يس
Yâ sîn.
Ya. Sin.
وَالْقُرْآنِ الْحَكِيمِ
Vel kur’ânil hakîm(hakîmi).
Hakim (hökm və hikmət sahibi) Qurana and olsun!
إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ
İnneke leminel murselîn(murselîne).
Şübhəsiz ki, sən, həqiqətən, göndərilən rəsullardansan.
عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
Alâ sırâtın mustekîm(mustekîmin).
Siratülmüstəqimin üzərindəsən.
تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ
Tenzîlel azîzir rahîm(rahîmi).
Əziz və Rəhim olan Allah tərəfindən endirilmişdir
لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ
Li tunzire kavmen mâ unzire âbâuhum fe hum gâfilûn(gâfilûne).
atalarına xəbərdarlıq edilməmiş bir qövmə xəbərdarlıq etməyin üçün. Çünki onlar qafillərdir.
لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ
Lekad hakkal kavlu alâ ekserihim fe hum lâ yu’minûn(yu’minûne).
And olsun ki, (Allahın) sözü onların çoxunun üzərinə haqq oldu. Artıq onlar amənu olmazlar (Allaha qayıtmağı diləməzlər).
إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ
İnnâ cealnâ fî a’nâkıhim aglâlen fe hiye ilel ezkâni fe hum mukmehûn(mukmehûne).
Şübhəsiz ki, Biz onların boyunlarına çənələrinə qədər halqalar (zəncirlər) keçirtdik. Beləcə onlar başları yuxarı qaldırılmış kimsələrdir.
وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
Ve cealnâ min beyni eydîhim sedden ve min halfihim sedden fe agşeynâhum fe hum lâ yubsırûn(yubsırûne).
Və onların önlərinə və arxalarına sədd qoyduq. Beləcə onları pərdələdik. Onlar artıq görməzlər.
وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ
Ve sevâun aleyhim e enzertehum em lem tunzirhum lâ yu’minûn(yu’minûne).
Və onlara xəbərdarlıq etsən də, etməsən də, onlar üçün birdir. Onlar amənu olmazlar (Allaha qayıtmağı diləməzlər).
إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
İnnemâ tunziru menittebeaz zikre ve haşiyer rahmâne bil gayb(gaybi), fe beşşirhu bi magfiretin ve ecrin kerîm(kerîmin).
Sən sadəcə zikrə tabe olana və qeybdə Rəhmana qarşı huşu (ehtiram) duyana xəbərdarlıq edə bilərsən. Elə isə onu məğfirət (günahlarının savaba çevrilməsi) və kərim əcrlə müjdələ.
إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ
İnnâ nahnu nuhyil mevtâ ve nektubu mâ kaddemû ve âsârehum ve kulle şey’in ahsaynâhu fî imâmin mubîn(mubînin).
Şübhəsiz ki, Biz ölüləri dirildərik. Və təqdim etdiklərini və onların əsərlərini yazarıq. Və hər şeyi İmami-Mübində (açıq-aşkar bir rəhbərdə) saydıq (təsbit etdik).
وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ
Vadrıb lehum meselen ashâbel karyeh(karyeti), iz câe hel murselûn(murselûne).
Və onlara o şəhərin xalqını misal göstər. Onlara rəsullar gəlmişdi.
إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ
İz erselnâ ileyhimusneyni fe kezzebûhumâ fe azzeznâ bi sâlisin fe kâlû innâ ileykum murselûn(murselûne).
Onlara iki (rəsul) göndərmişdik. Fəqət ikisini də təkzib etdilər (yalanladılar). Bundan sonra (onları) üçüncü (rəsul) ilə gücləndirdik (dəstəklədik). O zaman onlar dedilər: “Şübhəsiz ki, biz sizə göndərilmiş rəsullarıq”.
قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَٰنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا تَكْذِبُونَ
Kâlû mâ entum illâ beşerun mislunâ ve mâ enzeler rahmânu min şey’in in entum illâ tekzibûn(tekzibûne).
