حم
Hâ mîm.
Ha, Mim.
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ
Tenzîlul kitâbi minallâhil azîzil alîm(alîmi).
Bu Kitab Əziz (uca və üstün) və Alim olan (ən yaxşı bilən) Allah tərəfindən endirilmişdir.
غَافِرِ الذَّنْبِ وَقَابِلِ التَّوْبِ شَدِيدِ الْعِقَابِ ذِي الطَّوْلِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ إِلَيْهِ الْمَصِيرُ
Gâfiriz zenbi ve kâbilit tevbi şedîdil ikâbi zît tavl(tavli), lâ ilâhe illâ hûve, ileyhil masîr(masîru).
(O), günahları məğfirət edən (savaba çevirən), tövbələri qəbul edən, cəzası şiddətli olan, ehsan, fəzl və kərəm sahibidir. Ondan başqa İlah yoxdur. Dönüş Onadır.
مَا يُجَادِلُ فِي آيَاتِ اللَّهِ إِلَّا الَّذِينَ كَفَرُوا فَلَا يَغْرُرْكَ تَقَلُّبُهُمْ فِي الْبِلَادِ
Mâ yucâdilu fî âyâtillâhi illellezîne keferû fe lâ yagrurke tekallubuhum fîl bilâd(bilâdi).
Allahın ayələri haqqında kafirlərdən başqası mücadilə etməz. Artıq onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَالْأَحْزَابُ مِنْ بَعْدِهِمْ ۖ وَهَمَّتْ كُلُّ أُمَّةٍ بِرَسُولِهِمْ لِيَأْخُذُوهُ ۖ وَجَادَلُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ فَأَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ
Kezzebet kablehum kavmu nûhın vel ahzâbu min ba’dıhım ve hemmet kullu ummetin bi resûlihim li ye’huzûhu ve câdelû bil bâtılı li yudhıdû bihil hakka fe ehaztuhum, fe keyfe kâne ıkâb(ıkâbi).
Onlardan əvvəl Nuh (Ə.S)-in qövmü və onlardan sonra da (başqa) firqələr (rəsullarını) yalanladılar. Və bütün ümmətlər rəsullarına onları yaxalamaq üçün hücum etdilər. Haqqı batillə yox etmək üçün mücadilə etdilər. Axırda Mən onları yaxaladım. O zaman Mənim cəzam necə oldu?
وَكَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ كَفَرُوا أَنَّهُمْ أَصْحَابُ النَّارِ
Ve kezâlike hakkat kelimetu rabbike alellezîne keferû ennehum ashâbun nâr(nâri).
Və bax beləcə onların (kafirlərin) atəş əhli olduğu (barədə) Rəbbinin sözü kafirlərin üzərinə haqq oldu.
الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ
Ellezîne yahmilûnel arşa ve men havlehu yusebbihûne bi hamdi rabbihim ve yu’minûne bihî ve yestagfirûne lillezîne âmenû, rabbenâ vesi’te kulle şey’in rahmeten ve ilmen fagfir lillezîne tâbû vettebeû sebîleke ve kıhim azâbel cahîm(cahîmi).
Ərşi tutan mələklər və onun (hər mələyin) ətrafındakı şəxs (dövrün imamı) Rəblərini həmd ilə təsbih edərlər və Ona iman edərlər. Və amənu olanlar üçün (Allahdan) məğfirət (günahlarının savaba çevrilməsini) diləyərlər: “Rəbbimiz, Sən hər şeyi rəhmətlə (rəhmətinlə) və elmlə (elminlə) əhatə etdin. Beləcə (mürşidin qarşısında) tövbə edənləri və sənin yoluna (Siratülmüstəqimə) tabe olanları məğfirət et (günahlarını savaba çevir). Onları cəhənnəm əzabından qoru!
رَبَّنَا وَأَدْخِلْهُمْ جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدْتَهُمْ وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۚ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
Rabbenâ ve edhilhum cennâti adninilletî vaadtehum ve men salaha min âbâihim ve ezvâcihim ve zurriyyâtihim inneke entel azîzul hakîm(hakîmu).
Rəbbimiz, onlara vəd etdiyin Ədn cənnətlərinə onları və onların atalarından, zövcələrindən və nəsillərindən salah məqamına çatanları daxil et. Şübhəsiz ki, Sən - Sən Əzizsən, Hakimsən (hökm və hikmət sahibisən).
وَقِهِمُ السَّيِّئَاتِ ۚ وَمَنْ تَقِ السَّيِّئَاتِ يَوْمَئِذٍ فَقَدْ رَحِمْتَهُ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ
Vekıhimus seyyiât(seyyiâti), ve men tekıs seyyiâti yevme izin fe kad rahimteh(rahimtehu) ve zâlike huvel fevzul azîm(azîmu).
Onları pisliklərdən (dərəcələrini itirməkdən) qoru. Və Sən izn günü kimi seyyiatlardan (günahlardan) qorusan, o zaman onlara rəhm etmiş olarsan. Və bax o, fövzül əzimdir (ən böyük xilasdır)”.
إِنَّ الَّذِينَ كَفَرُوا يُنَادَوْنَ لَمَقْتُ اللَّهِ أَكْبَرُ مِنْ مَقْتِكُمْ أَنْفُسَكُمْ إِذْ تُدْعَوْنَ إِلَى الْإِيمَانِ فَتَكْفُرُونَ
İnnellezîne keferû yunâdevne le maktullâhi ekberu min maktikum enfusekum iz tud’avne ilel îmâni fe tekfurûn(tekfurûne).
İnkar edənlərə mütləq nida olunar: “Şübhəsiz ki, Allahın qəzəbi sizin nəfslərinizə (bir-birinizə) olan qəzəbinizdən daha böyükdür. İmana dəvət edildiyiniz zaman inkar edirdiniz”.
