Dil
Surə 23

23/MUMİNUN

118 ayəAzərbaycanca
Görünüş
23/MUMİNUN-1
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ
Kad eflehal mu’minûn(mu’minûne).
Möminlər fəlaha çatmışdır (nicat tapmışdır).
23/MUMİNUN-2
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
Ellezîne hum fî salâtihim hâşiûn(hâşiûne).
Onlar namazlarında xuşu (ehtiram) duyanlardır.
23/MUMİNUN-3
وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ
Vellezîne hum anil lagvi mu’ridûn(mu’ridûne).
Və onlar boş şeylərdən üz çevirənlərdir.
23/MUMİNUN-4
وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ
Vellezîne hum liz zekâti fâilûn(fâilûne).
Və onlar zəkatı verənlərdir.
23/MUMİNUN-5
وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ
Vellezîne hum li furûcihim hâfizûn(hâfizûne).
Və onlar iffətlərini (ismətlərini) qoruyanlardır.
23/MUMİNUN-6
إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
İllâ alâ ezvâcihim ev mâ meleket eymânuhum fe innehum gayru melûmîn(melûmîne).
Zövcələrinə və ya əllərinin altında sahib olduqlarına (cariyələrinə qarşı davranışları) istisnadır. O təqdirdə, şübhəsiz ki, onlar qınanmış deyillər.
23/MUMİNUN-7
فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ
Fe menibtegâ verâe zâlike fe ulâike humul âdûn(âdûne).
Artıq kim bundan artıq bir şey istəyərsə, o təqdirdə onlar həddi aşanlardır.
23/MUMİNUN-8
وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ
Vellezîne hum li emânâtihim ve ahdihim râûn(râûne).
Və onlar əmanətlərinə və əhdlərinə riayət edənlərdir (uyanlar, sadiq olanlardır).
23/MUMİNUN-9
وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ
Vellezîne hum alâ salavâtihim yuhâfızûn(yuhâfızûne).
Və onlar salavatlarını (namazlarını) mühafizə edənlərdir (davam etdirənlərdir).
23/MUMİNUN-10
أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ
Ulâike humul vârisûn(vârisûne).
Bax onlar varis olanlardır (mirasın sahibləridir).
23/MUMİNUN-11
الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ
Ellezîne yerisûnel firdevs(firdevse), hum fîhâ hâlidûn(hâlidûne).
Onlar firdövsə (üstün olana) varis olacaqlar. Onlar orada əbədi qalacaqlar.
23/MUMİNUN-12
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ
Ve lekad halaknâl insâne min sulâletin min tîn(tînin).
Və and olsun ki, Biz insanı süzülmüş nəmli palçıqdan yaratdıq.
23/MUMİNUN-13
ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ
Summe cealnâhu nutfeten fî karârin mekîn(mekînin).
Sonra onu nütfə halında möhkəm bir yerə (ana bətninə) yerləşdirdik.
23/MUMİNUN-14
ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ
Summe halaknân nutfete alakaten fe halaknâl alakate mudgaten fe halaknâl mudgate ızâmen fe kesevnâl izâme lahmen summe enşe'nâhu halkan âhar(âhara), fe tebârakallâhu ahsenul hâlikîn(hâlikîne).
Sonra o nüftədən (bir yerdən uşaqlıq divarına yapışmış) ələq (qan laxtası; rüşeym) yaratdıq. Sonra o ələqdən (bir çeynəm ət görünüşündə) cənin yaratdıq. Sonra cənindən sümükləri yaratdıq. Sonra sümüklərə ət geyindirdik (onları ətlə örtdük). Sonra da onu başqa bir yaradılışla inşa etdik (ona şəkil verdik). Bax beləcə Allah Mübarəkdir, Ən Gözəl Yaradıcıdır.
23/MUMİNUN-15
ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ
Summe innekum ba'de zâlike le meyyitûn(meyyitûne).
Sonra, şübhəsiz ki, siz mütləq meyit olacaqsınız (öləcəksiniz).
23/MUMİNUN-16
ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ
Summe innekum yevmel kıyâmeti tub’asûn(tub’asûne).
Sonra, şübhəsiz ki, siz qiyamət günü dirildiləcəksiniz.
23/MUMİNUN-17
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ
Ve lekad halaknâ fevkakum seb'a tarâika ve mâ kunnâ anil halkı gâfilîn(gâfilîne).
Və and olsun ki, Biz sizin üzərinizdə 7 yol yaratdıq və Biz yaratmaqdan qafil deyilik.
23/MUMİNUN-18
وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ
Ve enzelnâ mines semâi mâen bi kaderin fe eskennâhu fîl ardı ve innâ alâ zehâbin bihî le kâdirûn(kâdirûne).
Və Biz göydən təqdir edilmiş miqdarda su endirdik. Beləcə onunla yer üzündə (göllər, çaylar, dənizlər) meydana gətirdik. Və şübhəsiz ki, Biz onu (buxarlandıraraq) yox etməyə, əlbəttə, qadirik.
