Dil
Surə 28

28/QASAS

88 ayəAzərbaycanca
Görünüş
28/QASAS-1
طسم
Tâ sîn mîm.
Ta, sin, mim.
28/QASAS-2
تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ
Tilke âyâtul kitâbil mubîn(mubîni).
Bunlar Kitabi-Mübinin (açıqlayan kitabın) ayələridir.
28/QASAS-3
نَتْلُو عَلَيْكَ مِنْ نَبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِالْحَقِّ لِقَوْمٍ يُؤْمِنُونَ
Netlû aleyke min nebei mûsâ ve fir’avne bil hakkı li kavmin yu’minûn(yu’minûne).
Mömin bir qövm üçün Musa (Ə.S) və fironun xəbər(lər)indən sənə haqq ilə (gerçək olaraq) oxuyacağıq.
28/QASAS-4
إِنَّ فِرْعَوْنَ عَلَا فِي الْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًا يَسْتَضْعِفُ طَائِفَةً مِنْهُمْ يُذَبِّحُ أَبْنَاءَهُمْ وَيَسْتَحْيِي نِسَاءَهُمْ ۚ إِنَّهُ كَانَ مِنَ الْمُفْسِدِينَ
İnne fir’avne alâ fîl ardı ve ceale ehlehâ şiyean yestad’ıfu tâifeten minhum yuzebbihu ebnâehum ve yestahyî nisâehum, innehu kâne minel mufsidîn(mufsidîne).
Həqiqətən, firon yer üzərində (Misirdə hökmdar idi) və xalqını qruplara ayırdı. Onların bir qismini (yəhudiləri) gücsüz buraxır, oğullarının boynunu vurdurur, qızlarını (qadınlarını) sağ buraxırdı. Şübhəsiz ki, o, fəsad törədənlərdən idi.
28/QASAS-5
وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ
Ve nurîdu en nemunne alellezînestud’ıfû fîl ardı ve nec’alehum eimmeten ve nec’alehumul vârisîn(vârisîne).
Və Biz yer üzərində zəif olanlara nemət vermək və onları imamlar və varislər etmək istəyirik (istəyirdik).
28/QASAS-6
وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِيَ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُمْ مَا كَانُوا يَحْذَرُونَ
Ve numekkine lehum fîl ardı ve nuriye fir’avne ve hâmâne ve cunûdehumâ minhum mâ kânû yahzerûn(yahzerûne).
Və onları yer üzərində (orada) yerləşdirib qüvvətli etmək və firona, Hamana və ikisinin ordusuna onlardan (İsrail oğullarından) həzər etdikləri (çəkindikləri) şeyi göstərmək (istədik).
28/QASAS-7
وَأَوْحَيْنَا إِلَىٰ أُمِّ مُوسَىٰ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِي الْيَمِّ وَلَا تَخَافِي وَلَا تَحْزَنِي ۖ إِنَّا رَادُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ الْمُرْسَلِينَ
Ve evhaynâ ilâ ummi mûsâ en erdıîh(erdıîhi), fe izâ hıfti aleyhi fe elkîhi fîl yemmi ve lâ tehâfî ve lâ tahzenî, innâ râddûhu ileyki ve câılûhu minel murselîn(murselîne).
Və Musa (Ə.S)-in anasına belə vəhy etdik: “Onu əmizdir və onun üçün qorxduğun zaman onu çaya at! Və qorxma, hüznlənmə. Şübhəsiz ki, Biz onu sənə geri qaytaracağıq. Və onu mürsəllərdən (rəsullardan) edəcəyik”.
28/QASAS-8
فَالْتَقَطَهُ آلُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا كَانُوا خَاطِئِينَ
Feltekatahû âlu fir’avne li yekûne lehum aduvven ve hazenâ(hazenen), inne fir’avne ve hâmâne ve cunûdehumâ kânû hâtıîn(hâtıîne).
Beləcə firon ailəsi onu özlərinə düşmən və başlarına dərd olaraq tapıb götürdü. Şübhəsiz ki, firon, Haman və o ikisinin ordusu qəsdən günah işləyənlər idi.
28/QASAS-9
وَقَالَتِ امْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍ لِي وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰ أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَهُمْ لَا يَشْعُرُونَ
Ve kâletimraetu fir’avne kurretu aynin lî ve lek(leke), lâ taktulûhu asâ en yenfeanâ ev nettehızehu veleden ve hum lâ yeş’urûn(yeş’urûne).
Və xanımı firona belə dedi: “Mənim və sənin gözün aydın olsun! Onu öldürməyin! Bəlkə bizə faydası oldu və ya onu övladlığa götürdük”. Və onlar (həqiqətin) fərqində deyildilər.
28/QASAS-10
وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَارِغًا ۖ إِنْ كَادَتْ لَتُبْدِي بِهِ لَوْلَا أَنْ رَبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ الْمُؤْمِنِينَ
Ve asbaha fuâdu ummi mûsâ fârigâ(fârigan), in kâdet le tubdî bihî lev lâ en rabatnâ alâ kalbihâ li tekûne minel mu’minîn(mu’minîne).
Və Musa (Ə.S)-in anası qəlbi bomboş halda gecəni sabah etdi. Möminlərdən olması üçün onun qəlbini Özümüzə bağlamasaydıq (rabitə qurmasaydıq), az qala (vəziyyəti) açıqlayacaqdı.
28/QASAS-11
وَقَالَتْ لِأُخْتِهِ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِ عَنْ جُنُبٍ وَهُمْ لَا يَشْعُرُونَ
Ve kâlet li uhtihî kussîhi fe besurat bihî an cunubin ve hum lâ yeş’urûn(yeş’urûne).
Və (Musa (Ə.S)-in anası) onun bacısına dedi: “Onu izlə!” Beləcə (bacısı) onlar fərqində olmadan onu uzaqdan izlədi.
28/QASAS-12
وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِنْ قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَ
Ve harremnâ aleyhil merâdıa min kablu fe kâlet hel edullukum alâ ehli beytin yekfulûnehu lekum ve hum lehu nâsıhûn(nâsıhûne).
Və bundan əvvəl ona (başqa) süd analarını haram etmişdik (süd əmməməsini təmin etdik). (Onun bacısı fironun ailəsinə) dedi: “Ona baxacaq bir ailə tapmağınız üçün sizə yardım edimmi? Və onlar onu (uşağı) yaxşı yetişdirər”.
28/QASAS-13
فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Fe redednâhu ilâ ummihî key tekarra aynuhâ ve lâ tahzene ve li ta’leme enne va’dallâhi hakkun ve lâkinne ekserehum lâ ya’lemûn(ya’lemûne).
Beləcə gözü aydın olsun və kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin deyə onu anasına geri verdik. Və lakin onların çoxu bilməz.
28/QASAS-14
وَلَمَّا بَلَغَ أَشُدَّهُ وَاسْتَوَىٰ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا ۚ وَكَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
Ve lemmâ belega eşuddehu vestevâ âteynâhu hukmen ve ilmâ(ilmen), ve kezâlike neczîl muhsinîn(muhsinîne).
Və yetkinlik çağına çatıb kamilləşdiyi zaman ona hikmət və elm verdik. Və Biz muhsinləri bax belə mükafatlandırarıq.