قَالُوا رَبَّنَا أَمَتَّنَا اثْنَتَيْنِ وَأَحْيَيْتَنَا اثْنَتَيْنِ فَاعْتَرَفْنَا بِذُنُوبِنَا فَهَلْ إِلَىٰ خُرُوجٍ مِنْ سَبِيلٍ
Kâlû rabbenâ emettenesneteyni ve ahyeytenesneteyni fa’terefnâ bi zunûbinâ fe hel ilâ hurûcin min sebîl(sebîlin).
(Kafirlər) dedilər ki: “Rəbbimiz, bizi iki dəfə öldürdün, iki dəfə diriltdin, beləcə günahlarımızı etiraf etdik. Artıq (buradan) çıxmağa bir yol varmı?”
ذَٰلِكُمْ بِأَنَّهُ إِذَا دُعِيَ اللَّهُ وَحْدَهُ كَفَرْتُمْ ۖ وَإِنْ يُشْرَكْ بِهِ تُؤْمِنُوا ۚ فَالْحُكْمُ لِلَّهِ الْعَلِيِّ الْكَبِيرِ
Zâlikum bi ennehû izâ duiyallâhu vahdehu kefertum, ve in yuşrak bihî tu’minû, fel hukmu lillâhil aliyyil kebîr(kebîri).
Bu ona görədir ki, siz tək olan Allaha çağrıldığınız zaman inkar etdiniz. Və Ona (Allaha) şirk qoşulanda inanırdınız. Artıq hökm Uca və Böyük olan Allaha aiddir.
هُوَ الَّذِي يُرِيكُمْ آيَاتِهِ وَيُنَزِّلُ لَكُمْ مِنَ السَّمَاءِ رِزْقًا ۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَنْ يُنِيبُ
Huvellezî yurîkum âyâtihî ve yunezzilu lekum mines semâi rızkâ(rızkan), ve mâ yetezekkeru illâ men yunîb(yunîbu).
O (Allah) ki, O, ayələrini sizə göstərər və sizin üçün göydən ruzi endirər. Bunu münib olandan (Allaha yönələndən) başqası təzəkkür etməz (edə bilməz).
فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
Fed’ûllâhe muhlisîne lehud dîne ve lev kerihel kâfirûn(kâfirûne).
Elə isə kafirlər istəməsə də, dini Onun (Allah) üçün xalis qılaraq (müxlislər olaraq) Allaha dəvət edin.
رَفِيعُ الدَّرَجَاتِ ذُو الْعَرْشِ يُلْقِي الرُّوحَ مِنْ أَمْرِهِ عَلَىٰ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ لِيُنْذِرَ يَوْمَ التَّلَاقِ
Rafîud deracâti zul arş(arşi), yulkır rûha min emrihî alâ men yeşâu min ıbâdihî li yunzira yevmet telâk(telâkı).
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah qullarından (Özünə qaytarmağı) dilədiyi kimsənin (Allaha qayıtmağı dilədiyi üçün Allahın da onu Özünə qaytarmağı dilədiyi kimsənin) üzərinə (başının üzərinə) Allaha qayıtma gününün gəldiyini (o insanın ruhuna) bildirmək üçün əmrindən (Allahın əmrini təbliğ edəcək) bir ruh (dövrün imamının ruhunu) göndərər.
يَوْمَ هُمْ بَارِزُونَ ۖ لَا يَخْفَىٰ عَلَى اللَّهِ مِنْهُمْ شَيْءٌ ۚ لِمَنِ الْمُلْكُ الْيَوْمَ ۖ لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
Yevme hum bârizûn(bârizûne) lâ yahfâ alâllâhi min hum şey’un, li menil mulkul yevm(yevme), lillâhil vâhidil kahhâr(kahhâri).
Onların ortaya çıxdığı gün onlar haqqında (heç) bir şey Allaha gizli qalmaz. O gün mülk kimindir? Tək və Qahhar olan Allahındır.
الْيَوْمَ تُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ ۚ لَا ظُلْمَ الْيَوْمَ ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
El yevme tuczâ kullu nefsin bimâ kesebet, lâ zulmel yevm(yevme), innallâhe serîul hisâb(hisâbi).
Bu gün bütün nəfslər (hər kəs) qazandıqlarından dolayı cəzalandırılar və ya mukafatlandırılar. Bu gün zülm yoxdur. Şübhəsiz ki, Allah haqq-hesabı tez çəkəndir.
وَأَنْذِرْهُمْ يَوْمَ الْآزِفَةِ إِذِ الْقُلُوبُ لَدَى الْحَنَاجِرِ كَاظِمِينَ ۚ مَا لِلظَّالِمِينَ مِنْ حَمِيمٍ وَلَا شَفِيعٍ يُطَاعُ
Ve enzirhum yevmel âzifeti izil kulûbu ledel hanâciri kâzımîn(kâzımîne), mâ liz zâlimîne min hamîmin ve lâ şefîin yutâu.
Və yaxınlaşan gün (qiyamət günü) barədə onlara xəbərdarlıq et. O zaman qorxudan ürəklər ağıza gələr. (O gün) zalımarın nə yaxın bir dostu, nə də şəfaəti qəbul edilən bir şəfaətçisi olar.
يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَمَا تُخْفِي الصُّدُورُ
Ya’lemu hâinetel a’yuni ve mâ tuhfîs sudûr(sudûru).
(Allah) gözlərin xainliklərini və sinələrin gizlətdiyi şeyləri bilir.
وَاللَّهُ يَقْضِي بِالْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَقْضُونَ بِشَيْءٍ ۗ إِنَّ اللَّهَ هُوَ السَّمِيعُ الْبَصِيرُ
Vallâhu yakdî bil hakk(hakkı), vellezîne yed’ûne min dûnihî lâ yakdûne bi şey’in, innallâhe huves semîul basîr(basîru).