23/MUMİNUN-19
فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Fe enşe’nâ lekum bihî cennâtin min nahîlin ve a’nâbin, lekum fîhâ fevâkihu kesîratun ve minhâ te’kulûn(te’kulûne).
Beləcə onunla sizin üçün xurma və üzüm baxçaları inşa etdik. Orada sizin üçün onların bir çox meyvələri var və onlardan yeyirsiniz.
23/MUMİNUN-20
وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ
Ve şeceraten tahrucu min tûri seynâe tenbutu bid duhni ve sıbgın lil âkilîn(âkilîne).
Və Turi Sinada yetişən bir ağac var ki, yağ çıxarır. Və (o), yeyənlər üçün bir qatıqdır.
23/MUMİNUN-21
وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Ve inne lekum fîl en’âmi le ibreten, nuskîkum mimmâ fî butûnihâ ve lekum fîhâ menâfiu kesîratun ve minhâ te’kulûn(te’kulûne).
Və şübhəsiz ki, heyvanlarda sizin üçün ibrət var. Onların qarınlarındakı şeydən sizə içiririk. Və onda sizin üçün çoxlu mənfəətlər (faydalar) var və ondan yeyirsiniz.
23/MUMİNUN-22
وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
Ve aleyhâ ve alâl fulki tuhmelûn(tuhmelûne).
Və onların (heyvanların) və gəmilərin üstündə daşınırsınız.
23/MUMİNUN-23
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ
Ve lekad erselnâ nûhan ilâ kavmihî fe kâle yâ kavmi’budullâhe mâ lekum min ilâhin gayruhu, e fe lâ tettekûn(tettekûne).
Və and olsun ki, Nuh (Ə.S)-i öz qövmünə göndərdik. O zaman (onlara) dedi: “Ey qövmüm! Allaha qul olun. Sizin üçün Ondan başqa ilah yoxdur. Hələ də təqva (mənəvi zireh) sahibi olmayacaqsınızmı (Allaha qayıtmağı diləməyəcəksinizmi)?”
23/MUMİNUN-24
فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ
Fe kâlel meleullezîne keferû min kavmihî mâ hâzâ illâ beşerun mıslukum yurîdu en yetefaddale aleykum, ve lev şâallâhu le enzele melâiketen, mâ semi’nâ bi hâzâ fî âbâinel evvelîn(evvelîne).
Onun qövmünün kafir əyanları dedilər: “Bu da sizin kimi bir insandan başqa bir şey deyil. Sizə ağalıq etmək (hökm etmək) istəyir. Və əgər Allah diləsəydi, mütləq mələklər endirərdi. Atalarımızdan bunun haqqında bir şey eşitmədik.
23/MUMİNUN-25
إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ
İn huve illâ raculun bihî cinnetun fe terabbasû bihî hattâ hîn(hînin).
O sadəcə dəli olmuş bir adamdır. Elə isə onu bir müddət gözləyin (nəzarət altında saxlayın)!”
23/MUMİNUN-26
قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ
Kâle rabbinsurnî bimâ kezzebûni.
(Nuh (Ə.S)) dedi ki: “Rəbbim, məni yalanladıqları üçün mənə yardım et”.
23/MUMİNUN-27
فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ
Fe evhaynâ ileyhi enısnaıl fulke bi a’yuninâ ve vahyinâ fe izâ câe emrunâ ve fâret tennûru fesluk fîhâ min kullin zevceynisneyni ve ehleke illâ men sebeka aleyhil kavlu minhum, ve lâ tuhâtıbnî fîllezîne zalemû, innehum mugrakûn(mugrakûne).
Beləcə ona gözümüzün önündə (Bizim nəzarətmizdə) və vəhyimizlə bir gəmi düzəltməsini vəhy etdik: “Beləcə əmrimiz gəldiyi və tənnur (atom) qaynadığı zaman dərhal ona (gəmiyə) hər cütdən ikisini (hər heyvandan iki cütünü) və ailəni mindir. Onlardan haqlarında söz keçənlər (ölümlərinə hökm verilmiş) kimsələr istisnadır. Və zülm edənlər barəsində Mənə xitab etmə (onlar üçün əfv diləmə). Şübhəsiz ki, onlar (suda) boğulacaqlar (boğulmalarına əvvəlcədən hökm verilmişdir)”.
23/MUMİNUN-28
فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ
Fe izâsteveyte ente ve men meake alâl fulki fe kulil hamdu lillâhillezî neccânâ minel kavmiz zâlimîn(zâlimîne).
Beləcə sən və səninlə birlikdə olanlar gəmiyə mindiyiniz zaman de: “Zalım qövmdən bizi qurtaran Allaha həmd olsun!”
23/MUMİNUN-29
وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ
Ve kul rabbi enzilnî munzelen mubâraken ve ente hayrul munzilîn(munzilîne).
Və de: “Rəbbim, məni mübarək bir enişlə endir. Və Sən endirənlərin ən xeyrlisisən”.
23/MUMİNUN-30
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ
İnne fî zâlike le âyâtin ve in kunnâ le mubtelîn(mubtelîne).