28/QASAS-15
وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِنْ شِيعَتِهِ وَهَٰذَا مِنْ عَدُوِّهِ ۖ فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبِينٌ
Ve dehalel medînete alâ hîni gafletin min ehlihâ fe vecede fîhâ raculeyni yaktetilâni hâzâ min şîatihî ve hâzâ min aduvvih(aduvvihî), festegâsehullezî min şîatihî alellezî min aduvvihî, fe vekezehu mûsâ fe kadâ aleyhi kâle hâzâ min ameliş şeytân(şeytâni), innehu aduvvun mudillun mubîn(mubînun).
Və (Hz. Musa ona hikmət verilməmişdən əvvəl) şəhər xalqının qəflətdə olduğu bir vaxtda (hər kəsdən xəbərsiz) şəhərə girdi. Orada döyüşən iki adam gördü. Biri öz tərəfindən, digəri ona düşmən tərəfdən (idi). O zaman onun (Musa (Ə.S)-in) tərəfindən olan kəs düşməninə qarşı ondan kömək istədi. O zaman Musa (Ə.S) onu yumruqladı (öldürdü). Beləcə (ölüm hökmü) yerinə yetdi. Musa (Ə.S) dedi: “Bu, şeytanın işidir. Şübhəsiz ki, o, açıq-aşkar dəlalətdə qoyan bir düşməndir”.
28/QASAS-16
قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ
Kâle rabbi innî zalemtu nefsî fâgfirlî fe gafera leh(lehu), innehu huvel gafûrur rahîm(rahîmu).
(Musa (Ə.S)) dedi: “Rəbbim! Mən nəfsimə zülm etdim, artıq məni məğfirət et”. Beləcə onu məğfirət etdi. Şübhəsiz ki, O, Qafurdur (məğfirət edəndir), Rəhimdir (Rəhm əsmasıyla təcəlli edəndir).
28/QASAS-17
قَالَ رَبِّ بِمَا أَنْعَمْتَ عَلَيَّ فَلَنْ أَكُونَ ظَهِيرًا لِلْمُجْرِمِينَ
Kâle rabbi bimâ en’amte aleyye fe len ekûne zahîren lil mucrimîn(mucrimîne).
(Musa (Ə.S)) dedi: “Rəbbim! Mənə nemət olaraq verdiyin şeylər səbəbilə bundan sonra əsla mucrimlərə arxa durmayacağam (kömək etməyəcəyəm)”.
28/QASAS-18
فَأَصْبَحَ فِي الْمَدِينَةِ خَائِفًا يَتَرَقَّبُ فَإِذَا الَّذِي اسْتَنْصَرَهُ بِالْأَمْسِ يَسْتَصْرِخُهُ ۚ قَالَ لَهُ مُوسَىٰ إِنَّكَ لَغَوِيٌّ مُبِينٌ
Fe asbaha fîl medîneti hâifen yeterakkabu fe izellezîstensarahu bil emsi yestasrihuh(yestasrihuhu), kâle lehu mûsâ inneke le gaviyyun mubîn(mubînun).
Beləcə şəhərdə (ətrafına) göz qoya-qoya səhəri qarşıladı. Fəqət dünən kömək istəyən insan ondan (təkrar) kömək istədiyi zaman (Musa (Ə.S)) ona dedi: “Şübhəsiz ki, sən açıq-aşkar azğınsan”.
28/QASAS-19
فَلَمَّا أَنْ أَرَادَ أَنْ يَبْطِشَ بِالَّذِي هُوَ عَدُوٌّ لَهُمَا قَالَ يَا مُوسَىٰ أَتُرِيدُ أَنْ تَقْتُلَنِي كَمَا قَتَلْتَ نَفْسًا بِالْأَمْسِ ۖ إِنْ تُرِيدُ إِلَّا أَنْ تَكُونَ جَبَّارًا فِي الْأَرْضِ وَمَا تُرِيدُ أَنْ تَكُونَ مِنَ الْمُصْلِحِينَ
Fe lemmâ en erâde en yabtışe billezî huve aduvvun lehumâ kâle yâ mûsâ e turîdu en taktulenî kemâ katelte nefsen bil emsi in turîdu illâ en tekûne cebbâren fîl ardı ve mâ turîdu en tekûne minel muslihîn(muslihîne).
Beləcə ikisinin də düşməni olan adamı yaxalamaq istədiyi zaman o dedi: “Ey Musa! Dünən öldürdüyün adam kimi məni də mi öldürmək istəyirsən? Əgər (öldürmək) istəyirsənsə, o təqdirdə sən yer üzərində sadəcə bir zalım olarsan. Və sən barışdıranlardan olmaq istəmirsən”.
28/QASAS-20
وَجَاءَ رَجُلٌ مِنْ أَقْصَى الْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَا مُوسَىٰ إِنَّ الْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَاخْرُجْ إِنِّي لَكَ مِنَ النَّاصِحِينَ
Ve câe raculun min aksal medîneti yes’â kâle yâ mûsâ innel melee ye’temirûne bike li yaktulûke fahruc innî leke minen nâsıhîn(nâsıhîne).
Və şəhərin o biri başından bir adam qaçaraq gəldi: “Ey Musa! (Qövmün) əyanları səni mütləq öldürmək haqqında əmr vermək üçün məşvərət edirlər. Elə isə dərhal (şəhərdən) çıx. Şübhəsiz ki, mən sənə öyüd verənlərdənəm”, -dedi.
28/QASAS-21
فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ
Fe harece minhâ hâifen yeterakkabu, kâle rabbi neccinî minel kavmiz zâlimîn(zâlimîne).
Beləcə oradan qorxu ilə (ətrafına) göz qoya-qoya çıxdı: “Rəbbim! Məni (bu) zalımlar qövmündən qurtar!” -dedi.
28/QASAS-22
وَلَمَّا تَوَجَّهَ تِلْقَاءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّي أَنْ يَهْدِيَنِي سَوَاءَ السَّبِيلِ
Ve lemmâ teveccehe tilkâe medyene kâle asâ rabbî en yehdiyenî sevâes sebîl(sebîli).
Və (Musa (Ə.S)) Mədyən (şəhəri) tərəfinə döndüyü zaman dedi: “Rəbbimin məni dizayn edilmiş yola yönəldəcəyinə (hidayət edəcəyinə) ümid edirəm”.
28/QASAS-23
وَلَمَّا وَرَدَ مَاءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةً مِنَ النَّاسِ يَسْقُونَ وَوَجَدَ مِنْ دُونِهِمُ امْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِي حَتَّىٰ يُصْدِرَ الرِّعَاءُ ۖ وَأَبُونَا شَيْخٌ كَبِيرٌ
Ve lemmâ verede mâe medyene vecede aleyhi ummeten minen nâsi yeskûn(yeskûne), ve vecede min dûnihimumreeteyni tezûdân(tezûdâni), kâle mâ hatbukumâ, kâletâ lâ neskî hattâ yusdirar riâu ve ebûnâ şeyhun kebîr(kebîrun).