Dedilər ki: “Siz bizim kimi bəşərdən başqa bir şey deyilsiniz. Və Rəhman heç bir şey endirmədi. Siz sadəcə yalan söyləyirsiniz”.
قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ
Kalû rabbunâ ya’lemu innâ ileykum le murselûn(murselûne).
(Rəsullar) dedilər ki: “Bizim, gerçəkdən, sizə göndərilmiş rəsullar olduğumuzu Rəbbimiz bilir.
وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ
Ve mâ aleynâ illel belâgul mubîn(mubînu).
Və bizim boynumuzda açıq-aşkar təbliğdən (bildirməkdən) başqa bir şey (məsuliyyət) yoxdur”.
قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ
Kâlû innâ tetayyernâ bi kum, le in lem tentehû le nercumennekum ve le yemessennekum minnâ azâbun elîm(elîmun).
(Onlar) dedilər: “Şübhəsiz ki, biz sizinlə uğursuzluğa uğradıq. Əgər, həqiqətən, vaz keçməsəniz (buna son qoymasanız), sizi mütləq daşqalaq edəcəyik. Və mütləq bizdən sizə acı bir əzab toxunacaq”.
قَالُوا طَائِرُكُمْ مَعَكُمْ ۚ أَئِنْ ذُكِّرْتُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ
Kâlû tâirikum meakum, e in zukkirtum, bel entum kavmun musrifûn(musrifûne).
(Rəsullar) dedilər: “Uğursuzluğunuz özünüzdəndir. Məgər sizə zikr xatırladıldıqdamı (uğursuluğa uğrayırsınız)? Xeyr, siz həddi aşan bir qövmsünüz”.
وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ
Ve câe min aksal medîneti raculun yes’â kâle yâ kavmittebiûl murselîn(murselîne).
Və şəhərin ən uzaq yerindən bir adam qaçaraq gəldi. (O) dedi: “Ey qövmüm (sizə) göndərilən rəsullara tabe olun!
اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ
İttebiû men lâ yes’elukum ecren ve hum muhtedûn(muhtedûne).
(Təbliğlərinin qarşılığında) sizdən mükafat istəməyən (bu) adamlara tabe olun. Və onlar mehdilərdir (hidayət olan və hidayət edənlərdir).
وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ
Ve mâ liye lâ a’budullezî fataranî ve ileyhi turceûn(turceûne).
Və mən nə üçün məni Yaradana qul olmayım ki, siz Ona qaytarılacaqsınız.
أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ
E ettehızu min dûnihî âliheten in yuridnir rahmânu bi durrin lâ tugni annî şefâatuhum şey’en ve lâ yunkızûn(yunkızûni).
Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman mənə bir zərər diləsə, onların şəfaəti mənə heç bir fayda verməz. Və onlar məni qurtara bilməzlər.
إِنِّي إِذًا لَفِي ضَلَالٍ مُبِينٍ
İnnî izen le fî dalâlin mubîn(mubînin).
Əgər elə olsaydı (bütlərə ibadət etsəydim), şübhəsiz ki, mən mütləq açıq-aşkar dəlalətdə olardım.
إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ
İnnî âmentu bi rabbikum fesmeûn(fesmeûni).
Şübhəsiz ki, mən sizin Rəbbinizə iman etdim. Elə isə məni eşidin!”
قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ
Kîled hulil cenneh(cennete), kâle yâ leyte kavmî ya’lemûn(ya’lemûne).
(Ona) deyildi: “Cənnətə gir!” (O) dedi: “Kaş qövmüm biləydi ki,
بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ
Bimâ gafere lî rabbî ve cealenî minel mukremîn(mukremîne).
bu səbəblə Rəbbim məni məğfirət etdi (günahlarımı savaba çevirdi) və məni ikram edilənlərdən etdi”.
وَمَا أَنْزَلْنَا عَلَىٰ قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ
Ve mâ enzelnâ alâ kavmihî min ba’dihî min cundin mines semâi ve mâ kunnâ munzilîn(munzilîne).