Əlbəttə, bunda ayələr var. Və şübhəsiz ki, Biz imtahan edənlərik.
23/MUMİNUN-31
ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
Summe enşe’nâ min ba’dihim karnen âharîn(âharîne).
Sonra da onların arxasınca başqa bir nəsil yaratdıq.
23/MUMİNUN-32
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ
Fe erselnâ fîhim resûlen minhum eni’budûllâhe mâ lekum min ilâhin gayruhu, e fe lâ tettekûn(tettekûne).
Beləcə Allaha qul olsunlar deyə onlara öz içlərindən bir rəsul göndərdik. (Rəsul dedi): “Sizin Ondan başqa İlahınız yoxdur. Hələ də təqva sahibi olmayacaqsınızmı (Allaha qayıtmağı diləməyəcəksinizmi)?”
23/MUMİNUN-33
وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ
Ve kâlel meleu min kavmihillezîne keferû ve kezzebû bi likâil âhırati ve etrafnâhum fîl hayâtid dunyâ mâ hâzâ illâ beşerun mislukum ye’kulu mimmâ te’kulûne minhu yeşrabu mimmâ teşrabûn(teşrabûne).
Və qövmünün kafir əyanları, axirətə qovuşmağı (Allaha qovuşmağı) yalanlayanlar və dünya həyatında özlərinə firavanlıq bəxş etdiyimiz kimsələr dedilər: “Bu, sizin kimi bir bəşərdən (insandan) başqa bir şey deyil. Sizin yediyiniz şeylərdən yeyir, sizin içdiyiniz şeylərdən içir.
23/MUMİNUN-34
وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ
Ve le in ata’tum beşeren mislekum innekum izen le hâsirûn(hâsirûne).
Və əgər siz sizin kimi bir bəşərə itaət edərsinizsə, şübhəsiz ki, siz o zaman mütləq ziyana düşənlər olarsınız.
23/MUMİNUN-35
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ
E yaıdukum ennekum izâ mittum ve kuntum turâben ve izâmen ennekum muhracûn(muhracûne).
Sizə öldüyünüz və torpaq olduğunuz və sür-sümüyə çevrildiyiniz zaman mütləq (torpaqdan) çıxarılacağınızımı vəd edir?
23/MUMİNUN-36
هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
Heyhâte heyhâte limâ tûadûn(tûadûne).
Vay, vay sizə vəd edilən şeyə!
23/MUMİNUN-37
إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
İn hiye illâ hayâtuned dunyâ nemûtu ve nahyâ ve mâ nahnu bi meb’ûsîn(meb’ûsîne).
O (həyat) sadəcə dünya həyatıdır. Ölərik və yaşayarıq. Və biz yenidən dirildiləcək deyilik.
23/MUMİNUN-38
إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ
İn huve illâ raculunifterâ alâllâhi keziben ve mâ nahnu lehu bi mu’minîn(mu’minîne).
O (rəsul) ancaq Allaha qarşı yalan uyduraraq iftira edən bir adamdır. Və biz ona inanan deyilik”.
23/MUMİNUN-39
قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ
Kâle rabbinsurnî bimâ kezzebûni.
(Rəsul) dedi: “Rəbbim, məni yalanladıqları üçün mənə yardım et”.
23/MUMİNUN-40
قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ
Kâle ammâ kalîlin le yusbihunne nâdimîn(nâdimîne).
(Allah Təala) dedi: “Onlar az (qısa müddətdə) mütləq peşman olacaqlar”.
23/MUMİNUN-41
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ
Fe ehazethumus sayhatu bil hakkı fe cealnâhum gusâen, fe bu’den lil kavmiz zâlimîn(zâlimîne).
Beləcə layiq olduqları qorxunc bir səs (çox böyük bir səs dalğası) onları yaxaladı. Onları zərrələrə çevirdik. Artıq zalım qövm (Allahın rəhmətindən) uzaq olsun.
23/MUMİNUN-42
ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قُرُونًا آخَرِينَ
Summe enşe’nâ min ba’dihim kurûnen âharîn(âharîne).
Sonra onların ardınca başqa nəsillər yaratdıq.
23/MUMİNUN-43
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ
Mâ tesbiku min ummetin ecelehâ ve mâ yeste’hırûn(yeste’hırûne).
(Heç) bir ümmət əcəlini (vaxtını) nə qabaqlaya, nə də təxirə sala bilər.
23/MUMİNUN-44
ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِقَوْمٍ لَا يُؤْمِنُونَ
Summe erselnâ rusulenâ tetrâ, kullemâ câe ummeten resûluhâ kezzebûhu fe etbâ’nâ ba’dahum ba’dan ve cealnâhum ehâdîs(ehâdîse), fe bu’den li kavmin lâ yu’minûn(yu’minûne).
Sonra Biz rəsullarımızı bir-birinin ardınca (arası kəsilmədən) göndərdik. Hər ümmətə rəsulu gəldiyi zaman hər dəfə onu yalanladılar. Biz də onları bir-birinin ardınca (həlak etdik). Və onları əfsanə etdik. Artıq mömin olmayan qövm (Allahın rəhmətindən) uzaq olsun.
