ terâ fîhâ ivecen ve lâ emtâ(emten).
Orada (dağların yerində) heç bir əyrilik və kələ-kötürlük görə bilməzsən”.
يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ ۖ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا
Yevme izin yettebiûned dâıye lâ ivece lehu, ve haşeatil asvâtu lir rahmâni fe lâ tesmeu illâ hemsâ(hemsen).
İzin (tabeiyyət) günü özündə heç bir əyrilik olmayan dəvətçiyə (mürşidə) tabe olarlar. Rəhmana qarşı səslər qısılar. O zaman fısıltıdan başqa bir şey (səs) eşitməzsən.
يَوْمَئِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَرَضِيَ لَهُ قَوْلًا
Yevme izin lâ tenfauş şefâatu illâ men ezine lehur rahmânu ve radıye lehu kavlâ(kavlen).
İzin günü Rəhmanın izin verdiyi və sözündən razı olduğu (təsərrüf rizasının sahibi olan) kimsədən (dövrün imamından) başqasının şəfaəti bir fayda verməz.
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا
Ya’lemu mâ beyne eydîhim ve mâ halfehum ve lâ yuhîtûne bihî ılmâ(ılmen).
(Allah) onların önlərindəkiləri və arxalarındakıları (onların keçmişini və gələcəyini) bilir və onların elmi onu qavraya bilməz.
وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا
Ve anetil vucûhu lil hayyil kayyûm(kayyûmi), ve kad hâbe men hamele zulmâ(zulmen).
Vəchlər (hər kəs) Hayy (diri) və Qayyum (daim) olan (Allaha) boyun əydi. Və zülm yüklənənlər cəhənnəmlik oldular.
وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا
Ve men ya’mel mines sâlihâti ve huve mu’minun fe lâ yehâfu zulmen ve lâ hadmâ(hadmen).
Və mömin (qəlbinə iman yazılmış) olaraq saleh (nəfsi islahedici) əməl işləyənlər artıq özlərinə zülm, haqsızlıq edilməsindən və (qazandıqları dərəcələrin) azaldılmasından qorxmasınlar.
وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا
Ve kezâlike enzelnâhu kur’ânen arabîyyen ve sarrafnâ fîhi minel vaîdi leallehum yettekûne ev yuhdisu lehum zikrâ(zikren).
Və beləcə Quranı ərəbcə endirdik və onda vəd edilənləri açıqladıq ki, bəlkə beləcə təqva (mənəvi zireh) sahibi olalar və ya (bu), onlar üçün bir zikr (ibrət) ola.
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَىٰ إِلَيْكَ وَحْيُهُ ۖ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا
Fe teâlâllâhul melikul hak(hakku), ve lâ ta’cel bil kur’âni min kabli en yukdâ ileyke vahyuhu ve kul rabbi zidnî ılmâ(ılmen).
Bax Haqq və Məlik olan Allah Ucadır. Və Quranın sənə vəhyinin (vaxtından) daha əvvəl tamamlanması üçün tələsmə və de: “Rəbbim, mənim elmimi artır”.
وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا
Ve lekad ahidnâ ilâ âdeme min kablu fe nesîye ve lem necid lehu azmâ(azmen).
Və and olsun ki, Adəm (Ə.S)-lə əhd bağlamışdıq, fəqət o unutdu. Və onu əzmli görmədik.
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ
Ve iz kulnâ lil melâiketiscudû li âdeme fe secedû illâ iblîs(iblîse), ebâ.
Və mələklərə: “Adəm (Ə.S)-ə səcdə edin!” -demişdik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O (İblis) inad etdi (səcdə etmədi).
فَقُلْنَا يَا آدَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ
Fe kulnâ yâ âdemu inne hâzâ aduvvun leke ve li zevcike fe lâ yuhricennekumâ minel cenneti fe teşkâ.