Və Mədyən quyusuna çatdığı zaman su götürən bir insan topluluğu gördü və onlardan başqa (heyvanlarının suya getməsini) əngəlləyən iki qadın gördü. Onlara dedi: “Sizin (bu) halınız (dərdiniz) nədir (belə)?” (O iki qadın) dedi: “Çobanlar (sürüləriylə) çəkilmədikcə biz (heyvanlarımızı) sulaya bilmərik. Və bizim atamız çox qocadır”.
28/QASAS-24
فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰ إِلَى الظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ
Fe sekâ lehumâ summe tevellâ ilez zılli fe kâle rabbi innî limâ enzelte ileyye min hayrin fakîr(fakîrun).
Beləcə o ikisinin (sürüsünü) suladı sonra kölgəyə çəkildi və dedi: “Rəbbim! Şübhəsiz ki, mən mənə xeyir olaraq endirdiyin hər şeyə möhtacam”.
28/QASAS-25
فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَاءَهُ وَقَصَّ عَلَيْهِ الْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمِينَ
Fe câethu ıhdâhumâ temşî alestihyâin, kâlet inne ebî yed’ûke li yecziyeke ecra mâ sekayte lenâ, fe lemmâ câehu ve kassa aleyhil kasasa kâle lâ tehaf, necevte minel kavmiz zâlimîn(zâlimîne).
İkisindən biri həya edərək (utanaraq) onun yanına gəldi: “Şübhəsiz ki, atam bizim (sürümüzü) suladığına görə səni bir əcrlə mükafatlandırmaq üçün dəvət edir”, -dedi. Və (Musa (Ə.S)) onun yanına gəldiyi zaman hekayəsini anlatdı. (İxtiyar kişi) dedi: “Qorxma! (Artıq) sən zalımlar qövmündən qurtuldun”.
28/QASAS-26
قَالَتْ إِحْدَاهُمَا يَا أَبَتِ اسْتَأْجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ اسْتَأْجَرْتَ الْقَوِيُّ الْأَمِينُ
Kâlet ıhdâhumâ yâ ebetiste’cirhu inne hayra meniste’certel kaviyyul emîn(emînu).
İki qızdan biri dedi: “Ey atacan! Onu muzdla tut. Şübhəsiz ki, o muzdla tutduqlarından daha xeyirli, sağlam (qüvvətli) və əmindir”.
28/QASAS-27
قَالَ إِنِّي أُرِيدُ أَنْ أُنْكِحَكَ إِحْدَى ابْنَتَيَّ هَاتَيْنِ عَلَىٰ أَنْ تَأْجُرَنِي ثَمَانِيَ حِجَجٍ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًا فَمِنْ عِنْدِكَ ۖ وَمَا أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّالِحِينَ
Kâle innî urîdu en unkihake ihdebneteyye hâteyni alâ en te’curenî semâniye hıcec(hıcecin), fe in etmemte aşran fe min indik(indike), ve mâ urîdu en eşukka aleyk(aleyke), setecidunî in şâallâhu mines sâlihîn(sâlihîne).
(Yaşlı kişi): “Həqiqətən, mənə muzdla səkkiz il xidmət etməyinin əvəzində bax bu iki qızımdan birini sənə nikahlamaq istəyirəm. Əgər (bu müddəti) on ilə tamamlasan, bu artıq sənin tərəfindən (bir lütf olar). Və mən səni məcbur etmək istəmirəm. İnşaallah mənim salehlərdən olduğumu görəcəksən”.
28/QASAS-28
قَالَ ذَٰلِكَ بَيْنِي وَبَيْنَكَ ۖ أَيَّمَا الْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَانَ عَلَيَّ ۖ وَاللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌ
Kâle zâlike beynî ve beynek(beyneke), eyyemel eceleyni kadaytu fe lâ udvâne aleyy(aleyye), vallâhu alâ mâ nekûlu vekîl(vekîlun).
(Musa (Ə.S)) dedi: “Bu, səninlə mənim aramdadır. İki müddətdən hansını yerinə yetirərəmsə, artıq mənə qarşı bir düşmənçilik yaranmasın. Və Allah danışdıqlarımıza vəkildir”.
28/QASAS-29
فَلَمَّا قَضَىٰ مُوسَى الْأَجَلَ وَسَارَ بِأَهْلِهِ آنَسَ مِنْ جَانِبِ الطُّورِ نَارًا قَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍ مِنَ النَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ
Fe lemmâ kadâ mûsel ecele ve sâre bi ehlihî ânese min cânibit tûri nârâ(nâren), kâle li ehlihimkusû innî ânestu nâren leallî âtîkum minhâ bi haberin ev cezvetin minen nâri leallekum testalûn(testalûne).
Beləcə Musa (Ə.S) müddətini tamamladığı zaman ailəsi ilə (birlikdə) yola çıxdı. Tur dağı tərəfdə bir od gördü. Ailəsinə dedi: “(Burada) durub gözləyin! Şübhəsiz ki, mən bir od gördüm. Bəlkə sizə oradan bir xəbər və ya isinməyiniz üçün alovlu bir köz gətirdim”.
28/QASAS-30
فَلَمَّا أَتَاهَا نُودِيَ مِنْ شَاطِئِ الْوَادِ الْأَيْمَنِ فِي الْبُقْعَةِ الْمُبَارَكَةِ مِنَ الشَّجَرَةِ أَنْ يَا مُوسَىٰ إِنِّي أَنَا اللَّهُ رَبُّ الْعَالَمِينَ
Fe lemmâ etâhâ nûdiye min şâtııl vâdil eymeni fîl buk’atil mubâreketi mineş şecerati en yâ mûsâ innî enallâhu rabbul âlemîn(âlemîne).
Beləcə oraya gəldiyi zaman vadinin sağ tərəfindən, mübarək yerdəki ağacdan səs gəldi: “Ey Musa! Şübhəsiz ki, Mən aləmlərin Rəbbi Allaham!
28/QASAS-31
وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ الْآمِنِينَ
Ve en elkı asâk(asâke), fe lemmâ reâhâ tehtezzu keennehâ cânnun vellâ mudbiren ve lem yuakkıb, yâ mûsâ akbil ve lâ tehaf, inneke minel âminîn(âminîne).
Və əsanı (yerə) at!” Bundan sonra (əsasını atınca) onun ilan kimi hərəkət etdiyini gördü. Arxasına baxmadan dönüb qaçdı. (Allah Təala ona səsləndi): “Ey Musa, (geri) dön! Və qorxma, şübhəsiz ki, sən əminlikdə olanlardansan!
28/QASAS-32
اسْلُكْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ وَاضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ ۖ فَذَانِكَ بُرْهَانَانِ مِنْ رَبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
Usluk yedeke fî ceybike tahruc beydâe min gayri sû(sûin), vadmum ileyke cenâhake miner rehbi fe zânike burhânâni min rabbike ilâ fir’avne ve melâih(melâihî), innehum kânû kavmen fâsikîn(fâsikîne).
Əlini qoynuna sal. Onu qüsursuz, ağappaq olaraq çıxar. Qorxudan (əmin ol) qanadlarını (qollarını) özünə tərəf çək. Bu ikisi sənin Rəbbindən firon və onun (qövmünün) əyanları üçün iki bürhandır (dəlildir). Şübhəsiz ki, onlar fasiq bir qövmdür”.