23/MUMİNUN-45
ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ
Summe erselnâ mûsâ ve ehâhu hârûne bi âyâtinâ ve sultânin mubîn(mubînin).
Sonra Hz. Musanı və qardaşı Hz. Harunu ayələrimizlə və açıq-aşkar sultanla (Tövratla) göndərdik
23/MUMİNUN-46
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ
İlâ fir’avne ve meleihî festekberû ve kânû kavmen âlîn(âlîne).
firona və onun əyan-əşrafına. Fəqət olanlar təkəbbürləndilər (böyükləndilər). Və zorba bir qövm oldular.
23/MUMİNUN-47
فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ
Fe kâlû e nu’minu li beşereyni mislinâ ve kavmuhumâ lenâ âbidûn(âbidûne).
Sonra dedilər: “O ikisinin (Musa və Harun (Ə.S)-in) qövmü bizə qul (kölə) ikən, bizim kimi iki bəşərə (Hz. Musa və Hz. Haruna) imanmı edək?”
23/MUMİNUN-48
فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ
Fe kezzebûhumâ fe kânû minel muhlekîn(muhlekîne).
Beləcə ikisini də yalanladılar. Və həlak edilənlərdən oldular.
23/MUMİNUN-49
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ
Ve lekad âteynâ mûsâl kitâbe leallehum yehtedûn(yehtedûne).
Və and olsun ki, Hz. Musaya kitab verdik ki, beləcə onlar hidayət olsunlar (Allaha qayıtsınlar).
23/MUMİNUN-50
وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ
Ve cealnâbne meryeme ve ummehû âyeten ve âveynâhumâ ilâ rabvetin zâti karârin ve maîn(maînin).
Və Hz. Məryəmin oğlunu (Hz. İsanı) və onun anasını bir ayə (möcüzə) etdik. Və (hər) ikisini axan suyu olan və məskunlaşmağa uyğun olan yüksək bir təpəyə yerləşdirdik.
23/MUMİNUN-51
يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ
Yâ eyyuhâr rusulu kulû minet tayyibâti va’melû sâlihâ(sâlihan), innî bimâ ta’melûne alîm(alîmun).
Ey rəsul! Təmiz, halal (nemətlərdən) yeyin. Və saleh (nəfsi təzkiyəedici) əməl işləyin. Şübhəsiz ki, mən etdiyiniz şeyləri ən yaxşı bilənəm.
23/MUMİNUN-52
وَإِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ
Ve inne hâzihî ummetukum ummeten vâhıdeten ve ene rabbukum fettekûni.
Və şübhəsiz ki, bu sizin ümmətiniz tək bir ümmətdir. Və Mən sizin Rəbbinizəm. Elə isə Mənə qarşı təqva (mənəvi zireh) sahibi olun (Mənə qayıtmağı diləyin).
23/MUMİNUN-53
فَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
Fe tekattaû emrehum beynehum zuburâ(zuburan), kullu hızbin bimâ ledeyhim ferihûn(ferihûne).
Fəqət onlar (dinin) əmrlərini öz aralarında parçalayıb hissələrə böldülər. Qrupların hamısı özlərindəki (qəbul etdikləri) ilə fərəhlənirlər.
23/MUMİNUN-54
فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ
Fe zerhum fî gamratihim hattâ hîn(hînin).
Artıq onları bir müddət öz dəlalətləri (sapqınlıqları) içində burax.
23/MUMİNUN-55
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُمْ بِهِ مِنْ مَالٍ وَبَنِينَ
E yahsebûne ennemâ numidduhum bihî min mâlin ve benîn(benîne).
Mal və oğullarla onları dəstəklədiyimizimi sanırlar?
23/MUMİNUN-56
نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَلْ لَا يَشْعُرُونَ
Nusâriu lehum fîl hayrât(hayrâti) bel lâ yeş’urûn(yeş’urûne).
Onlar üçün xeyirləri tezləşdirdiyimizimi (sanırlar)? Xeyr, onlar fərqində deyillər.
23/MUMİNUN-57
إِنَّ الَّذِينَ هُمْ مِنْ خَشْيَةِ رَبِّهِمْ مُشْفِقُونَ
İnnellezîne hum min haşyeti rabbihim muşfikûn(muşfikûne).
Şübhəsiz ki, onlar Rəblərinin haşyətindən (əzəmətindən) qorxanlardır
23/MUMİNUN-58
وَالَّذِينَ هُمْ بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ
Vellezîne hum bi âyâti rabbihim yu’minûn(yu’minûne).
və onlar Rəblərinin ayələrinə iman edərlər
23/MUMİNUN-59
وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ
Vellezîne hum bi rabbihim lâ yuşrikûn(yuşrikûne).
və onlar Rəblərinə ortaq qoşmazlar
23/MUMİNUN-60
وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَاجِعُونَ
Vellezîne yu’tûne mâ âtev ve kulûbuhum veciletun ennehum ilâ rabbihim râciûn(râciûne).
və onlar verəcəklərini verərlər. Onlar Rəblərinə geri dönənlər (qayıdanlar) olduğundan onların qəlbləri titrəyər (Allah Təaladan cəzbə alarlar).