Və Allah haqq ilə hökm edər. Ondan başqa tapındıqları (isə heç) bir şey haqqında hökm verə bilməzlər. Şübhəsiz ki, Allah - O, ən yaxşı eşidən və ən yaxşı görəndir.
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ كَانُوا مِنْ قَبْلِهِمْ ۚ كَانُوا هُمْ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَمَا كَانَ لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ
E ve lem yesîrû fîl ardı fe yenzurû keyfe kâne âkibetullezîne kânû min kablihim, kânû hum eşedde min hum kuvveten ve âsâran fîl ardı fe ehazehumullâhu bi zunûbihim ve mâ kâne lehum minallâhi min vâk(vâkın).
Məgər onlar yer üzündə gəzib-dolaşmadılarmı ki, görələr onlardan əvvəlkilərin aqibəti necə oldu? Onlar yer üzündə qüvvət və (yaratdıqları) əsərlər baxımından onlardan daha üstün idilər. Fəqət Allah onları günahlarına görə (öldürdü). Və onları Allahdan qoruyacaq kimsə olmadı.
ذَٰلِكَ بِأَنَّهُمْ كَانَتْ تَأْتِيهِمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَكَفَرُوا فَأَخَذَهُمُ اللَّهُ ۚ إِنَّهُ قَوِيٌّ شَدِيدُ الْعِقَابِ
Zâlike bi ennehum kânet te’tîhim rusuluhum bil beyyinâti fe keferû fe ehazehumullâh(ehazehumullâhu), innehu kaviyyun şedîdul ikâb(ikâbi).
Bax bu, onlara rəsullar bəyyinələrlə gəldiyi halda inkar etdikləri üçündür. Beləcə Allah onları yaxaladı. Şübhəsiz ki, O, qüvvətlidir və cəzası şiddətlidir.
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ
Ve lekad erselnâ mûsâ bi âyâtinâ ve sultânin mubîn(mubînin).
Və and olsun ki, Musa (Ə.S)-i ayələrimizlə və açıq-aşkar bir sultanla (dəlil, möcüzə və kitab ilə) göndərdik.
إِلَىٰ فِرْعَوْنَ وَهَامَانَ وَقَارُونَ فَقَالُوا سَاحِرٌ كَذَّابٌ
İlâ fir’avne ve hâmâne ve kârûne fe kâlû sâhirun kezzâb(kezzâbun).
Firona və Hamana və Qaruna (göndərdik). Fəqət onlar dedilər: “(Bu) çox yalançı bir sehrbazdır!”
فَلَمَّا جَاءَهُمْ بِالْحَقِّ مِنْ عِنْدِنَا قَالُوا اقْتُلُوا أَبْنَاءَ الَّذِينَ آمَنُوا مَعَهُ وَاسْتَحْيُوا نِسَاءَهُمْ ۚ وَمَا كَيْدُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
Fe lemmâ câehum bil hakkı min indinâ kâlûktulû ebnâellezîne âmenû meahu vestahyû nisâehum, ve mâ keydul kâfirîne illâ fî dalâl(dalâlin).
Beləcə onlara qatımızdan haqq ilə gəldiyi zaman dedilər: “Amənu olanların oğullarını özləri ilə birlikdə qətlə yetirin (öldürün). Və qadınlarını sağ buraxın!” Kafirlərin tələsi (hiyləsi) dəlalətdən (sapqınlıqdan) başqa bir şey deyil.
وَقَالَ فِرْعَوْنُ ذَرُونِي أَقْتُلْ مُوسَىٰ وَلْيَدْعُ رَبَّهُ ۖ إِنِّي أَخَافُ أَنْ يُبَدِّلَ دِينَكُمْ أَوْ أَنْ يُظْهِرَ فِي الْأَرْضِ الْفَسَادَ
Ve kâle fir’avnu zerûnî aktul mûsâ vel yed’u rabbeh(rabbehu), innî ehâfu en yubeddile dînekum ev en yuzhire fîl ardıl fesâd(fesâde).
Və Firon dedi ki: “Buraxın məni Musanı öldürüm və o, Rəbbinə dua etsin. Həqiqətən, mən (onun) sizin dininizi dəyişdirəcəyindən və ya yer üzündə fəsad çıxmasından qorxuram”.
وَقَالَ مُوسَىٰ إِنِّي عُذْتُ بِرَبِّي وَرَبِّكُمْ مِنْ كُلِّ مُتَكَبِّرٍ لَا يُؤْمِنُ بِيَوْمِ الْحِسَابِ
Ve kâle mûsâ innî uztu bi rabbî ve rabbikum min kulli mutekebbirin lâ yû’minu bi yevmil hisâb(hisâbi).
Və Hz. Musa dedi ki: “Şübhəsiz ki, mən hesab gününə inanmayan, təkəbbürlənənlərin hamısından sənin də Rəbbin olan Rəbbimə sığınıram”.
وَقَالَ رَجُلٌ مُؤْمِنٌ مِنْ آلِ فِرْعَوْنَ يَكْتُمُ إِيمَانَهُ أَتَقْتُلُونَ رَجُلًا أَنْ يَقُولَ رَبِّيَ اللَّهُ وَقَدْ جَاءَكُمْ بِالْبَيِّنَاتِ مِنْ رَبِّكُمْ ۖ وَإِنْ يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ ۖ وَإِنْ يَكُ صَادِقًا يُصِبْكُمْ بَعْضُ الَّذِي يَعِدُكُمْ ۖ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ
Ve kâle raculun mû’minun min âli fir’avne yektumu îmânehû e taktulûne raculen en yekûle rabbiyallâhu ve kad câekum bil beyyinâti min rabbikum, ve in yeku kâziben fe aleyhi kezibuh(kezibuhu), ve in yeku sâdikan yusibkum ba’dullezî yeidukum, innallâhe lâ yehdî men huve musrifun kezzâb(kezzâbun).