Və bundan sonra onun qövmünün üzərinə göydən bir ordu endirmədik, endirəsi də deyildik.
إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ
İn kânet illâ sayhaten vâhıdetenfe izâ hum hâmidûn(hâmidûne).
(Onların cəzası) sadəcə tək bir səyhə (şiddətli bir səs dalğası) oldu. O zaman onlar söndülər (həlak oldular).
يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
Yâ hasreten alel ıbâd(ıbâdi), mâ ye’tîhim min resûlin illâ kânû bihî yestehziûn(yestehziûne).
Vay o qulların halına! Onlara elə bir rəsul gəlmədi ki, onu məsxərəyə qoymasınlar.
أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ
E lem yerev kem ehleknâ kablehum minel kurûni ennehum ileyhim lâ yerciûn(yerciûne).
Ondan əvvəlki neçə-neçə nəsillərdən (kimləri) həlak etdiyimizi, onların (həlak edilənlərin) geri dönmədiklərini görmədilərmi?
وَإِنْ كُلٌّ لَمَّا جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ
Ve in kullun lemmâ cemîun ledeynâ muhdarûn(muhdarûne).
Və yalnız hər kəs toplandığı vaxt (onlar da) hüzurumuzda hazır duracaqlar.
وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ
Ve âyetun lehumul ardul meyteh(meytetu), ahyeynâhâ ve ahrecnâ minhâ habben fe minhu ye’kulûn(ye’kulûne).
Və ölü torpaq onlara bir ayədir (möcüzədir). Onu diriltdik və ondan dənlər çıxartdıq. Beləcə ondan yeyərlər.
وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ
Ve cealnâ fîhâ cennâtin min nahîlin ve a’nâbin ve feccernâ fîhâ minel uyûn(uyûni).
Və orada xurma və üzüm baxçaları əmələ gətirdik. Və orada bulaqlar fışqırtdıq.
لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ
Li ye’kulû min semerihî ve mâ âmilethu eydîhim, e fe lâ yeşkurûn(yeşkurûne).
Onun məhsullarından (meyvələrindən) və əlləriylə becərdiklərindən yesinlər deyə. Hələ də şükür etməyəcəklərmi?
سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ
Subhânellezî halakal ezvâce kullehâ mimmâ tunbitulardu ve min enfusihim ve mimmâ lâ ya’lemûn(ya’lemûne).
Ərzin yetişdirdiyi hər şeydən, onların nəfslərindən və bilmədikləri şeylərdən cütlər (erkək və dişisini) yaradan O (Allah) Sübhandır (pakdır).
وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ
Ve âyetun lehumul leyl(leylu), neslehu minhun nehâre fe izâ hum muzlimûn(muzlimûne).
Və gecə onlar üçün bir ayədir (ibrətdir). Ondan gündüzü sıyırarıq (çəkib çıxararıq). O zaman onlar qaranlıqda qalarlar.
وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
Veş şemsu tecrî li mustekarrin lehâ, zâlike takdîrul azîzil alîm(alîmi).
Və Günəş onun üçün təyin olunmuş (orbitində) axıb gedər. Bax bu, Əziz və Alim olan (ən yaxşı bilən) Allahın təqdiridir.
وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ
Vel kamere kaddernâhu menâzile hattâ âdekel urcûnil kadîm(kadîmi).
Və Ay qurumuş xurma salxımının budağı kimi olana qədər (hilal şəklinə düşənədək) onun üçün mənzillər təqdir etdik.
لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ
Leş şemsu yenbegî lehâ en tudrikel kamere ve lel leylu sâbikun nehâr(nehâri), ve kullun fî felekin yesbehûn(yesbehûne).
Günəşin Aya yetişməsi və gecənin (də) gündüzü ötməsi mümkün deyil. Və hamısı öz fələklərində (öz orbitlərində) üzərlər (seyr edərlər).
وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ
Ve âyetun lehum ennâ hamelnâ zurriyyetehum fîl fulkil meşhûn(meşhûni).