28/QASAS-33
قَالَ رَبِّ إِنِّي قَتَلْتُ مِنْهُمْ نَفْسًا فَأَخَافُ أَنْ يَقْتُلُونِ
Kâle rabbi innî kateltu minhum nefsen fe ehâfu en yaktulûn(yaktulûni).
(Musa (Ə.S)) dedi: “Rəbbim, mən, həqiqətən, onlardan birini öldürdüm. Bu səbəblə məni öldürəcəklərindən qorxuram.
28/QASAS-34
وَأَخِي هَارُونُ هُوَ أَفْصَحُ مِنِّي لِسَانًا فَأَرْسِلْهُ مَعِيَ رِدْءًا يُصَدِّقُنِي ۖ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ
Ve ahî hârûnu huve efsahu minnî lisânen fe ersilhu maiye rid’en yusaddıkunî, innî ehâfu en yukezzibûn(yukezzibûni).
Və qardaşım Harun dil baxımından məndən daha bəlağətlidir. Və onu məni təsdiqləyici və mənə köməkçi olaraq mənimlə birlikdə göndər. Mən, həqiqətən, məni təkzib etmələrindən (yalanlamalarından) qorxuram”.
28/QASAS-35
قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَانًا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِآيَاتِنَا أَنْتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغَالِبُونَ
Kâle se neşuddu adudeke bi ahîke ve nec’alu lekumâ sultânen fe lâ yasılûne ileykumâ bi âyâtinâ, entumâ ve menittebeakumel gâlibûn(gâlibûne).
(Allah Təala) dedi: “Qardaşınla sənin gücünü artıracağıq və ikinizi sultan təyin edəcəyik. Və beləcə onlar ayələrimizə (möcüzələrimizə) qarşı müqavimət göstərə bilməyəcəklər. Siz ikiniz və sizə tabe olanlar qalib olanlarsınız”.
28/QASAS-36
فَلَمَّا جَاءَهُمْ مُوسَىٰ بِآيَاتِنَا بَيِّنَاتٍ قَالُوا مَا هَٰذَا إِلَّا سِحْرٌ مُفْتَرًى وَمَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ
Fe lemmâ câehum mûsâ bi ayâtinâ beyyinâtin kâlû mâ hâzâ illâ sihrun mufteren ve mâ semi’nâ bi hâzâ fî âbâinel evvelîn(evvelîne).
Beləcə Musa (Ə.S) açıq-aşkar möcüzələrimizlə yanlarına gəldiyi zaman (onlar) dedilər: “Bu, uydurulmuş sehrdən başqa bir şey deyil və biz əvvəlki atalarımızdan bunu eşitmədik”.
28/QASAS-37
وَقَالَ مُوسَىٰ رَبِّي أَعْلَمُ بِمَنْ جَاءَ بِالْهُدَىٰ مِنْ عِنْدِهِ وَمَنْ تَكُونُ لَهُ عَاقِبَةُ الدَّارِ ۖ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
Ve kâle mûsâ rabbî a’lemu bi men câe bil hudâ min indihî ve men tekûnu lehu âkıbetud dâr(dârı), innehu lâ yuflihuz zâlimûn(zâlimûne).
Və Musa (Ə.S) dedi: “Rəbbim kimin Onun qatından hidayət ilə gəldiyini və dünya yurdunun aqibətinin kimin olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar fəlaha çatmazlar (nicat tapmazlar)”.
28/QASAS-38
وَقَالَ فِرْعَوْنُ يَا أَيُّهَا الْمَلَأُ مَا عَلِمْتُ لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرِي فَأَوْقِدْ لِي يَا هَامَانُ عَلَى الطِّينِ فَاجْعَلْ لِي صَرْحًا لَعَلِّي أَطَّلِعُ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ مِنَ الْكَاذِبِينَ
Ve kâle fir’avnu yâ eyyuhel meleu mâ alimtu lekum min ilâhin gayrî, fe evkıd lî yâ hâmânu alet tîni fec’al lî sarhan leallî attaliu ilâ ilâhi mûsâ ve innî le ezunnuhu minel kâzibîn(kâzibîne).
Və firon dedi: “Ey əyanlar! Mən sizin üçün məndən başqa bir ilah tanımıram. Ey Haman! Mənim üçün nəm torpaq üzərində atəş qala (kərpic bişir). Beləcə mənə (yüksək) bir qüllə tik. Bəlkə mən (orada) Musanın ilahı ilə qarşılaşdım. Və mən onun mütləq yalançılardan olduğunu zənn edirəm”.
28/QASAS-39
وَاسْتَكْبَرَ هُوَ وَجُنُودُهُ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَظَنُّوا أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ
Vestekbere huve ve cunûduhu fîl ardı bi gayril hakkı ve zannû ennehum ileynâ lâ yurceûn(yurceûne).
Və o və onun orduları yer üzərində haqsız yerə kibrləndilər. Və Bizə qaytarılmayacaqlarını zənn etdilər.
28/QASAS-40
فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
Fe ehaznâhu ve cunûdehu fe nebeznâhum fîl yemm(yemmi), fanzur keyfe kâne âkıbetuz zâlimîn(zâlimîne).
Sonra onu və onun ordularını tutub dənizə atdıq. O zaman bax zalımların aqibəti necə oldu!
28/QASAS-41
وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ ۖ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنْصَرُونَ
Ve cealnâhum eimmeten yed’ûne ilen nâr(nârı), ve yevmel kıyâmeti lâ yunsarûn(yunsarûne).
Və Biz onları atəşə dəvət edən imamlar (rəhbərlər) etdik. Və qiyamət günü onlara kömək edilməz.
28/QASAS-42
وَأَتْبَعْنَاهُمْ فِي هَٰذِهِ الدُّنْيَا لَعْنَةً ۖ وَيَوْمَ الْقِيَامَةِ هُمْ مِنَ الْمَقْبُوحِينَ
Ve etba’nâhum fî hâzihid dunyâ la’neh(la’neten) ve yevmel kıyâmeti hum minel makbûhîn(makbûhîne).
Və bu dünyada onları lənətə düçar etdik. Və qiyamət günü onlar (Allahın rəhmətindən) uzaqlaşdırılmış olanlardır.
28/QASAS-43
وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ مِنْ بَعْدِ مَا أَهْلَكْنَا الْقُرُونَ الْأُولَىٰ بَصَائِرَ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةً لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Ve lekad âteynâ mûsel kitâbe min ba’di mâ ehleknel kurûnel ûlâ besâire lin nâsi ve huden ve rahmeten leallehum yetezekkerûn(yetezekkerûne).
Və and olsun ki, əvvəlki nəsilləri həlak etdikdən sonra Musa (Ə.S)-ə insanlar üçün hidayət rəhbəri və rəhmət olsun (Rəhim əsması təcəlli etsin) və bəsirətləri açılsın (qəlb gözləri görməyə başlasın) deyə kitabı (Tövratı) verdik. Ümid edilir ki, beləcə onlar təzəkkür edələr.
28/QASAS-44
وَمَا كُنْتَ بِجَانِبِ الْغَرْبِيِّ إِذْ قَضَيْنَا إِلَىٰ مُوسَى الْأَمْرَ وَمَا كُنْتَ مِنَ الشَّاهِدِينَ
Ve mâ kunte bi cânibil garbiyyi iz kadaynâ ilâ mûsel emre ve mâ kunte mineş şâhidîn(şâhidîne).
