إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ
İnnâ erselnâ nûhan ilâ kavmihî en enzir kavmeke min kabli en ye’tiyehum azâbun elîm(elîmun).
Şübhəsiz ki, Biz Hz. Nuhu öz qövmünə: “Qövmünə -onlara acı əzab gəlmədən öncə xəbərdarlıq et!” -deyə (rəsul olaraq) göndərdik.
قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ
Kâle yâ kavmi innî lekum nezîrun mubîn(mubînun).
(Hz. Nuh qövmünə) belə dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün açıq-aşkar bir nəzirəm (xəbərdarlıq edənəm).
أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ
Eni’budûllâhe vettekûhu ve etîûn(etîûni).
Allaha qul olmağınız, Ona qarşı təqva (mənəvi zireh) sahibi olmağınız üçün (göndərilmişəm). Və mənə itaət edin (tabe olun).
يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنْتُمْ تَعْلَمُونَ
Yagfir lekum min zunûbikum ve yûahhırkum ilâ ecelin musemmâ(musemmen), inne ecelallâhi izâ câe lâ yuahhar(yûahharu), lev kuntum ta’lemûn(ta’lemûne).
(Allah da) sizin günahlarınızı məğfirət etsin (günahlarınızı savaba çevirsin) və sizə təyin olunmuş bir zamana qədər möhlət versin (ömür versin)! Şübhəsiz ki, Allahın əcəli (onun təyin etdiyi an) gəlincə təxirə salınmaz. Kaş ki, biləydiniz”.
قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا
Kâle rabbi innî deavtu kavmî leylen ve nehârâ(nehâran).
(Hz. Nuh Rəbbinə) belə dedi: “Rəbbim, şübhəsiz ki, mən qövmümü gecə və gündüz (ruhlarını Sənə qaytarmağı diləməyə) dəvət etdim”.
فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا
Fe lem yezidhum duâî illâ firârâ(firâran).
Fəqət mənim dəvətim (onların məndən) qaçmalarından (uzaqlaşmalarından) başqa bir şeyi artırmadı.
وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا
Ve innî kullemâ deavtuhum li tagfire lehum cealû esâbiahum fî âzânihim vestagşev siyâbehum ve esarrû vestekberûstikbârâ(vestekberûstikbâran).
Və şübhəsiz ki, Sənin onları məğfirət etməyin üçün hər dəvət edişimdə (eşitməmək üçün) barmaqlarını qulaqlarına tıxadılar və (görməmək üçün) paltarlarına büründülər və (bu davranışlarında) israr etdilər və kibrlənərək böyüklük etdilər.
ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا
Summe innî deavtuhum cihârâ(cihâran).
Sonra, şübhəsiz ki, mən onları açıq-aşkar dəvət etdim.
ثُمَّ إِنِّي أَعْلَنْتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا
Summe innî a’lentu lehum ve esrartu lehum isrârâ(isrâran).
Daha sonra da, şübhəsiz ki, mən onlara açıq-aşkar elan etdim və (tək-tək çağıraraq) onlara gizli-gizli də bildirdim
فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا
Fe kul tustagfırû rabbekum innehu kâne gaffârâ(gaffâran).
və dedim ki: “Artıq Rəbbinizdən məğfirət (günahlarınızın savaba çevrilməsini) dilədiyinizi söyləyin. Şübhəsiz ki, O, Qaffardır (məğfirət edəndir).
يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا
Yursilis semâe aleykum midrârâ(midrâren).
(Rəbbinizdən məğfirət diləyin ki), üzərinizə bol yağışlı səmanı göndərsin
وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا
Ve yumdidkum biemvâlin ve benîne ve yec’al lekum cennâtin ve yec’al lekum enhârâ(enhâren).
və sizə mal və oğullar (verərək) kömək etsin. Və sizin üçün cənnətlər düzəltsin (məhsuldar baxçalar salsın) və sizin üçün çaylar axıtsın”.
مَا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا
Mâ lekum lâ tercûne lillâhi vekârâ(vekâren).
(Nuh (Ə.S) qövmünə belə dedi): “Siz nə üçün Allahdan əzəmət (izzət və qüdrət) ummursunuz?
وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا
Ve kad halakakum etvârâ(etvâren).