23/MUMİNUN-61
أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ
Ulâike yusâriûne fîl hayrâti ve hum lehâ sâbikûn(sâbikûne).
Bax onlar xeyirlərdə yarışarlar. Və onlar onda (xeyirlərdə) önə keçənlərdir.
23/MUMİNUN-62
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنْطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
Ve lâ nukellifu nefsen illâ vus’ahâ ve ledeynâ kitâbun yantıku bil hakkı ve hum lâ yuzlemûn(yuzlemûne).
Və heç kimi gücünün çatmadığı bir şeylə məsul tutmarıq. Qatımızda haqqı söyləyən bir kitab (həyat filmi) var. Və onlara zülm edilməz.
23/MUMİNUN-63
بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِنْ هَٰذَا وَلَهُمْ أَعْمَالٌ مِنْ دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَامِلُونَ
Bel kulûbuhum fî gamratin min hâzâ ve lehum a’mâlun min dûni zâlike hum lehâ âmilûn(âmilûne).
Xeyr, onların qəlbləri bundan dolayı qəflətdədir (dəlalətdədir). Və onların bundan başqa işlədikləri əməllər (də) var ki, onu (o pis əməlləri) işləyib (durarlar).
23/MUMİNUN-64
حَتَّىٰ إِذَا أَخَذْنَا مُتْرَفِيهِمْ بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ
Hattâ izâ ehaznâ mutrafîhim bil âzâbi izâ hum yec’erûn(yec’erûne).
Onların rifah içərisində olanlarını əzabla aldığımız zaman fəryad qopararaq yardım istəyərlər.
23/MUMİNUN-65
لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُمْ مِنَّا لَا تُنْصَرُونَ
Lâ tec’erûl yevme innekum minnâ lâ tunsarûn(tunsarûne).
O gün fəryad qopararaq yardım istəməyin. Şübhəsiz ki, Bizdən sizə heç bir yardım yetişməz.
23/MUMİNUN-66
قَدْ كَانَتْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ تَنْكِصُونَ
Kad kânet âyâtî tutlâ aleykum fe kuntum alâ a’kâbikum tenkisûn(tenkisûne).
Ayələrimiz sizə tilavət edilmişdi (oxunmuşdu). O zaman siz topuqlarınızın üstündə geri dönüb qaçmışdınız.
23/MUMİNUN-67
مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ
Mustekbirîne bihî sâmiran tehcurûn(tehcurûne).
(Siz) ona (ayələrimə qarşı) təkəbbürlənənlər idiniz. Gecə toplanaraq (ayələrim haqqında) səfeh-səfeh danışırdınız.
23/MUMİNUN-68
أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءَهُمْ مَا لَمْ يَأْتِ آبَاءَهُمُ الْأَوَّلِينَ
E fe lem yeddebberûl kavle em câehum mâ lem ye’ti âbâehumul evvelîn(evvelîne).
Onlar hələ də kəlamı (Quranı) düşünmədilərmi (mənasına varmadılarmı, anlamadılarmı)? Yoxsa onlara atalarına gəlməyən (bir şey)-mi gəldi?
23/MUMİNUN-69
أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنْكِرُونَ
Em lem ya’rifû resûlehum fe hum lehu munkirûn(munkirûne).
Yoxsa onlar rəsullarını tanımadılarmı (qəbul etmədilərmi)? O halda onlar onu (rəsulu) inkar edənlərdir.
23/MUMİNUN-70
أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ ۚ بَلْ جَاءَهُمْ بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ
Em yekûlûne bihî cinnetun, bel câehum bil hakkı ve ekseruhum lil hakkı kârihûn(kârihûne).
Yoxsa onda bir dəlilik olduğunumu söyləyirlər? Xeyr, (o), onlara haqq ilə gəldi. Və onların çoxu haqqa nifrət edənlərdir.
23/MUMİNUN-71
وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُعْرِضُونَ
Ve levittebeal hakku ehvâehum le fesedetis semâvâtu vel ardu ve men fî hinn(hinne), bel eteynâhum bi zikrihim fe hum an zikrihim mu’ridûn(mu’ridûne).
Və Haqq onların həvalarına (nəfslərinin istəklərinə) tabe olsaydı, göylər, yer üzü və onların içində olanlar mütləq fəsada uğrayardı. Xeyr, onlara zikrlərini gətirdik. Fəqət onlar zikrlərindən üz çevirənlərdir.
23/MUMİNUN-72
أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ
Em tes’eluhum harcen fe haracu rabbike hayrun ve huve hayrur râzikîn(râzikîne).
Yoxsa onlardan ücrətmi (mükafatmı) istəyirsən? Halbuki Rəbbinin ücrəti (mükafatı) daha xeyirlidir. Və O, ruzi verənlərin ən xeyirlisidir.
23/MUMİNUN-73
وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
Ve inneke le ted’ûhum ilâ sırâtın mustakîm(mustakîmin).