Və sən (ey Məhəmməd)! Musaya əmri bildirdiyimiz vaxt qərb tərəfdə deyildin. Və sən şahidlərdən (hadisəni görənlərdən) də deyildin.
28/QASAS-45
وَلَٰكِنَّا أَنْشَأْنَا قُرُونًا فَتَطَاوَلَ عَلَيْهِمُ الْعُمُرُ ۚ وَمَا كُنْتَ ثَاوِيًا فِي أَهْلِ مَدْيَنَ تَتْلُو عَلَيْهِمْ آيَاتِنَا وَلَٰكِنَّا كُنَّا مُرْسِلِينَ
Ve lâkinnâ enşe’nâ kurûnen fe tetâvele aleyhimul umur(umuru), ve mâ kunte sâviyen fî ehli medyene tetlû aleyhim âyâtinâ, ve lâkinnâ kunnâ mursilîn(mursilîne).
Və lakin (bir çox) nəsillər vücuda gətirdik. Onların ömürləri uzun oldu. Sən Mədyən xalqı arasında olmadığın (halda) onlara (səhabəyə) ayələrimizi oxuyursan. Fəqət (o xəbərləri sənə) göndərən Bizik.
28/QASAS-46
وَمَا كُنْتَ بِجَانِبِ الطُّورِ إِذْ نَادَيْنَا وَلَٰكِنْ رَحْمَةً مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Ve mâ kunte bi cânibit tûri iz nâdeynâ, ve lâkin rahmeten min rabbike li tunzire kavmen mâ etâhum min nezîrin min kablike leallehum yetezekkerûn(yetezekkerûne).
Və Biz (Hz. Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Fəqət (bu), Rəbbindən bir rəhmət olaraq səndən əvvəl özlərinə bir nəzir (peyğəmbər) gəlməmiş bir qövmə xəbərdarlıq etməyin üçündür. Ümid edilir ki, beləcə onlar təzəkkür edələr.
28/QASAS-47
وَلَوْلَا أَنْ تُصِيبَهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ
Ve lev lâ en tusîbehum musîbetun bimâ kaddemet eydîhim fe yekûlû rabbenâ lev lâ erselte ileynâ resûlen fe nettebia âyâtike ve nekûne minel mu’minîn(mu’minîne).
Və əgər əlləriylə təqdim etdikləri səbəbilə onlara bir müsibət üz verdiyi zaman: “Rəbbimiz, kaş ki, bizə bir rəsul göndərəydin, beləcə biz Sənin ayələrinə tabe olar və möminlərdən olardıq”, -deyəsi olmasaydılar (səni nəbi-rəsul olaraq göndərməzdik).
28/QASAS-48
فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا لَوْلَا أُوتِيَ مِثْلَ مَا أُوتِيَ مُوسَىٰ ۚ أَوَلَمْ يَكْفُرُوا بِمَا أُوتِيَ مُوسَىٰ مِنْ قَبْلُ ۖ قَالُوا سِحْرَانِ تَظَاهَرَا وَقَالُوا إِنَّا بِكُلٍّ كَافِرُونَ
Fe lemmâ câehumul hakku min indinâ kâlû lev lâ ûtiye misle mâ ûtıye mûsâ, e ve lem yekfurû bimâ ûtiye mûsâ min kabl(kablu), kâlû sihrâni tezâher(tezâhera), ve kâlû innâ bi kullin kâfirûn(kâfirûne).
Beləcə onlara qatımızdan haqq gəldiyi zaman soruşdular: “Nə üçün Musaya verilənlərin (möcüzələrin) bənzəri ona da verilmədi?” Musaya verilənləri daha öncə inkar etmədilərmi? (Onlar) dedilər: “İki sehr (Tövrat və Qurani Kərim) bir-birini gücləndirdi (dəstəklədi). Və şübhəsiz ki, biz hamısını inkar edənlərik”.
28/QASAS-49
قُلْ فَأْتُوا بِكِتَابٍ مِنْ عِنْدِ اللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَا أَتَّبِعْهُ إِنْ كُنْتُمْ صَادِقِينَ
Kul fe’tû bi kitâbin min indillâhi huve ehdâ min humâ ettebi’ hu in kuntum sâdikîn(sâdikîne).
(Onlara) de ki: “Əgər siz sadiqlərdənsinizsə, Allahın Qatından o ikisindən daha çox hidayət edən (Allaha qaytaran) bir kitab gətirin, ona tabe olum”.
28/QASAS-50
فَإِنْ لَمْ يَسْتَجِيبُوا لَكَ فَاعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَاءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ اتَّبَعَ هَوَاهُ بِغَيْرِ هُدًى مِنَ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
Fe in lem yestecîbû leke fa’lem ennemâ yettebiûne ehvâehum, ve men edallu mimmenittebea hevâhu bi gayri huden minallâh(minallâhi), innallâhe lâ yehdil kavmez zâlimîn(zâlimîne).
Bundan sonra əgər sənə (sənin hidayət etmə dəvətinə) uymazlarsa, bil ki, onlar həvəslərinə tabedirlər. Allahdan bir hidayətçi olmadan (hidayətçiyə deyil də) öz həvəslərinə tabe olandan daha çox dəlalətdə olan kim var? Şübhəsiz ki, Allah zalımlar qövmünü hidayət etməz (Özünə qaytarmaz).
28/QASAS-51
وَلَقَدْ وَصَّلْنَا لَهُمُ الْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Ve lekad vassalnâ lehumul kavle leallehum yetezekkerûn(yetezekkerûne).
Və and olsun ki, təzəkkür (düşünüb qəbul) etsinlər deyə sözü (ayələrimizi) onlara bir-birinin ardınca göndərdik.
28/QASAS-52
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ مِنْ قَبْلِهِ هُمْ بِهِ يُؤْمِنُونَ
Ellezîne âteynâhumul kitâbe min kablihî hum bihî yu’minûn(yu’minûne).
Bundan əvvəl kitab verdiklərimiz ona (Qurani Kərimə) iman edərlər.
28/QASAS-53
وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوا آمَنَّا بِهِ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّنَا إِنَّا كُنَّا مِنْ قَبْلِهِ مُسْلِمِينَ
Ve izâ yutlâ aleyhim kâlû âmennâ bihî innehul hakku min rabbinâ innâ kunnâ min kablihî muslimîn(muslimîne).
Və onlara (Quran) oxunduğu zaman dedilər: “Ona iman etdik, şübhəsiz ki, O, Rəbbimizdən (bir) haqdır. Biz bundan əvvəl də, şübhəsiz ki, (Allaha) təslim olanlardıq”.
28/QASAS-54
أُولَٰئِكَ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
Ulâike yu’tevne ecrehum merreteyni bimâ saberû ve yedraûne bil hasenetis seyyiete ve mimmâ razaknâhum yunfikûn(yunfikûne).
Bax onlar (o kimsələrdir) ki, onlara səbrlərinə görə əcrləri (savabları) iki qat verilər. Və onlar seyyiatı (pisliyi) həsənat (yaxşılıq) ilə dəf edərlər. Və onlara verdiyimiz (mənəvi) ruzidən infaq edərlər.