Və onların zürriyyətlərini (nəsillərini) dolu gəmilərdə daşımağımız onlar üçün bir ayədir.
وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ
Ve halaknâ lehum min mislihî mâ yerkebûn(yerkebûne).
Və onlar üçün onun (gəmilər) kimi minəcəkləri şeylər yaratdıq.
وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ
Ve in neşe’ nugrıkhum fe lâ sarîha lehum ve lâ hum yunkazûn(yunkazûne).
Və istəsək onları boğarıq. O zaman onlara yardım edilməz və onlar qurtarılmazlar.
إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ
İllâ rahmeten minnâ ve metâan ilâ hîn(hînin).
Bizdən bir rəhmət və bəlli bir vaxtadək faydalanmaları istisnadır.
وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ
Ve izâ kîle lehumuttekû mâ beyne eydîkum ve mâ halfekum leallekum turhamûn(turhamûne).
Və onlara deyilmişdi: “Önünüzdə və arxanızda olan şeylərdən çəkinin! Bəlkə beləcə sizə rəhm oluna”.
وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ
Ve mâ te’tîhim min âyetin min âyâti rabbihim illâ kânû anhâ mu’ridîn(mu’ridîne).
Və Rəblərinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.
وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ
Ve izâ kîle lehum enfikû mimmâ rezakakumullâhu kâlellezîne keferû lillezîne âmenû e nut’imu men lev yeşâullâhu at’ameh(at’amehu), in entum illâ fî dalâlin mubîn(mubînin).
Və onlara: “Allahın sizə ruzi olaraq verdiyi şeylərdən infaq edin (verin)!”-deyildiyi zaman kafirlər amənu olanlara dedilər: “Allahın istədiyi təqdirdə doyuracağı adamı bizmi doyuracağıq? Siz ancaq açıq-aşkar bir dəlalət içindəsiniz”.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ
Ve yekûlûne metâ hâzel va’du in kuntum sâdikîn(sâdikîne).
Və deyərlər: “Əgər siz doğru söyləyənlərsinizsə, (onda deyin görək) bu vəd nə zaman baş tutacaq?”
مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ
Mâ yenzurûne illâ sayhaten vâhıdeten te’huzuhum ve hum yahıssımûn(yahıssımûne).
Onlar (bir-birləri ilə) çəkişərkən onları yaxalayacaq (öldürəcək) tək şiddətli bir səs dalğasından başqa bir şey gözləməzlər.
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ
Fe lâ yestetîûne tavsiyeten ve lâ ilâ ehlihim yerciûn(yerciûne).
Artıq vəsiyyət etməyə gücləri yetməz. Və ailələrinə (də) qayıda bilməzlər.
وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ
Ve nufiha fîs sûri fe izâ hum minel ecdâsi ilâ rabbihim yensilûn(yensilûne).
Və sura üfürülmüşdür. Bax o zaman onlar məzarlarından (çıxıb) Rəblərinə doğru qaçarlar (uçarlar, yüksələrlər).
قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ
Kâlû yâ veylenâ men beasenâ min merkadinâ, hâzâ mâ vaader rahmânuve sadakal murselûn(murselûne).
Dedilər: “Vay bizim halımıza! Məzarlarımızdan (yuxudan) bizi kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyi şeydir. Və rəsullar doğru söyləyirlərmiş”.
إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ
İn kânet illâ sayhaten vâhıdeten fe izâ hum cemîun ledeynâ muhdarûn(muhdarûne).
Sadəcə tək şiddətli bir səs dalğası! Bax o zaman onlar hamısı hüzurumuzda hazır duracaqlar.
فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
Fel yevme lâ tuzlemu nefsun şey’en ve lâ tuczevne illâ mâ kuntum ta’melûn(ta’melûne).
Bax o gün heç kimə (heç) bir şeylə zülm edilməz. Və əməllərinizin (qarşılığından) başqa bir şeylə cəzalandırılmazsınız.
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ
İnne ashâbel cennetil yevme fî şugulin fâkihûn(fâkihûne).