Və O, sizi haldan hala salaraq (müxtəlif mərhələlərdən keçirərək) yaratmışdır.
أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا
E lem terev keyfe halakallâhu seb’a semâvâtin tıbâkâ(tıbâkan).
Görmürsünüzmü Allah yeddi qat səmanı (yeddi göy qatını) necə yaratdı?
وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا
Ve cealel kamere fîhinne nûren ve cealeş şemse sirâcâ(sirâcen).
Və Ayı onların arasında (səmalarda) bir nur etdi və Günəşi də bir çıraq etdi.
وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الْأَرْضِ نَبَاتًا
Vallâhu enbetekum minel ardı nebâtâ(nebâten).
Və Allah sizi yerdən (torpaqdan) bir bitki (kimi) yetişdirdi (yaratdı).
ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا
Summe yuîdukum fîhâ ve yuhricukum ihrâcâ(ihrâcen).
Sonra sizi oraya (torpağa) geri qaytaracaq və (qiyamət günü) sizi (oradan) xaric edərək çıxaracaq.
وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا
Vallâhu ceale lekumul arda bisâtâ(bisâtan).
Və Allah ərzi sizin üçün geniş bir məkan etdi.
لِتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا
Li teslukû minhâ subulen ficâcâ(ficâcen).
Səfər etməyiniz üçün ondan (ərzdə) geniş yollar düzəltdi.
قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا
Kâle nûhun rabbi innehum asavnî vettebeû men lem yezidhu mâluhu ve veleduhû illâ hasârâ(hasâran).
Nuh (Ə.S) dedi: “Rəbbim, şübhəsiz ki, onlar mənə asi oldular (üsyan etdilər). Və mal-dövlətinin və övladlarının özlərinə ziyandan başqa bir şey artırmadığı kimsələrə tabe oldular”.
وَمَكَرُوا مَكْرًا كُبَّارًا
Ve mekerû mekren kubbârâ(kubbâren).
Və böyük hiylələr qurdular.
وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا
Ve kâlû lâ tezerunne âlihetekum ve lâ tezerrunne vedden ve lâ suvâan ve lâ yegûse ve yeûka ve nesrâ(nesren).
Və (bir-birilərinə) belə dedilər: “Öz ilahlarınızı (bütlərinizi) əsla buraxmayın. Və Vəddi, Suvanı, Yəğusu və Yəuqanı və Nəsranı əsla tərk etməyin”.
وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا
Ve kad edallû kesîrâ(kesîren), ve lâ tezidiz zâlimîne illâ dalâlâ(dalâlen).
Və (beləcə) bir çoxunu dəlalətdə qoydular. Və (Nuh (Ə.S) dedi): “Zalımların dəlalətdən başqa bir şeyini artırma (zalımların azğınlıqlarını artır)”.
مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا
Mimmâ hatîâtihim ugrikû fe udhılû nâran fe lem yecıdû lehum min dûnillâhi ensârâ(ensâren).
Onlar xətalarından (böyük günahlarından) dolayı boğuldular. Sonra atəşə daxil edildilər. Artıq özləri üçün Allahdan başqa bir yardımçı tapa bilmədilər.
وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا
Ve kâle nûhun rabbi lâ tezer alel ardı minel kâfirîne deyyârâ(deyyâren).
Və Hz. Nuh dedi: “Rəbbim, kafirlərdən yer üzündə gəzib-dolaşan bir kimsə buraxma.
إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا
İnneke in tezerhum yudıllû ıbâdeke ve lâ yelidû illâ fâciren keffârâ(keffâre).
Şübhəsiz ki, əgər Sən onları (sağ) buraxsan, Sənin qullarını dəlalətə salarlar və facir kafirdən başqa (övlad) doğmazlar.
رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا
Rabbigfirlî ve li vâlideyye ve li men dehale beytiye mu’minen ve lil mu’minîne vel mu’minât(mu’minâti) ve lâ tezidiz zâlimîne illâ tebârâ(tebâren).
Rəbbim, məni, anamı, atamı və evimə mömin olaraq girənləri və mömin qadınları və mömin kişiləri məğfirət et. Zalımların isə həlakından başqa bir şeyini artırma”.