28/QASAS-55
وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ
Ve izâ semiûllagve a’radû anhu, ve kâlû lenâ a’mâlunâ ve lekum a’mâlukum selâmun aleykum lâ nebtegîl câhilîn(câhilîne).
Və onlar boş söz eşitdikləri vaxt üz çevirdilər və dedilər: “Bizim əməlimiz bizə, sizin əməliniz sizə aiddir. Salam sizin üzərinizə olsun! Biz cahillərlə (birlikdə olmaq) istəmirik”.
28/QASAS-56
إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَٰكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ ۚ وَهُوَ أَعْلَمُ بِالْمُهْتَدِينَ
İnneke lâ tehdî men ahbebte ve lâkinnallâhe yehdî men yeşâu, ve huve a’lemu bil muhtedîn(muhtedîne).
Şübhəsiz ki, sən sevdiyin insanı hidayət edə (onun ruhunu Allaha qaytara) bilməzsən. Fəqət Allah dilədiyini (Onu diləyəni) hidayət edər (Özünə qaytarar). Və O, hidayətdə olanları daha yaxşı bilir.
28/QASAS-57
وَقَالُوا إِنْ نَتَّبِعِ الْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا ۚ أَوَلَمْ نُمَكِّنْ لَهُمْ حَرَمًا آمِنًا يُجْبَىٰ إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِزْقًا مِنْ لَدُنَّا وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Ve kâlû in nettebiıl hudâ meake nutehattaf min ardınâ, e ve lem numekkin lehum haremen âminen yucbâ ileyhi semerâtu kulli şey’in rızkan min ledunnâ ve lâkinne ekserehum lâ ya’lemûn(ya’lemûne).
Və dedilər: “Əgər səninlə birlikdə hidayətə tabe olsaq (Allaha qayıtmağı diləsək), ölkəmizdən atılarıq (yurdumuzdan qovularıq)”. Onları qatımızdan ruzi olaraq hər cür məhsuldan toplanıb onlara gətirildiyi hörmətli bir yerdə təhlükəsiz bir şəkildə yerləşdirmədikmi? Fəqət onların çoxu (bunun Allah tərəfindən olduğunu) bilməzlər!
28/QASAS-58
وَكَمْ أَهْلَكْنَا مِنْ قَرْيَةٍ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَاكِنُهُمْ لَمْ تُسْكَنْ مِنْ بَعْدِهِمْ إِلَّا قَلِيلًا ۖ وَكُنَّا نَحْنُ الْوَارِثِينَ
Ve kem ehleknâ min karyetin batırat maîşetehâ, fe tilke mesâkinuhum lem tusken min ba’dihim illâ kalîlâ(kalîlen), ve kunnâ nahnul vârisîn(vârisîne).
Və azaraq dolanışıqlarına şükr etməyən neçə-neçə ölkəni həlak etdik. Bax bunlar onların məskənləridir. Onlardan sonra (orada çox) az bir müddət yaşandı. Və Biz, onların varisləri Bizik!
28/QASAS-59
وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ الْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِي أُمِّهَا رَسُولًا يَتْلُو عَلَيْهِمْ آيَاتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِي الْقُرَىٰ إِلَّا وَأَهْلُهَا ظَالِمُونَ
Ve mâ kâne rabbuke muhlikel kurâ hattâ yeb’ase fî ummihâ resûlen yetlû aleyhim âyâtinâ, ve mâ kunnâ muhlikîl kurâ illâ ve ehluhâ zâlimûn(zâlimûne).
Və sənin Rəbbin ölkələrə, onların paytaxtlarına onlara ayələrimizi oxuyan bir rəsul göndərmədikcə həlak etmədi. Və Biz onun xalqı zalım olmadıqca (zülm etmədikcə) ölkələri həlak etmədik.
28/QASAS-60
وَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ ۚ أَفَلَا تَعْقِلُونَ
Ve mâ ûtîtum min şey’in fe metâul hayâtid dunyâ ve zînetuhâ ve mâ indallâhi hayrun ve ebkâ, e fe lâ ta’kılûn(ta’kılûne).
Və sizə verilən hər şey əslində dünya həyatının mətasıdır (malıdır) və zinətidir (bəzəyidir). Və Allahın qatında olanlar daha xeyirli və daha baqidir (uzunsürəndir). Hələ də ağıl etmirsinizmi?
28/QASAS-61
أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ
E fe men vaadnâhu va’den hasenen fe huve lâkîhi ke men metta’nâhu metâal hayâtid dunyâ summe huve yevmel kıyâmeti minel muhdarîn(muhdarîne).
Elə isə gözəl vəd verdiyimiz və beləcə ona qovuşan kimsə dünya həyatının mətasını (malını) verdiyimiz sonra qiyamət günü (haqq-hesab çəkilmək üçün) gətirilən kimsə kimidirmi?
28/QASAS-62
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
Ve yevme yunâdîhim fe yekûlu eyne şurekâiyellezîne kuntum tez’umûn(tez’umûne).
Və o gün onlara (Allah) səslənəcək və deyəcək: “Haqqında zənnə qapıldığınız ortaqlarım hardadır?"
28/QASAS-63
قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ
Kâlellezîne hakka aleyhimul kavlu rabbenâ hâulâillezîne agveynâ, agveynâhum kemâ gaveynâ, teberre’nâ ileyke mâ kânû iyyânâ ya’budûn(ya’budûne).
Haqlarında əzab sözü haqq olanlar dedilər: “Rəbbimiz, azdırdıqlarımız bax bunlardır. Özümüz azdığımız kimi onları da azdırdıq. Onlardan uzaq olduğumuzu Sənə ərz edirik. Onlar bizə tapınmırdılar (nəfslərinə uyurdular)”.
28/QASAS-64
وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ
Ve kîled’û şurekâekum fe deavhum fe lem yestecîbû lehum ve reavul azâb(azâbe), lev ennehum kânû yehtedûn(yehtedûne).
Və onlara deyildi: “Ortaqlarınızı çağırın!” Beləliklə onları çağırdılar. Fəqət (ortaqları) onlara cavab vermədilər və (onlar) əzabı gördülər. Kaş ki, onlar qayıtmış olaydılar!
28/QASAS-65
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ
Ve yevme yunâdîhim fe yekûlu mâzâ ecebtumul murselîn(murselîne).
Və o gün Allah onlara səslənəcək və deyəcək: “O vaxt (həyatda ikən) mürsəllərə (rəsullara) nə cavab verdiniz?”
28/QASAS-66
فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنْبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ
Fe amiyet aleyhimul enbâu yevme izin fe hum lâ yetesâelûn(yetesâelûne).
Artıq izin günü onlar üçün xəbərlər (əməl dəftərləri; rəqəmsal kitabları) qapanmışdır. Bundan sonra onlar sorğu-sual olunmazlar.
28/QASAS-67
فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَىٰ أَنْ يَكُونَ مِنَ الْمُفْلِحِينَ
Fe emmâ men tâbe ve âmene ve amile sâlihân fe asâ en yekûne minel muflihîn(muflihîne).
Artıq kim (mürşidin önündə) tövbə etdi və (ikinci dəfə) amənu olub saleh əməl işlədisə (nəfs təzkiyəsi etdisə), onun bundan dolayı nicat tapanların arasında olmasına ümid edilir.