Və şübhəsiz ki, sən onları mütləq Siratülmüstəqimə dəvət edirsən.
23/MUMİNUN-74
وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ
Ve innellezîne lâ yu’minûne bil âhırati anis sırâtı le nâkibûn(nâkibûne).
Və şübhəsiz ki, axirətə (Allaha həyatdaykən qayıtmağa) inanmayanlar mütləq yoldan (Siratülmüstəqimdən) sapanlardır (dəlalətdə olanlardır).
23/MUMİNUN-75
وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
Ve lev rahımnâhum ve keşefnâ mâ bihim min durrin le leccû fî tugyânihim ya’mehûn(ya’mehûne).
Və əgər onlara rəhm (mərhəmət) edib onlara zərər (sıxıntı) verən şeyi yox etsəydik, mütləq şaşqın halda azğınlıqlarına davam edərdilər.
23/MUMİNUN-76
وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ
Ve lekad ehaznâhum bil azâbi fe mâstekânû li rabbihim ve mâ yetedarraûn(yetedarraûne).
Və and olsun ki, onları əzabla yaxaladıq. Fəqət onlar Rəblərinə boyun əymədilər və yalvarıb dua etmədilər.
23/MUMİNUN-77
حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ
Hattâ izâ fetahnâ aleyhim bâben zâ azâbin şedîdin izâ hum fîhi mublisûn(mublisûne).
Nəhayət şiddətli əzab qapısını üzlərinə açınca, o zaman ümidsizliyə düşdülər.
23/MUMİNUN-78
وَهُوَ الَّذِي أَنْشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ
Ve huvellezî enşee lekumus sem’a vel ebsâra vel ef’idete, kalîlen mâ teşkurûn(teşkurûne).
Və sizin üçün eşitmə hissiyyatı, görmə hissiyyatı və fuad hissiyyatı (idrak hissiyyatı) inşa edən (yaradan) Odur. Nə qədər az şükr edirsiniz.
23/MUMİNUN-79
وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
Ve huvellezî zereekum fîl ardı ve ileyhi tuhşerûn(tuhşerûne).
Və sizi ərzdə (yer üzündə) yaradıb çoxaldan, (yer üzünə) yayan Odur. Və Ona həşr olunacaqsınız (qaytarılacaqsınız).
23/MUMİNUN-80
وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ
Ve huvellezî yuhyî ve yumîtu ve lehuhtilâful leyli ven nehâr(nehâri), e fe lâ ta’kılûn(ta’kılûne).
Və həyat verən və öldürən Odur. Və gecə və gündüzün ixtilafı (bir-birinin ardınca gəlməsi) Ona aiddir. Hələ də ağıl etmirsinizmi?
23/MUMİNUN-81
بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ
Bel kâlû misle mâ kâlel evvelûn(evvelûne).
Xeyr, onlar əvvəlkilərin söylədiklərinin eynisini söylədilər.
23/MUMİNUN-82
قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ
Kâlû e izâ mitnâ ve kunnâ turâben ve izâmen e innâ le meb’ûsûn(meb’ûsûne).
(Onlar) dedilər: “Öldüyümüz, torpaq və sür-sümük olduğumuz zamanmı? Həqiqətən də, biz mütləq yenidən dirildiləcəyikmi?
23/MUMİNUN-83
لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
Lekad vuıdnâ nahnu ve âbâunâ hâzâ min kablu in hâzâ illâ esâtîrul evvelîn(evvelîne).
And olsun ki, bu, bizə və daha öncə də atalarımıza vəd edildi. Bu ancaq əvvəlkilərin əfsanələridir”.
23/MUMİNUN-84
قُلْ لِمَنِ الْأَرْضُ وَمَنْ فِيهَا إِنْ كُنْتُمْ تَعْلَمُونَ
Kul li menil ardu ve men fîhâ in kuntum ta’lemûn(ta’lemûne).
De ki: Əgər ərzin (yer üzünün) və onun içindəkilərinin kimin olduğunu bilirsinizsə, (söyləyin)”.
23/MUMİNUN-85
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ
Se yekûlûne lillâh(lillâhi), kul e fe lâ tezekkerûn(tezekkerûne).
(Onlar) deyəcəklər: “Allahındır”. De ki: “Hələ də təzəkkür etməyəcəksinizmi (dərk etməyəcəksinizmi)?”
23/MUMİNUN-86
قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ
Kul men rabbus semâvâtis seb’ı ve rabbul arşil azîm(azîmi).
De ki: “Yeddi qat göylərin Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir?”
23/MUMİNUN-87
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ
Se yekûlûne lillâh(lillâhi), kul e fe lâ tettekûn(tettekûne).
(Onlar) deyəcəklər: “Allahdır”. De ki: “Hələ də təqva (mənəvi zireh) sahibi olmayacaqsınızmı?”
23/MUMİNUN-88
قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
Kul men bi yedihî melekûtu kulli şey’in ve huve yucîru ve lâ yucâru aleyhi in kuntum ta’lemûn(ta’lemûne).