Bundan sonra (Adəm (Ə.S)-ə belə) dedik: “Ey Adəm! Şübhəsiz ki, bu (şeytan), sənə və zövcənə düşməndir. Artıq ehtiyatlı olun ki, sizin ikinizi də cənnətdən çıxarmasın. O zaman şaki (bədbəxt) olarsınız.
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ
İnne leke ellâ tecûa fîhâ ve lâ ta’râ.
Şübhəsiz ki, orada (cənnətdə) nə ac qalacaq, nə də çılpaq olacaqsan.
وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ
Ve enneke lâ tazmeu fîhâ ve lâ tadhâ.
Və şübhəsiz ki, sən orada susamayacaq və (istidən) yanmayacaqsan”.
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَا يَبْلَىٰ
Fe vesvese ileyhiş şeytânu kâle yâ âdemu hel edulluke alâ şeceratil huldi ve mulkin lâ yeblâ.
Beləcə şeytan ona vəsvəsə verdi. Dedi ki: “Ey Adəm! Sənə əbədiyyət ağacını və bitməyən bir səltənəti göstərimmi?”
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ
Fe ekelâ minhâ fe bedet lehumâ sev’âtuhumâ ve tafıkâ yahsıfâni aleyhimâ min varakıl cenneti ve asâ âdemu rabbehu fe gavâ.
Beləcə ikisi də ondan (o ağacdan) yedilər. O zaman ikisinin də ayıb yerləri özlərinə göründü. Üstlərinə cənnət yarpaqlarından örtməyə başladılar. Və Adəm Rəbbinə asi oldu, beləcə azdı.
ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ
Summectebâhu rabbuhu fe tâbe aleyhi ve hedâ.
Sonra Rəbbi onu seçdi. Beləcə onun tövbəsini qəbul etdi və onu hidayət etdi.
قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ
Kâlehbitâ minhâ cemîan ba’dukum li ba’dın aduvvun, fe immâ ye’tiyennekum minnî huden fe menittebea hudâye fe lâ yadıllu ve lâ yeşkâ.
(Allah Təala belə) dedi: “İkiniz oradan (aşağı) enin! Hamınız (şeytan və siz) bir-birinizə düşmən olaraq. Bundan sonra Məndən sizə mütləq hidayət gələcək. O zaman kim hidayətimə tabe olarsa, artıq o, dəlalətdə qalmaz və şaki (bədbəxt) olmaz”.
وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ
Ve men a’rada an zikrî fe inne lehu maîşeten danken ve nahşuruhu yevmel kıyâmeti a’mâ.
Və kim Mənim zikrimdən üz çevirərsə, o təqdirdə onun üçün mütləq sıxıntılı bir həyat var. Və qiyamət günü onu kor olaraq dirildəcəyik.
قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا
Kâle rabbi lime haşertenî a’mâ ve kad kuntu basîrâ(basîran).
(Qiyamət günü belə) dedi: “Rəbbim məni nə üçün kor olaraq diriltdin? Halbuki mən (daha əvvəl) görürdüm”.
قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ
Kâle kezâlike etetke âyâtunâ fe nesîtehâ, ve kezâlikel yevme tunsâ.
(Allah Təala) dedi: “Elədir! Ayələrimiz sənə gəldi, fəqət sən onları unutdun. Və o gün sən də beləcə unudularsan”.
وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ
Ve kezâlike neczî men esrafe ve lem yu’min bi âyâti rabbihî, ve le azâbul âhırati eşeddu ve ebkâ.
Həddi aşanları və Rəbbinin ayələrinə inanmayanları bax belə cəzalandırarıq. Və axirət əzabı daha şiddətli və baqidir (sürəklidir).
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ
E fe lem yehdi lehum kem ehleknâ kablehum minel kurûni yemşûne fî mesâkinihim, inne fî zâlike le âyâtin li ulîn nuhâ.