Və Firon ailəsindən imanını gizlədən mömin bir adam belə dedi: “Bir adamı: “Rəbbim Allahdır”, -dediyinə görəmi öldürəcəksiniz? Və o, sizə Rəbbinizdən bəyyinələrlə (möcüzələrlə, dəlillərlə) gəldi. Əgər (o), yalançıdırsa, yalanı öz əleyhinədir. Və əgər sadiqdirsə (doğru danışandırsa), vəd etdikərinin bir qismi sizə toxunacaq. Şübhəsiz ki, Allah çox yalan danışan, həddi aşan kimsəni hidayət etməz (Özünə qaytarmaz)”.
يَا قَوْمِ لَكُمُ الْمُلْكُ الْيَوْمَ ظَاهِرِينَ فِي الْأَرْضِ فَمَنْ يَنْصُرُنَا مِنْ بَأْسِ اللَّهِ إِنْ جَاءَنَا ۚ قَالَ فِرْعَوْنُ مَا أُرِيكُمْ إِلَّا مَا أَرَىٰ وَمَا أَهْدِيكُمْ إِلَّا سَبِيلَ الرَّشَادِ
Yâ kavmi lekumul mulkul yevme zâhirîne fîl ardı fe men yensurunâ min be’sillâhi in câenâ, kâle fir’avnu mâ urîkum illâ mâ erâ ve mâ ehdîkum illâ sebîler reşâd(reşâdi).
(O adam dedi ki): “Ey qövmüm! Bu gün mülk sizindir, yer üzündə qüvvətlisiniz. Amma əgər Allahın şiddətli əzabı bizə gələrsə, onda bizə kim kömək edəcək?” Firon (da) belə dedi: “Sizə göstərdiyim şey sadəcə mənim görüşümdür. Və mən sizi irşad yolundan başqasına yönəltmərəm”.
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ مِثْلَ يَوْمِ الْأَحْزَابِ
Ve kâlellezî âmene yâ kavmi innî ehâfu aleykum misle yevmil ahzâb(ahzâbi).
Və amənu olan adam belə dedi: “Ey qövmüm, şübhəsiz ki, mən əhzab günü (firqələrə ayrılanların günü) kimi bir günün sizə (gəlməsindən) qorxuram!
مِثْلَ دَأْبِ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَالَّذِينَ مِنْ بَعْدِهِمْ ۚ وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعِبَادِ
Misle de’bi kavmi nûhın ve âdin ve semûde vellezîne min ba’dihim, ve mâllâhu yurîdu zulmen lil ibâd(ibâdi).
Nuh, Ad və Səmud qövmlərinin və onlardan sonrakı qövmlərin vəziyyəti kimi. Və Allah qulları üçün zülm diləməz.
وَيَا قَوْمِ إِنِّي أَخَافُ عَلَيْكُمْ يَوْمَ التَّنَادِ
Ve yâ kavmi innî ehâfu aleykum yevmet tenâd(tenâdi).
Və ey qövmüm, şübhəsiz ki, mən sizin üçün fəryad günündən (qiyamət günündən) qorxuram!”
يَوْمَ تُوَلُّونَ مُدْبِرِينَ مَا لَكُمْ مِنَ اللَّهِ مِنْ عَاصِمٍ ۗ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ
Yevme tuvellûne mudbirîn(mudbirîne), mâ lekum minallâhi min âsım(âsımin) ve men yudlilillâhu fe mâ lehu min hâd(hâdin).
Arxanızı çevirib qaçacağınız gün sizin üçün Allahdan (Allah dostlarından) bir qoruyucu (şəfaətçi) yoxdur. Allah kimi dəlalətdə qoyarsa, artıq onun üçün bir hidayətçi (Allaha geri qaytaran) yoxdur.
وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللَّهُ مِنْ بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُرْتَابٌ
Ve lekad câekum yûsufu min kablu bil beyyinâti fe mâ ziltum fî şekkin mimmâ câekum bih(bihî), hattâ izâ heleke kultum len yeb’asallâhu min ba’dihî resûlâ(resûlen), kezâlike yudıllullâhu men huve musrifun murtâb(murtâbun).
Və and olsun ki, bundan əvvəl Yusif (Ə.S) sizə bəyyinələrlə (dəlillərlə) gəldi. Fəqət sizə gətirdiyi şeydən şübhə içində olmağa davam etdiniz. Hətta (o) həlak olduğu zaman siz: “Allah ondan sonra əsla başqa bir rəsul göndərməz”, -dediniz. Allah həddi aşan, şübhə edən kimsələri bax beləcə dəlalətdə qoyar.
الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۖ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ وَعِنْدَ الَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ
Ellezîne yucâdilûne fî âyâtillâhi bi gayri sultânin etâhum, kebure makten indallâhi ve indellezîne âmenû, kezâlike yatbaullâhu alâ kulli kalbi mutekebbirin cebbâr(cebbârin).
Onlar özlərinə (heç) bir sultan (dəlil) gəlmədiyi halda, Allahın ayələri haqqında mücadilə edərlər. Qəzəb Allahın qatında və amənu olanların (Allaha qayıtmağı diləyənlərin) qatında böyük oldu. Allah bütün zalım mütəkəbbirlərin (təkəbbürlülərin) qəlbinin üzərini bax beləcə tab edər (açılamayacaq şəkildə möhürləyər).
وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَعَلِّي أَبْلُغُ الْأَسْبَابَ
Ve kâle fir’avnu yâ hâmânubni lî sarhan leallî eblugul esbâb(esbâbe).