De ki: “Əgər bilirsinizsə, (söyləyin) hər şeyin mülkü (idarəsi) əlində olan və qoruyan (himayə edən) və Özünün qorunmağa ehtiyacı olmayan kimdir?”
23/MUMİNUN-89
سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ
Se yekûlûne lillâh(lillâhi), kul fe ennâ tusharûn(tusharûne).
(Onlar) deyəcəklər: “Allahdır”. De ki: “Elə isə necə aldadılırsınız?”
23/MUMİNUN-90
بَلْ أَتَيْنَاهُمْ بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ
Bel eteynâhum bil hakkı ve innehum le kâzibûn(kâzibûne).
Xeyr, onlara haqqı gətirdik. Və şübhəsiz ki, onlar, həqiqətən, təkzib edənlərdir (yalanlayanlardır).
23/MUMİNUN-91
مَا اتَّخَذَ اللَّهُ مِنْ وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ
Mâttehazallâhu min veledin ve mâ kâne meahu min ilâhin izen le zehebe kullu ilâhin bimâ halaka ve le alâ ba’duhum alâ ba’d(ba’dın), subhânallâhi ammâ yasıfûn(yasıfûne).
Allah özünə övlad götürməmişdir. Və Onunla birlikdə (başqa) bir ilah (əsla) olmamışdır. Elə olsaydı, bütün ilahlar mütləq (öz) yaratdığını yox edərdi. Və mütləq onların bir qismi digərindən üstün olardı. Allah onların (Ona) isnad etdikləri şeylərdən pakdır.
23/MUMİNUN-92
عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
Âlimil gaybi veş şehâdeti fe teâlâ ammâ yuşrikûn(yuşrikûne).
(Allah) qeybi (görünməyəni) və görünəni biləndir. Və onların şirk qoşduqları şeylərdən çox ucadır.
23/MUMİNUN-93
قُلْ رَبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ
Kul rabbi immâ turiyennî mâ yûadûn(yûadûne),
De ki: “Rəbbim, əgər vəd olunan şeyi mənə göstərəcəksənsə,
23/MUMİNUN-94
رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ
Rabbi fe lâ tec’alnî fîl kavmiz zâlimîn(zâlimîne).
onda məni zalımlar qövmünün içində buraxma, Rəbbim”.
23/MUMİNUN-95
وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ
Ve innâ alâ en nuriyeke mâ neıduhum le kâdirûn(kâdirûne).
Və Biz, şübhəsiz ki, onlara vəd etdiyimiz şeyi sənə göstərməyə, əlbəttə, qadirik.
23/MUMİNUN-96
ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
İdfa’ billetî hiye ahsenus seyyiete, nahnu a’lemu bi mâ yasıfûn(yasıfûne).
Pisliyi ən gözəl olanla dəf et. Biz (onların) isnad etdikləri şeyləri ən yaxşı bilənik.
23/MUMİNUN-97
وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ
Ve kul rabbi eûzu bike min hemezâtiş şeyâtîn(şeyâtîni).
Və de: “Şeytanların vəsvəsələrindən sənə sığınıram.
23/MUMİNUN-98
وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ
Ve eûzu bike rabbi en yahdurûni.
Və Rəbbim, (şeytanların) yanımda olmağından sənə sığınıram”.
23/MUMİNUN-99
حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ
Hattâ izâ câe ehadehumul mevtu kâle rabbirciûni.
Onların birinə ölüm gəldiyi zaman dedi: “Rəbbim məni geri qaytar.
23/MUMİNUN-100
لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Leallî a’melu sâlihan fîmâ teraktu kellâ, innehâ kelimetun huve kâiluhâ, ve min verâihim berzahun ilâ yevmi yub’asûn(yub’asûne).
Beləcə tərk etdiyim saleh əməlləri (nəfsi təzkiyəedici əməli) işləyərəm”. Xeyr, şübhəsiz ki, onun bu söylədiyi (boş) bir kəlmədir. Və yenidən dirildiləcəkləri günə qədər onların arxasında bərzəx (əngəl) var.
23/MUMİNUN-101
فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ
Fe izâ nufiha fîs sûri fe lâ ensâbe beynehum yevme izin ve lâ yetesâelûn(yetesâelûne).
İzin günü sura üfürüldüyü zaman artıq onların aralarında heç bir soy bağı olmaz. Və (onlar bir-birilərindən hal-əhval) tutmazlar.
23/MUMİNUN-102
فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
Fe men sekulet mevâzînuhu fe ulâike humul muflihûn(muflihûne).
O zaman kimin tərəzisi (savab çəkiləri) ağır gələrsə, bax onlar fəlaha çatanlardır (nicat tapanlardır).
23/MUMİNUN-103
وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ
Ve men haffet mevâzînuhu fe ulâikellezîne hasirû enfusehum fî cehenneme hâlidûn(hâlidûne).
Və kimin tərəzisi (savab çəkiləri) xəfif gələrsə, bax onlar nəfslərini ziyana salanlardır. Onlar cəhənnəmdə əbədi olaraq qalacaqlar.