28/QASAS-68
وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ
Ve rabbuke yahluku mâ yeşâu ve yahtâr(yahtâru), mâ kâne lehumul hıyarat(hıyaratu), subhânallâhi ve teâlâ ammâ yuşrikûn(yuşrikûne).
Və Rəbbin dilədiyini yaradar və seçər. Və seçim haqqı onlara aid deyil. Allah Sübhandır (pakdır) və (onların) şirk qoşduqları şeylərdən ucadır.
28/QASAS-69
وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ
Ve rabbuke ya’lemu mâ tukinnu sudûruhum ve mâ yu’linûn(yu’linûne).
Və sənin Rəbbin onların sinələrində gizli və aşkar olan (gizlətmədikləri) şeyləri bilir.
28/QASAS-70
وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
Ve huvallâhu lâ ilâhe illâ huve, lehul hamdu fîl ûlâ vel âhırati ve lehul hukmu ve ileyhi turceûn(turceûne).
Və O, Allahdır. Ondan başqa İlah yoxdur. Əvvəldə və axırda (dünyada və axirəttə) həmd Ona aiddir. Və hökm Onundur. Və Ona qaytarılacaqsınız.
28/QASAS-71
قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ اللَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِضِيَاءٍ ۖ أَفَلَا تَسْمَعُونَ
Kul e reeytum in cealallâhu aleykumul leyle sermeden ilâ yevmil kıyâmeti men ilâhun gayrullâhi ye’tîkum bi dıyâ’(dıyâin), e fe lâ tesme’ûn(tesme’ûne).
De ki: “Gördünüzmü (düşündünüzmü)? Əgər Allah gecəni qiyamət gününə qədər üzərinizdə daimi etsəydi, sizə işığı Allahdan başqa hansı İlah gətirəcəkdi? Hələ də eşitməyəcəksinizmi?”
28/QASAS-72
قُلْ أَرَأَيْتُمْ إِنْ جَعَلَ اللَّهُ عَلَيْكُمُ النَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ الْقِيَامَةِ مَنْ إِلَٰهٌ غَيْرُ اللَّهِ يَأْتِيكُمْ بِلَيْلٍ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ
Kul e reeytum in cealallâhu aleykumun nehâre sermeden ilâ yevmil kıyâmeti men ilâhun gayrullâhi ye’tîkum bi leylin teskunûne fîh(fîhi), e fe lâ tubsırûn(tubsırûne).
De ki: “Gördünüzmü (düşündünüzmü)? Əgər Allah gündüzü qiyamət gününə qədər üzərinizdə daimi etsəydi, sizə içərisində sükut tapdığınız (dincəldiyiniz) gecəni Allahdan başqa hansı İlah gətirəcəkdi? Hələ də görməyəcəksinizmi?”
28/QASAS-73
وَمِنْ رَحْمَتِهِ جَعَلَ لَكُمُ اللَّيْلَ وَالنَّهَارَ لِتَسْكُنُوا فِيهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
Ve min rahmetihî ceale lekumul leyle ven nehâre li teskunû fîhi ve li tebtegû min fadlihî ve leallekum teşkurûn(teşkurûne).
Və (Öz) rəhmətindən sizin üçün içərisində sükut tapasınız (dincələsiniz) deyə və Onun fəzlindən istəyəsiniz deyə gecəni və gündüzü yaratdı. Və ümid edilir ki, siz beləcə şükr edəsiniz.
28/QASAS-74
وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
Ve yevme yunâdîhim fe yekûlu eyne şurekâiyellezîne kuntum tez’umûn(tez’umûne).
Və o gün (Allah) onlara səslənəcək və deyəcək: “(Haqqında) zənnə qapıldığınız ortaqlarım hardadır?”
28/QASAS-75
وَنَزَعْنَا مِنْ كُلِّ أُمَّةٍ شَهِيدًا فَقُلْنَا هَاتُوا بُرْهَانَكُمْ فَعَلِمُوا أَنَّ الْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
Ve neza’nâ min kulli ummetin şehîden fe kulnâ hâtû burhânekum fe alimû ennel hakka lillâhi ve dalle anhum mâ kânû yefterûn(yefterûne).
Və bütün ümmətlərdən bir şahid çəkib çıxardıq (seçdik). Sonra da dedik: “Bürhanlarınızı (dəlillərinizi) gətirin”. Beləcə haqqın Allaha aid olduğunu bildilər (anladılar). Və uydurduqları şeylər onlardan ayrılıb uzaqlaşdı.
28/QASAS-76
إِنَّ قَارُونَ كَانَ مِنْ قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَآتَيْنَاهُ مِنَ الْكُنُوزِ مَا إِنَّ مَفَاتِحَهُ لَتَنُوءُ بِالْعُصْبَةِ أُولِي الْقُوَّةِ إِذْ قَالَ لَهُ قَوْمُهُ لَا تَفْرَحْ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْفَرِحِينَ
İnne kârûne kâne min kavmi mûsâ, fe begâ aleyhim, ve âteynâhu minel kunûzi mâ inne mefâtihahu le tenûu bil usbeti ulil kuvveh(kuvveti), iz kâle lehu kavmuhu lâ tefrah innallâhe lâ yuhıbbul ferihîn(ferihîne).
Qarun Musa (Ə.S)-in qövmündən idi. Sonra onlara qarşı həddi aşdı. Ona xəzinələr verdik. Həqiqətən də, onun açarlarını güclü bir topluluq zorla daşıyırdı. Qövmü ona demişdi: “Sevinmə (qürurlanma)! Şübhəsiz ki, Allah qürurlananları sevməz.
28/QASAS-77
وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ ۖ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا ۖ وَأَحْسِنْ كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ ۖ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ
Vebtegı fîmâ âtâkellâhud dârel âhırete ve lâ tense nasîbekemined dunyâ ve ahsin kemâ ahsenallâhu ileyke ve lâ tebgıl fesâde fîl ard(ardı), innallâhe lâ yuhıbbul mufsidîn(mufsidîne).
Və Allahın sənə verdiyi şeylərin içindəki axirət yurdunu istə. Və dünyadan nəsibini (də) unutma. Allah Təalanın sənə ehsan etdiyi kimi sən də ehsan et (qarşılıqsız ver). Və yer üzündə fəsad istəmə (törətmə). Şübhəsiz ki, Allah müfsidləri (fəsad törədənləri) sevməz”.
28/QASAS-78
قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ عِنْدِي ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ اللَّهَ قَدْ أَهْلَكَ مِنْ قَبْلِهِ مِنَ الْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةً وَأَكْثَرُ جَمْعًا ۚ وَلَا يُسْأَلُ عَنْ ذُنُوبِهِمُ الْمُجْرِمُونَ
Kâle innemâ ûtîtuhu alâ ilmin indî, e ve lem ya’lem ennellâhe kad ehleke min kablihî minel kurûni men huve eşeddu minhu kuvveten ve ekseru cem’â(cem’an), ve lâ yus’elu an zunûbihimul mucrimûn(mucrimûne).
(Qarun) dedi: “O (sərvət) ancaq məndəki elm səbəbilə mənə verildi”. Ondan əvvəl Allahın daha qüvvətli (güclü) və daha çox şey (mal) toplayan nəsilləri (zənginləri) həlak etdiyini bilmirmi? Və mücrimlərdən günahları soruşulmaz.