Və firon belə dedi: “Ey Haman! Mənim üçün uca bir qəsr inşa et ki, bəlkə beləcə səbəblərə (hədəflərə, yollara) yetişəm.
أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ
Esbâbes semâvâti fe attalia ilâ ilâhi mûsâ ve innî le ezunnuhu kâzibâ(kâziben), ve kezâlike zuyyine li fir’avne sûu amelihî ve sudde anis sebîl(sebîli), ve mâ keydu fir’avne illâ fî tebâb(tebâbin).
Göylərin səbəblərinə (yollarına yetişəm), beləcə Musanın İlahı ilə görüşəm. Şübhəsiz ki, mən onun yalançı olduğunu zənn edirəm”. Və beləcə firona pis əməli bəzəndi (gözəl göstərildi). Və beləcə yoldan azdırıldı. Və fironun hiyləsi ziyandan başqa bir şey olmadı (ziyandan başqa bir şey qazandırmadı).
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ
Ve kâlellezî âmene yâ kavmittebiûni ehdikum sebîler reşâd(reşâdi).
Və amənu olan adam belə dedi: “Ey qövmüm! Mənə tabe olun ki, sizi irşad yoluna (Siratülmüstəqimə) hidayət edim (götürüm).
يَا قَوْمِ إِنَّمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا مَتَاعٌ وَإِنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ
Yâ kavmi innemâ hâzihil hayâtud dunyâ metâun ve innel âhirete hiye dârul karâr(karâri).
Ey qövmüm! Bu dünya həyatı sadəcə (keçici) bir faydalanmadır. Və şübhəsiz ki, axirət qərar tutulacaq (əbədi qalınacaq) yerdir.
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
Men amile seyyieten fe lâ yuczâ illâ mislehâ, ve men amile sâlihan min zekerin ev unsâ ve huve mu'minun fe ulâike yedhulûnel cennete yurzekûne fîhâ bi gayri hisâb(hisâbin).
Kim seyyiat (şər, dərəcə azaldan əməllər) işləyərsə, (onun) mislindən artığı ilə cəzalandırılmaz. Qadınlardan və ya kişilərdən kim saleh əməl işləyərsə (nəfsi islah edən əməllər işləyər; nəfs təzkiyəsi edərsə), bax onlar (imanı artan) möminlərdir. Onlar cənnətə qoyulacaq və orada (onlara) saysız-hesabsız ruzi veriləcək.
وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ
Ve yâ kavmi mâ lî ed’ûkum ilen necâti ve ted’ûnenî ilen nâr(nâri).
Və ey qövmüm! Necə olur ki, mən sizi xilasa çağırıram və siz isə məni atəşə çağırırsınız.
تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ
Ted’ûnenî li ekfure billâhi ve uşrike bihî mâ leyse lî bihî ilmun ve ene ed’ûkum ilel azîzil gaffâr(gaffâri).
Siz məni Allahı inkar etməyə və haqqında elmim olmayan bir şeyi Ona ortaq qoşmağa çağırırsınız. Və mən sizi Əziz və Qaffar Olana (Allaha) çağırıram.
لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ
Lâ cereme ennemâ ted’ûnenî ileyhi leyse lehu da’vetun fîd dunyâ ve lâ fîl âhirati ve enne mereddenâ ilâllâhi ve ennel musrifîne hum ashâbun nâr(nâri).
Məni özünə (tərəf) çağırdığınız şeyin (heç) bir hökmü yoxdur. Onun (sitayiş etdiyiniz o bütün) dünyada və axirətdə (heç) bir dəvəti (səlahiyyəti) də yoxdur. Şübhəsiz ki, bizim dönüşümüz Allahadır. Və şübhəsiz ki, həddi aşanlar -onlar atəş əhlidir.
فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ
Fe se tezkurûne mâ ekûlu lekum, ve ufevvidu emrî ilâllâh(ilâllâhi), innallâhe basîrun bil ibâd(ibâdi).
Bundan sonra sizə dediklərimi yaxında xatırlayacaqsınız (başa düşəcəksiniz). Və mən işimi Allaha həvalə edirəm (buraxıram). Şübhəsiz ki, Allah qullarını görəndir”.
فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ
Fe vekâhullâhu seyyiâti mâ mekerû ve hâka bi âli fir’avne sûul azâb(azâbi).
Beləcə Allah onu onların qurduğu hiylələrin şərlərindən qorudu. Və fironun ailəsini əzabın pisi bürüdü -
النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ
En nâru yu’radûne aleyhâ guduvven ve aşiyyâ(aşiyyen) ve yevme tekûmus sâah(sâatu), edhılû âle firavne eşeddel azâb(azâbi).
o atəş ki, səhər-axşam ona atılarlar. Və o saatın (qiyamətin) vaqe olacağı gün (deyiləcək): “Firon ailəsini əzabın ən şiddətlisinə soxun!”
وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا نَصِيبًا مِنَ النَّارِ
Ve iz yetehâccûne fîn nâri fe yekûlud duafâu lillezînestekberû innâ kunnâ lekum tebean fe hel entum mugnûne annâ nasîben minen nâr(nâri).
Və onlar atəşin içində bir-biriləri ilə mübahisə edərkən zəif olanlar təkəbbürlənənlərə deyərlər (soruşarlar): “Gerçəkdən, biz sizə tabe olduq. İndi siz atəşdən nəsibimizi bizdən yox edə bilərsinizmi?”
قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ
Kâlellezî nestekberû innâ kullun fîhâ innallâhe kad hakeme beynel ibâd(ibâdi).
Təkəbbürlənənlər dedilər ki: “Şübhəsiz ki, biz hamımız onun (atəşin) içindəyik. Allah qulları arasında mütləq hökm vermişdir”.
وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِنَ الْعَذَابِ
Ve kâlellezîne fîn nâri li hazeneti cehennemed’û rabbekum yuhaffif annâ yevmen minel azâb(azâbi).
Və atəşin içində olanlar cəhənnəm gözətçilərinə belə dedilər: “Rəbbinizə dua edin! Əzabdan bircə günümüzü yüngülləşdirsin”.
قَالُوا أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُمْ بِالْبَيِّنَاتِ ۖ قَالُوا بَلَىٰ ۚ قَالُوا فَادْعُوا ۗ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
Kâlû e ve lem teku te’tîkum rusulukum bil beyyinât(beyyinâti), kâlû belâ, kâlû fed’û, ve mâ duâul kâfirîne illâ fî dalâl(dalâlin).
(Cəhənnəm gözətçiləri) dedilər ki: “Rəsullarınız sizə bəyyinələrlə gəlmədimi?” (Onlar) dedilər: “Bəli!” (Gözətçilər də) dedilər: “Elə isə dua edin (yalvarın)”. Kafirlərin duası sadəcə dəlalətdir (dəlalət içində qalar, qəbul olunmaz).
إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ
İnnâ le nensuru rusulenâ vellezîne âmenû fîl hayâtid dunyâ ve yevme yekûmul eşhâd(eşhâdu).
Şübhəsiz ki, Biz rəsullarımıza və amənu olanlara (Allaha qayıtmağı diləyənlərə) dünya həyatında və şahidlərin qaim olacağı (hazır duracağı) gün mütləq yardım edəcəyik.
يَوْمَ لَا يَنْفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ
Yevme lâ yenfeuz zâlimîne ma’ziretuhum ve lehumullâ’netu ve lehum sûud dâr(dâri).
Zalımlara bəhanələrinin fayda verməyəcəyi gün lənət və pis yurd onlar üçündür.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَىٰ وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ
Ve lekad âteynâ mûsel hudâ ve evresnâ benî isrâîlel kitâb(kitâbe).
Və and olsun ki, Musaya hidayət (Tövrat ilə Allaha dönüşü) verdik. Və İsrail oğullarını kitaba varis etdik,
هُدًى وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
Huden ve zikrâ li ulîl elbâb(elbâbi).
ulul-əlbab (daimi zikrin sahibləri) üçün hidayət (Allaha dönüş) və zikr olaraq.
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
Fasbir inne va’dallâhi hakkun vestagfir li zenbike ve sebbih bi hamdi rabbike bil aşiyyi vel ibkâr(ibkâri).
Elə isə səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Və günahların üçün məğfirət (günahlarının savaba çevrilməsini) dilə! Axşam və səhər Rəbbini həmd ilə təsbih et (qeyri-iradi daim Allahı zikr et)!
إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۙ إِنْ فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَا هُمْ بِبَالِغِيهِ ۚ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
İnnellezîne yucâdilûne fî âyâtillâhi bi gayri sultânin etâhum in fî sudûrihim illâ kibrun mâ hum bi bâligîh(bâligîhi), festeiz billâh(billâhi), innehu huves semîul basîr(basîru).
Şübhəsiz ki, özlərinə heç bir sultan (dəlil) gəlmədiyi halda, Allahın ayələri haqqında mücadilə edənlərin sinələrində (qəlblərində) sadəcə (Allaha) qayıtmalarına mane olan bir kibr var. Artıq Allaha sığın! Şübhəsiz ki, O ən yaxşı eşidən və ən yaxşı görəndir.
لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
Le halkus semâvâti vel ardı ekberu min halkın nâsi ve lâkinne ekseren nâsi lâ ya’lemûn(ya’lemûne).
Göylərin və yerin yaradılışı insanın yaradılışından, şübhəsiz ki, daha böyükdür. Və lakin insanların çoxu bilməz.
وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَلَا الْمُسِيءُ ۚ قَلِيلًا مَا تَتَذَكَّرُونَ
Ve mâ yestevîl a’mâ vel basîru vellezîne âmenû ve amilûs sâlihâti ve lel musîu, kalîlen mâ tetezekkerûn(tetezekkerûne).
Və kor ilə bəsirət sahibi (qəlb gözü ilə görən) bir deyil. Və amənu olub saleh əməl işləyənlərlə (nəfs təzkiyəsi edənlərlə) pis əməl işləyənlər də (bir deyil). Nə qədər az təzəkkür edirsiniz.
إِنَّ السَّاعَةَ لَآتِيَةٌ لَا رَيْبَ فِيهَا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ
İnnes sâate le âtiyetun lâ reybe fîhâ ve lâkinne ekseren nâsi lâ yû’minûn(yû’minûne).
Şübhəsiz ki, haqqında şübhə olmayan o saat (qiyamət) mütləq gələcək. Və lakin insanların çoxu inanmaz.
وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ۚ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
Ve kâle rabbukumud’ûnî estecib lekum, innellezîne yestekbirûne an ibâdetî se yedhulûne cehenneme dâhırîn(dâhırîne).
Və Rəbbimiz belə buyurdu: “Mənə dua edin ki, sizə (duanıza) cavab verim. Mənə qul olmağa təkəbbürlük göstərənlər, şübhəsiz ki, alçaq və zəlil olaraq cəhənnəmə girəcəklər”.
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ
Allâhullezî ceale lekumul leyle li teskunû fîhi ven nehâre mubsırâ(mubsıren), innallâhe le zû fadlin alen nâsi ve lâkinne ekseren nâsi lâ yeşkurûn(yeşkurûne).
O Allah ki, gecəni sizə içində dinclik tapmağınız üçün, gündüzü də işıqlandırıcı olaraq yaratdı. Şübhəsiz ki, Allah insanlar üzərində mütləq fəzl (nur) sahibidir. Və lakin insanların çoxu şükr etməz.
ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ خَالِقُ كُلِّ شَيْءٍ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
Zâlikumullâhu rabbukum hâliku kulli şey’in lâ ilâhe illâ huve fe ennâ tu’fekûn(tû’fekûne).
Bax o Allah ki, sizin Rəbbinizdir. Hər şeyi Yaradandır. Ondan başqa İlah yoxdur. Elə isə necə (olur ki, Ondan) döndərilirsiniz?
كَذَٰلِكَ يُؤْفَكُ الَّذِينَ كَانُوا بِآيَاتِ اللَّهِ يَجْحَدُونَ
Kezâlike yu’fekullezîne kânû bi âyâtillâhi yechadûn(yechadûne).
Bax Allahın ayələrini bilərək, inadla inkar edənlər beləcə döndərilərlər.
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ قَرَارًا وَالسَّمَاءَ بِنَاءً وَصَوَّرَكُمْ فَأَحْسَنَ صُوَرَكُمْ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ ۖ فَتَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
Allâhullezî ceale lekumul arda karâren ves semâe binâen ve savverekum fe ahsene suverekum ve razakakum minet tayyibât(tayyibâti), zâlikumullâhu rabbukum, fe tebârekallâhu rabbul âlemîn(âlemîne).
O Allah ki, yer üzünü sizin üçün yerləşmə yeri etdi. Və səmanı bina etdi. Və sizi təsvir etdi (sizə surət verdi). Sonra surətlərinizi əhsən etdi (gözəlləşdirdi). Və sizə təmiz şeylərdən ruzi verdi. Bax bu Allah sizin Rəbbinizdir. Aləmlərin Rəbbi Allah Mübarəkdir (ucadır).
هُوَ الْحَيُّ لَا إِلَٰهَ إِلَّا هُوَ فَادْعُوهُ مُخْلِصِينَ لَهُ الدِّينَ ۗ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
Huvel hayyu lâ ilâhe illâ huve fed’ûhu muhlisîne lehud dîn(dîne), el hamdu lillâhi rabbil âlemîn(âlemîne).
O, Haydır (daim həyatdadır). Ondan başqa İlah yoxdur. Elə isə dini Onun (Allah) üçün xalis qılaraq (müxlislər olaraq) (Allaha) dua edin. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَمَّا جَاءَنِيَ الْبَيِّنَاتُ مِنْ رَبِّي وَأُمِرْتُ أَنْ أُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
Kul innî nuhîtu en a’budellezîne ted’ûne min dûnillâhi lemmâ câeniyel beyyinâtu min rabbî ve umirtu en uslime li rabbil âlemîn(âlemîne).
De ki: “Şübhəsiz ki, mənə Rəbbimdən bəyyinələr (dəlillər) gəldiyi zaman sizin Allahdan başqa tapındıqlarınıza qul olmaq mənə qadağan edildi. Və mənə aləmlərin Rəbbinə təslim olmaq (ruhumu, fiziki vücudumu, nəfsimi və iradəmi Allaha təslim etmək) əmr olundu”.
هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخًا ۚ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ مِنْ قَبْلُ ۖ وَلِتَبْلُغُوا أَجَلًا مُسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ
Huvellezî halakakum min turâbin summe min nutfetin summe min alakatin summe yuhricukum tıflen summe li teblugû eşuddekum summe li tekûnû şuyûhâ(şuyûhan), ve minkum men yuteveffâ min kablu ve li teblugû ecelen musemmen ve leallekum ta’kılûn(ta’kılûne).
O ki, sizi (atanız Adəm (Ə.S)-i) torpaqdan, sonra bir nütfədən (damladan), sonra laxtalanmış qandan (bətn divarına asılı bir damladan) yaratdı. Sonra ən qüvvətli (kamillik) çağınıza çatasınız daha sonra da qocalasınız deyə sizi uşaq olaraq çıxarar. Və sizdən bir qisminiz daha əvvəl (qocalıq çağına çatmadan) öldürülər. Və (bir qisminiz də) müəyyən olunmuş bir vaxta (əcələ) çatasınız deyə (yaşayarsınız). Və ümid edilir ki, siz beləcə ağıl edəsiniz.
هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
Huvellezî yuhyî ve yumît(yumîtu), fe izâ kadâ emren fe innemâ yekûlu lehu kun fe yekûn(yekûnu).
Həyat verən də, öldürən də Odur. O, bir işə hökm etdiyi (qərar verdiyi) zaman ona sadəcə: “Ol!”- deyər. Və o, dərhal olar.
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ
E lem tere ilellezîne yucâdilûne fî âyâtillâh(âyâtillâhi), ennâ yusrafûn(yusrafûne).
Allahın ayələri haqqında mücadilə edənləri görmədinmi? (Bax) necə də döndərilirlər!
الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ
Ellezîne kezzebû bil kitâbi ve bimâ erselnâ bihî rusulenâ, fe sevfe ya’lemûn(ya’lemûne).
Onlar Kitabı və rəsullarımızla göndərdiyimiz şeyləri yalanladılar. Fəqət yaxında biləcəklər (öyrənəcəklər).
إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
İzil aglâlu fî a’nâkıhim ves selâsil(selâsilu), yushabûn(yushabûne).
Onlar boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər.
فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ
Fîl hamîmi summe fîn nâri yuscerûn(yuscerûne).
Onlar qaynar suya soxulacaqlar sonra da atəşdə alovlandırılacaqlar (yandırılacaqlar).
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ
Summe kîle lehum eyne mâ kuntum tuşrikûn(tuşrikûne).
Sonra onlara deyilər: “Hardadır sizin (o) ortaq qoşduqlarınız -
مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا بَلْ لَمْ نَكُنْ نَدْعُو مِنْ قَبْلُ شَيْئًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ
Min dûnillâh(dûnillâhi), kâlû dallû annâ bel lem nekun ned’û min kablu şey’â(şey’en), kezâlike yudıllullâhul kâfirîn(kâfirîne).