23/MUMİNUN-104
تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ
Telfehu vucûhehumun nâru ve hum fîhâ kâlihûn(kâlihûne).
Onların (iztirabdan) turşumuş üzlərini atəş yandırar.
23/MUMİNUN-105
أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ
E lem tekun âyâtî tutlâ aleykum fe kuntum bihâ tukezzibûn(tukezzibûne).
Ayələrim sizə oxunarkən onları təkzib edənlər (yalanlayanlar) siz deyildinizmi?
23/MUMİNUN-106
قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ
Kâlû rabbenâ galebet aleynâ şıkvetunâ ve kunnâ kavmen dâllîn(dâllîne).
Dedilər ki: “Ey Rəbbimiz! Azğınlığımız bizə qalib gəldi və biz dəlalətdə olan bir qövm idik.
23/MUMİNUN-107
رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ
Rabbenâ ahricnâ minhâ fe in udnâ fe innâ zâlimûn(zâlimûne).
Rəbbimiz, bizi oradan (cəhənnəmdən) çıxar. Əgər bundan sonra dönsək, o zaman biz mütləq zalımlar olarıq”.
23/MUMİNUN-108
قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ
Kâlehseû fîhâ ve lâ tukellimûni.
(Allah Təala) dedi ki: “Orada (cəhənnəmdə) qalın və mənə (bir şey) söyləməyin!”
23/MUMİNUN-109
إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
İnnehu kâne ferîkun min ibâdî yekûlûne rabbenâ âmennâ fagfir lenâ verhamnâ ve ente hayrur râhımîn(râhımîne).
Şübhəsiz ki, qullarımdan bir qrup belə deyər: “Rəbbimiz, biz amənu olduq (ölmədən əvvəl Sənə qayıtmağı dilədik). Artıq bizi məğfirət et və bizə rəhm et (Rəhim əsman ilə təcəlli et). Və sən rəhm edənlərin ən xeyirlisisən”.
23/MUMİNUN-110
فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنْسَوْكُمْ ذِكْرِي وَكُنْتُمْ مِنْهُمْ تَضْحَكُونَ
Fettehaztumûhum sıhriyyen hattâ ensevkum zikrî ve kuntum minhum tadhakûn(tadhakûne).
Beləcə onları məsxərəyə qoydunuz. Hətta (bu), sizə Mənim zikrimi unutdurdu. Və siz onlara gülürdünüz.
23/MUMİNUN-111
إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ
İnnî cezeytuhumul yevme bimâ saberû ennehum humul fâizûn(fâizûne).
Şübhəsiz ki, Mən bu gün səbr etdiklərinə görə onlara mükafatlarını verdim. Şübhəsiz ki, onlar nicat tapanlardır.
23/MUMİNUN-112
قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ
Kâle kem lebistum fîl ardı adede sinîn(sinîne).
Dedi ki: “Yer üzündə neçə il qaldınız?”
23/MUMİNUN-113
قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ
Kâlû lebisnâ yevmen ev ba’da yevmin fes’elil âddîn(âddîne).
(Onlar) dedilər: “Biz bir gün və ya günün bir hissəsi qədər (bir gündən az) qaldıq. Elə isə (onu) sayanlardan (kiramən-katibin mələklərindən) soruş”.
23/MUMİNUN-114
قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ
Kâle in lebistum illâ kalîlen lev ennekum kuntum ta’lemûn(ta’lemûne).
Dedi ki: “Əgər, həqiqətən, bilsəydiniz, siz (orada) sadəcə az bir müddət qaldınız”.
23/MUMİNUN-115
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
E fe hasibtum ennemâ halaknâkum abesen ve ennekum ileynâ lâ turceûn(turceûne).
Elə isə Bizim sizi əbəs (boş) yerə yaratdığımızı və Bizə qaytarılmayacağınızımı zənn etdiniz?
23/MUMİNUN-116
فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ
Fe teâlallâhul melikul hakku, lâ ilâhe illâ huve, rabbul arşil kerîm(kerîmi).
Bax Haqq və Məlik olan Allah çox ucadır. Ondan başqa İlah yoxdur. (O), kərim ərşin Rəbbidir.
23/MUMİNUN-117
وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ
Ve men yed’u meallâhi ilâhen âhare lâ burhâne lehu bihî fe innemâ hısâbuhu inde rabbihi, innehu lâ yuflihul kâfirûn(kâfirûne).
Və kim (heç) bir bürhanı (dəlili) olmadığı halda Allahla birlikdə başqa bir ilaha tapınarsa, artıq onun hesabı sadəcə Rəbbinin qatındadır. Şübhəsiz ki, kafirlər fəlaha çatmazlar (nicat tapmazlar).
23/MUMİNUN-118
وَقُلْ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ
Ve kul rabbigfir verham ve ente hayrur râhımîn(râhımîne).
Və de ki: “Rəbbim, məğfirət et (günahlarımızı savaba çevir) və rəhm et (Rəhim əsması ilə təcəlli et). Və Sən rəhm edənlərin ən xeyirlisisən”.
23 / 114
Oxuduğum ayə
0%