Onlar hələ də hidayət olmadılarmı (Allaha dönmədilərmi)? Onlardan əvvəl neçə-neçə nəsilləri həlak etməyimizə (rəğmən) indi onların məskənlərində dolaşırlar. Bax bunda nəhy sahibləri (Allahın yasaqlarına riayət edənlər) üçün mütləq ayələr (ibrətlər) var.
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى
Ve lev lâ kelimetun sebekat min rabbike le kâne lizâmen ve ecelun musemmâ(musemmen).
Və əgər bundan əvvəl Rəbbin tərəfindən (söylənmiş) bir kəlmə (söz) və müəyyən edilmiş bir müddət olmasaydı, (onlara) mütləq (cəza verilməsi) lazım gələrdi.
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ
Fasbir alâ mâ yekûlûne ve sebbih bi hamdi rabbike kable tulûış şemsi ve kable gurûbihâ, ve min ânâil leyli fe sebbih ve etrâfen nehâri lealleke terdâ.
O halda onların söylədiklərinə səbr et! Və Rəbbini günəşin doğuşundan və batışından əvvəl və gecənin bir qismində həmd ilə təsbih et. Və gündüz boyunca da təsbih et! Ümid edilir ki, beləcə rizaya çatasan.
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ
Ve lâ temuddenne ayneyke ilâ mâ mettâ’nâ bihî ezvâcen minhum zehratel hayâtid dunyâ li neftinehum fîhi, ve rızku rabbike hayrun ve ebkâ.
Və imtahan etməyimiz üçün onlardan bəzilərini faydalandırdığımız dünya həyatının zinətlərinə gözlərini dikmə (həsəd etmə). Və Rəbbinin ruzisi daha xeyirlidir və baqidir (sürəklidir).
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْأَلُكَ رِزْقًا ۖ نَحْنُ نَرْزُقُكَ ۗ وَالْعَاقِبَةُ لِلتَّقْوَىٰ
Ve’mur ehleke bis salâti vastabir aleyhâ, lâ nes’eluke rızkâ(rızkan), nahnu nerzukuke, vel âkıbetu lit takvâ.
Və əhlinə (ailənə və ətrafındakılara) namazı əmr et və onda (namazda) səbirli ol. Səndən ruzi istəmirik. Sənə ruzini Biz veririk. Aqibət (ən gözəl nəticə) təqva (mənəvi zireh) sahiblərinindir.
وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ
Ve kâlû lev lâ ye’tînâ bi âyetin min rabbihî, e ve lem te’tihim beyyinetu mâ fîs suhufil ûlâ.
(Kafirlər) dedilər: “Məgər Rəbbindən bizə bir ayə gətirsə olmazdı?” Məgər əvvəlki səhifələrdə onlara bəyyinələr (sübut vasitələri, dəlillər) gəlmədimi?
وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِنْ قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَىٰ
Ve lev ennâ ehleknâhum bi azâbin min kablihî le kâlû rabbenâ lev lâ erselte ileynâ resûlen fe nettebia âyâtike min kabli en nezille ve nahzâ.
Əgər ondan əvvəl biz onları, həqiqətən, əzabla həlak etmiş olsaydıq, şübhəsiz ki, belə deyərdilər: “Rəbbimiz, olmazdı ki, bizə bir rəsul göndərəydin, beləcə biz də zəlil (rəzil) və rüsvay olmadan əvvəl sənin ayələrinə tabe olardıq?”
قُلْ كُلٌّ مُتَرَبِّصٌ فَتَرَبَّصُوا ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ
Kul kullun muterabbisun fe terabbesû, fe se ta’lemûne men ashâbus sırâtıs seviyyi ve menihtedâ.
De ki: “Hamı gözləyir, elə isə siz də gözləyin! Artıq kim Sirati-Səviyyə (Siratülmüstəqim) əhlidir (Siratülmüstəqim üzərindədir) və kim hidayət olub (ruhu Allaha qayıdıb) yaxında biləcəksiniz”.