28/QASAS-79
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ فِي زِينَتِهِ ۖ قَالَ الَّذِينَ يُرِيدُونَ الْحَيَاةَ الدُّنْيَا يَا لَيْتَ لَنَا مِثْلَ مَا أُوتِيَ قَارُونُ إِنَّهُ لَذُو حَظٍّ عَظِيمٍ
Fe harece alâ kavmihî fî zînetih(zînetihî), kâlellezîne yurîdûnel hayâted dunyâ yâ leyte lenâ misle mâ ûtiye kârûnu innehu le zû hazzın azîm(azîmin).
Beləcə zinət içində (böyük bir ehtişamla) qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: “Kaş ki, Qaruna verilənlər qədər bizə də veriləydi! Şübhəsiz ki, o, həqiqətən, ən böyük həzzin sahibidir”.
28/QASAS-80
وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ اللَّهِ خَيْرٌ لِمَنْ آمَنَ وَعَمِلَ صَالِحًا وَلَا يُلَقَّاهَا إِلَّا الصَّابِرُونَ
Ve kâlellezîne ûtûl ilme veylekum sevâbullâhi hayrun li men âmene ve amile sâlihâ(sâlihan) ve lâ yulekkâhâ illes sâbirûn(sâbirûne).
Və elm verilənlər dedilər: “Əfsuslar olsun sizə! Amənu olan və saleh əməl işləyənlər (nəfs təzkiyəsi edənlər) üçün Allahın savabı daha xeyirlidir. Buna səbr edənlərdən başqası qovuşdurulmaz”.
28/QASAS-81
فَخَسَفْنَا بِهِ وَبِدَارِهِ الْأَرْضَ فَمَا كَانَ لَهُ مِنْ فِئَةٍ يَنْصُرُونَهُ مِنْ دُونِ اللَّهِ وَمَا كَانَ مِنَ الْمُنْتَصِرِينَ
Fe hasefnâ bihî ve bidârihil arda fe mâ kâne lehu min fietin yensurûnehu min dûnillâhi ve mâ kâne minel muntasırîn(muntasırîne).
Sonra onu və onun sarayını yerə batırdıq. Onun Allahdan başqa ona yardım edəcək bir (dost) qrupu yox idi və yardım edilənlərdən olmadı.
28/QASAS-82
وَأَصْبَحَ الَّذِينَ تَمَنَّوْا مَكَانَهُ بِالْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ ۖ لَوْلَا أَنْ مَنَّ اللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ
Ve asbehallezîne temennev mekânehu bil emsi yekûlûne vey keennellâhe yebsutur rızka li men yeşâu min ıbâdihî ve yakdir(yakdiru), lev lâ en mennallâhu aleynâ le hasefe binâ, vey keennehu lâ yuflihul kâfirûn(kâfirûne).
Və dünən onun yerində olmağı arzulayanlar sabaha çıxınca dedilər: “Vay! Elə isə Allah qullarından istədiyinin ruzisini artırar və azaldar. Əgər Allah bizə nemət verməsəydi, əlbəttə, bizi də yerə batırardı. Vay! Demək ki, kafirlər nicat tapmaz”.
28/QASAS-83
تِلْكَ الدَّارُ الْآخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّا فِي الْأَرْضِ وَلَا فَسَادًا ۚ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ
Tilked dârul âhıretu nec’aluhâ lillezîne lâ yurîdûne uluvven fîl ardı ve lâ fesâdâ(fesâden), vel âkıbetu lil muttekîn(muttekîne).
Bax bu axirət yurdunu yer üzərində üstün olmaq və fəsad törətmək istəməyənlərə verərik. Aqibət (gözəl nəticə) təqva sahiblərinindir.
28/QASAS-84
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا ۖ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَى الَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ
Men câe bil haseneti fe lehu hayrun minhâ ve men câe bis seyyieti fe lâ yuczellezîne amilûs seyyiâti illâ mâ kânû ya’melûn(ya’melûne).
Kim həsənat ilə (gözəl əməllərlə, müsbət dərəcələrlə) gələrsə, o təqdirdə onun üçün ondan daha xeyirlisi var. Və kim seyyiat ilə (pis əməllərlə, mənfi dərəcələrlə) gələrsə, bax o zaman pis əməl işləyənlər qeyrisi (artığı) ilə cəzalandırılmazlar (dərəcə itirənlərin cəzası qazandıqları dərəcələr itirdikləri dərəcələrdən çıxıldıqdan sonra qalan dərəcələr qədərdir).
28/QASAS-85
إِنَّ الَّذِي فَرَضَ عَلَيْكَ الْقُرْآنَ لَرَادُّكَ إِلَىٰ مَعَادٍ ۚ قُلْ رَبِّي أَعْلَمُ مَنْ جَاءَ بِالْهُدَىٰ وَمَنْ هُوَ فِي ضَلَالٍ مُبِينٍ
İnnellezî farada aleykel kur’âne le râdduke ilâ meâd(meâdin), kul rabbî a’lemu men câe bil hudâ ve men huve fî dalâlin mubîn(mubînin).
Şübhəsiz ki, Quranı sənə fərz qılan (Allah), əlbəttə, səni dönüləcək yerə (cənnətə) döndərəcək Olandır. De ki: “Kimin hidayət ilə gəldiyini və kimin açıq-aşkar dəlalətdə olduğunu Rəbbim daha yaxşı bilir”.
28/QASAS-86
وَمَا كُنْتَ تَرْجُو أَنْ يُلْقَىٰ إِلَيْكَ الْكِتَابُ إِلَّا رَحْمَةً مِنْ رَبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًا لِلْكَافِرِينَ
Ve mâ kunte tercû en yulkâ ileykel kitâbu illâ rahmeten min rabbike fe lâ tekûnenne zahîren lil kâfirîn(kâfirîne).
Və sən Rəbbin tərəfindən bu kitabın sadəcə bir rəhmət olaraq sənə göndəriləcəyinə ümid etməzdin. Elə isə əsla kafirlərə kömək etmə!
28/QASAS-87
وَلَا يَصُدُّنَّكَ عَنْ آيَاتِ اللَّهِ بَعْدَ إِذْ أُنْزِلَتْ إِلَيْكَ ۖ وَادْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ
Ve lâ yasuddunneke an âyâtillâhi ba’de iz unzılet ileyke ved’u ilâ rabbike ve lâ tekûnenne minel muşrikîn(muşrikîne).
Və sənə (Allahın ayələri) endirildikdən sonra saqın səni Allahın ayələrindən çevirməsinlər. Və Rəbbinə dəvət et (Allaha qayıtmağa çağır). Və əsla müşriklərdən olma!
28/QASAS-88
وَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۘ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ ۚ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ
Ve lâ ted’u meallâhi ilâhen âhar(âhara), lâ ilâhe illâ hû(hûve), kullu şey’in hâlikun illâ vecheh(vechehu), lehul hukmu ve ileyhi turceûn(turceûne).
Və Allahla birlikdə başqa bir İlaha dua etmə (ibadət etmə)! Ondan başqa İlah yoxdur! Onun Zatından başqa hər şey həlak olacaq. Hökm Onundur. Və Ona qaytarılacaqsınız.
28 / 114
Oxuduğum ayə
0%