Allahdan başqa (ibadət etdikləriniz)?” (Cəhənnəmdəkilər də) deyərlər ki: “Onlar bizdən uzaqlaşdılar. Xeyr, (sən demə) biz bundan əvvəl (heç) bir şeyə tapınmamışıq”. Allah kafirləri bax beləcə dəlalətdə qoyar.
ذَٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُونَ
Zâlikum bimâ kuntum tefrehûne fîl ardı bi gayril hakkı ve bimâ kuntum temrehûn(temrehûne).
Bax bu, sizin yer üzündə haqsız yerə sevinməyiniz və azmağınız (qürrələnməyiniz) səbəbilədir.
ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
Udhulû ebvâbe cehenneme hâlidîne fîhâ, fe bi’se mesvâl mutekebbirîn(mutekebbirîne).
Əbədiyyən orada qalmaq üçün cəhənnəmin qapılarından girin! Artıq təkəbbürlənənlərin qalacaqları yer necə də pisdir!
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
Fasbir inne va’dallâhi hakk(hakkun), fe immâ nuriyenneke ba’dallezî neıduhum ev neteveffeyenneke fe ileynâ yurceûn(yurceûne).
Elə isə səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Onlara vəd etdiklərimizin (əzabın) bir qismini sənə göstərərik və ya səni (daha əvvəl) öldürərik. Onlar sonda Bizə qaytarılacaqlar.
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ ۗ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ فَإِذَا جَاءَ أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ
Ve lekad erselnâ rusulen min kablike minhum men kasasnâ aleyke ve minhum men lem naksus aleyk(aleyke), ve mâ kâne li resûlin en ye’tiye bi âyetin illâ bi iznillâh(iznillâhi), fe izâ câe emrullâhi kudıye bil hakkı ve hasire hunâlikel mubtılûn(mubtılûne).
Və and olsun ki, səndən əvvəl (də) rəsullar göndərdik. Onlardan bir qismini sənə anlatdıq və bir qismini sənə anlatmadıq. Allahın izni olmadan heç bir rəsul bir ayə gətirə bilməz. Artıq Allahın əmri gəldiyi zaman haqq ilə hökm edilər. Və batili istəyənlər orada ziyana uğrayar.
اللَّهُ الَّذِي جَعَلَ لَكُمُ الْأَنْعَامَ لِتَرْكَبُوا مِنْهَا وَمِنْهَا تَأْكُلُونَ
Allâhullezî ceale lekumul en’âme li terkebû minhâ ve minhâ te’kulûn(te’kulûne).
O Allah ki, üzərinə minə və (ətindən) yeyəsiniz deyə sizin üçün heyvanlar yaratdı.
وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
Ve lekum fîhâ menâfiu ve li teblugû aleyhâ hâceten fî sudûrikum ve aleyhâ ve alel fulki tuhmelûn(tuhmelûne).
Və onda (heyvanlarda) sizin üçün mənfəətlər (faydalar) var. Və onun üzərində könüllərinizdəki hacətlərə (gedəcəyiniz yerlərə) yetişməyiniz üçün(dür). Onların (heyvanların) və gəmilərin üzərində daşınırsınız.
وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنْكِرُونَ
Ve yurîkum âyâtihî fe eyye âyâtillâhi tunkirûn(tunkirûne).
Və (Allah) sizə ayələrini göstərir. Elə isə Allahın hansı ayələrini inkar edirsiniz?
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
E fe lem yesîrû fîl ardı fe yenzurû keyfe kâne âkıbetullezîne min kablihim, kânû eksere minhum ve eşedde kuvveten ve âsâren fîl ardı femâ agnâ anhum mâ kânû yeksibûn(yeksibûne).
Elə isə onlar yer üzündə gəzib-dolaşmadılarmı ki, görələr onlardan əvvəlkilərin aqibəti necə oldu? Və onların çoxu qüvvət və (yaratdıqları) əsərlər baxımından yer üzündə onlardan daha üstün idilər. Fəqət qazandıqları şeylər onlara fayda vermədi.
فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِنْدَهُمْ مِنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
Fe lemmâ câethum rusuluhum bil beyyinâti ferihû bimâ indehum minel ilmi ve hâka bihim mâ kânû bihî yestehziûn(yestehziûne).
Onlara rəsulları bəyyinələrlə (isbat vasitələriylə) gəldiyi zaman özlərində olan elm səbəbilə sevindilər. Və istehza etdikləri şey onları əhatə etdi.
فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ
Fe lemmâ reev be’senâ kâlû âmennâ billâhi vahdehu ve kefernâ bimâ kunnâ bihî muşrikîn(muşrikîne).
Bizim şiddətli əzabımızı gördükdə dedilər: “Allaha və Onun Təkliyinə iman etdik. Və Ona ortaq qoşduğumuz şeyləri inkar etdik”.
فَلَمْ يَكُ يَنْفَعُهُمْ إِيمَانُهُمْ لَمَّا رَأَوْا بَأْسَنَا ۖ سُنَّتَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ فِي عِبَادِهِ ۖ وَخَسِرَ هُنَالِكَ الْكَافِرُونَ
Fe lem yeku yenfeuhum îmânuhum lemmâ reev be’senâ, sunnetâllahilletî kad halet fî ibâdih(ibâdihî), ve hasire hunâlikel kâfirûn(kâfirûne).
Şiddətli əzabımızı gördükləri zaman artıq onların imanı onlara bir fayda vermədi. Allahın qulları haqqında gəlib keçən (əzəli) sünnəti (qanunu) budur. Kafirlər orada ziyana uğradılar.