Şübhəsiz ki, cənnət əhli o gün zövqlü bir məşğuliyyət içərisində olarlar.
هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ
Hum ve ezvâcuhum fî zılâlin alel erâiki muttekiûn(muttekiûne).
Onlar və onların zövcələri (təqva sahibləri olduqları üçün) kölgəliklərdə taxtlara söykənərlər.
لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ
Lehum fîhâ fâkihetun ve lehum mâ yeddeûn(yeddeûne).
Orada onlar üçün meyvələr və istədikləri (hər) şey var.
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ
Selâmun kavlen min rabbin rahîm(rahîmin).
Rəhim olan Rəbdən: “Salam!” -sözü (var).
وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ
Vemtâzûl yevme eyyuhel mucrimûn(mucrimûne).
Və ey mücrimlər (günahkarlar)! Bu gün ayrılın (bir kənara çəkilin)!
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
E lem a’had ileykum yâ benî âdeme en lâ ta’budûş şeytân(şeytâne), innehu lekum aduvvun mubîn(mubinun).
Ey Adəm oğulları! Mən sizdən şeytana qul olmayacağınıza dair əhd almadımmı? Şübhəsiz ki, o (şeytan), sizə açıq-aşkar düşməndir.
وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
Ve eni’budûnî, hâzâ sırâtun mustekîm(mustekîmun).
Və Mən sizdən Mənə qul olacağınıza (dair əhd almadımmı?) Bu da Siratümüstəqimdir (Siratülmüstəqim üzərində olmaqdır).
وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ
Ve lekad edalle minkum cibillen kesîrâ(kesîran), e fe lem tekûnû ta’kılûn(ta’kılûne).
Və and olsun ki, sizdən bir çoxunu dəlalətdə buraxdı. Hələ də ağıl etmirsinizmi?
هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ
Hâzihî cehennemulletî kuntum tûadûn(tûadûne).
Sizə vəd edilən cəhənnəm (bax) budur.
اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ
Islevhel yevme bimâ kuntum tekfurûn(tekfurûne).
İnkar etdiyinizdən dolayı bu gün ona (cəhənnəmə) yaslanın (girin).
الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ
El yevme nahtimu alâ efvâhihim ve tukellimunâ eydîhim ve teşhedu erculuhum bimâ kânû yeksibûn(yeksibûne).
Bu gün onların ağızlarını möhürləyərik. Qazandıqları şeyləri (etdikləri əməlləri) Bizə onların əlləri anladar, ayaqları şahidlik edər.
وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ
Ve lev neşâu le tamesnâ alâ a’yunihim festebekûs sırâta fe ennâ yubsırûn(yubsırûne).
Və əgər diləsəydik, əlbəttə, gözlərini məhv edərdik (kor edərdik). O zaman yolda (sağa-sola) qaçardılar. O zaman necə görərlər?
وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ
Ve lev neşâu le mesahnâhum alâ mekânetihim fe mâstetâû mudiyyen ve lâ yerciûn(yerciûne).
Və əgər diləsəydik, əlbəttə, onları məkanlarında (olduqları yerdə) dəyişdirərdik. O zaman nə irəli, nə də geri getməyə gücləri çatmazdı.
وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ
Ve men nuammirhu nunekkishu fîl halk(halkı), e fe lâ ya’kılûn(ya’kılûne).
Və kimin ömrünü uzatsaq, onun yaradılışını tərsinə çevirərik (qüvvəsini əlindən alarıq). Hələ də ağıl etmirlərmi?
وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ
Ve mâ allemnâhuş şi’re ve mâ yenbagî leh(lehu), in huve illâ zikrun ve kur’ânun mubîn(mubînun).
Və Biz ona (peyğəmbərə) şeir öyrətmədik və (bu), ona yaraşmaz. Bu (ona endirilən), sadəcə zikr və açıq-aşkar Qurandır.
لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ
Li yunzire men kâne hayyen ve yehıkkal kavlu alel kâfirîn(kâfirîne).
(Quranın endirilməsi) diri olanları xəbərdar etmək və (əzab) sözünün kafirlərin üzərinə haqq olması (gerçəkləşməsi) üçündür.
أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ
E ve lem yerev ennâ halaknâ lehum mimmâ amilet eydînâ en’âmen fe hum lehâ mâlikûn(mâlikûne).
Məgər Əllərimizlə (qüdrətimizlə) yaratdığımız şeylərdən onlar üçün heyvanları necə xəlq etdiyimizi görmədilərmi? Beləcə onlara (heyvanlara) sahib olarlar.
وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ
Ve zellelnâhâ lehum fe minhâ rakûbuhum ve minhâ ye’kulûn(ye’kulûne).
Və Biz (heyvanları) onlara itaətkar etdik. Beləcə onlardan minik vasitələri kimi istifadə edirlər (onlara minirlər) və onlardan (ətlərindən) yeyirlər.
وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ
Ve lehum fîhâ menâfiu ve meşârib(meşâribu), e fe lâ yeşkurûn(yeşkurûne).
Və onlarda özləri üçün (bir çox) mənfəətlər (faydalar) və içiləcək şeylər (süd) var. Hələ də şükr etməyəcəklərmi?
وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ
Vettehazû min dûnillâhi âliheten leallehum yunsarûn(yunsarûne).
Və (onlara) yardım ediləcəyinə ümid edərək Allahdan başqa ilahlar qəbul etdilər.
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ
Lâ yestetîûne nasrahum ve hum lehum cundun muhdarûn(muhdarûne).
(O ilahlar) onlara yardım etməyə qadir deyillər. Və özləri onlar (o ilahlar) üçün (yardıma) hazır əsgərlərdir.
فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
Fe lâ yahzunke kavluhum, innâ na’lemu mâ yusirrûne ve mâ yu’linûn(yu’linûne).
Artıq onların sözləri səni məhzun etməsin. Şübhəsiz ki, Biz gizlədiklərini də, açıqladıqlarını da bilirik.
أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ
E ve lem yerel insânu ennâ halaknâhu min nutfetin fe iza huve hasîmun mubîn(mubînun).
İnsan onu bir nüftədən necə yaratdığımızı görmədimi? Sonra da Bizə (qarşı) açıq-aşkar düşmən oldu.
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ
Ve darebe lenâ meselen ve nesiye halkah(halkahu), kâle men yuhyil izâme ve hiye remîm(remîmun).
Və öz yaradılışını unudub Bizə misal gətirdi: “Sümüklərimiz çürüyüb dağıldıqdan sonra onlara kim can verəcək?” -dedi.
قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
Kul yuhyîhellezî enşeehâ evvele merreh(merretin), ve huve bi kulli halkın alîm(alîmun).
De ki: “Onu ilk dəfə inşa edən (Yaradan) ona həyat verəcək. Və O, bütün yaradılışları ən yaxşı biləndir”.
الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ
Ellezî ceale lekum mineş şeceril ahdarinâren fe izâ entum minhu tûkıdûn(tûkıdûne).
Yaşıl ağacdan sizin üçün atəş (oksigen) çıxaran odur. Beləcə siz ondan (od) yandırırsınız.
أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ
E ve leysellezî halakas semâvâti vel arda bi kâdirin alâ en yahluka mislehum, belâ ve huvel hallâkul alîm(alîmu).
Göyləri və yerləri yaradan onların bir bənzərini daha yaratmağa qadir deyilmi? Bəli, O, (yeganə) Yaradıcı və Ən Yaxşı Biləndir.
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
İnnemâ emruhû izâ erâde şey’en en yekûle lehu kun fe yekûn(yekûnu).
O (Allah), bir şey istədiyi zaman Onun əmri sadəcə ona: “Ol!” -deməkdir. O dərhal olar.
فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ
Fe subhânellezî bi yedihî melekûtu kulli şey’in ve ileyhi turceûn(turceûne).
Bax O, Sübhandır (pakdır). Hər şeyin mələkutu (mülkü və hökmdarlığı) Onun əlindədir. Və Ona qaytarılacaqsınız.